İsveçrədə “Qarabağ” məktəbi açılıb
10.10.2018 [08:39]
Vətənpərvərlik insanın ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Bu anlayış millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsə də, Vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. Vətənpərvərlik ən məşhur mənasıyla, Vətəni sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir.
Vətənpərvərlik həm də vətənin adını uca tutmaq, onun dəyərlərini yaşatmaq, təbliğ etməkdir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək: “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, əyilməz vüqarı, qürur mənbəyi və əbədi səcdəgahıdır. Eyni zamanda, harada azərbaycanlı varsa, orada Azərbaycan da var. Hər bir soydaşımız vətənin bir parçasıdır desək, yanılmarıq. Necə deyərlər, Vətən bizik, biz Vətənik.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızla əlaqələri gücləndirərək onları azərbaycançılıq ideologiyası altında birləşdirməyə çalışır. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının və soydaşlarımızın Koordinasiya Şurası formalaşdırmaq istiqamətində təşəbbüsləri də məhz Komitənin son dövlər gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən qaynaqlanır. “Vətən uzaqda deyil” devizi ilə aktiv fəaliyyətə başlayan Komitə xaricdə yaşayan hər bir azərbaycanlının yanında olmağa çalışır, bunu hədəfləyir, eyni zamanda, hər bir soydaşımızın da Azərbaycanın yanında olmasına, azərbaycançılıq ideologiyasına xidmət etməsinə çalışır. Komitənin nümayəndə heyətinin müxtəlif ölkələrdə keçirdiyi görüşlərdə də birlik, soydaşlarımızın birgə fəaliyyəti təbliğ edilir və yalnız bu halda qarşıya qoyulmuş hədəflərə çatmağın mümkünlüyü izah edilir. Çox yaxşı haldır ki, birgə fəaliyyət fikirləri dəstəklənir, diaspor təşkilatları, soydaşlarımız birgə fəaliyyətlə bağlı müxtəlif formatlı razılıqlara gəlirlər. Burada Koordinasiya Şuraları bir nümunə kimi göstərilə bilər.
Təbii ki, xaricdə yaşayan soydaşlarımızın səsləndirdiyi ən vacib problemlərdən biri də dilimizin unudulması, milli-mədəni irsimizin zəif təbliği və s. kimi məsələlərdir. Bu istiqamətdə də müvafiq dövlət qurumları tərəfindən ardıcıl addımlar atılır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan “Qarabağ” Azərbaycan məktəbinin də qayəsi məhz vətəni, vətənin dəyərlərini, dilimizi, milli-mədəni irsimizi yaşatmaq və təbliğ etməkdir. Məktəbin “Qarabağ” adlandırılmasını xüsusi məmnunluqla qarşılayan İsveçrədə yaşayan soydaşlarımız bu məktəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin, Azərbaycan torpaqlarının işğalına dair informasiyaların yayılmasına işıq saçacaq bir çıraq adlandırırlar. İsveçrə dövlət təhsil sisteminə inteqrasiya olunmuş “Qarabağ”da Azərbaycan dili, tarixi, milli rəqs və piano dərsləri peşəkar müəllimlər tərəfindən tədris olunacaq. Tədris ocağında isveçrəlilər və digər əcnəbilər də təhsil ala biləcəklər.
Bu, bir daha göstərir ki, Vətəndən uzaqda yaşayan soydaşlarımızın da ürəyi Qarabağ dərdi ilə döyünür və Qarabağ yalnız Azərbaycanda yaşayanların deyil, bütün dünyada yaşayan soydaşlarımızın həssas problemidir.
İnanırıq ki, Bern şəhərində açılan “Qarabağ” məktəbi İsveçrədə yaşayan azərbaycanlılar üçün, sözün əsl mənasında, bir Vətən çırağı olacaq. Ermənistanın işğalçılıq siyasəti barədə məlumatların yayılmasında, Qarabağ həqiqətlərinin çatdırılmasında, dilimizin, milli-mədəni irsimizin yaşadılmasında, təbliğində və ümumilikdə soydaşlarımızın təşkilatlanmasında bir işıq olacaq. Çünki güclü diaspor müstəqil Azərbaycanın dayağıdır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

