Xətai rayonu cari ilin 9 ayını uğurla başa vurub
24.10.2009 [10:45]
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov söyləyib ki, hesabat dövründə rayonun həm iqtisadi həyatında, təhsil, səhiyyə, mədəniyyət sahəsində, həm də abadlıq və quruculuq işlərində bir sıra nailiyyətlər əldə olunub: “Diqqətinizi cənab Prezident İlham Əliyevin müşavirədə xüsusi vurğuladığı bir problemə çəkmək istəyirəm. Məlum olduğu kimi, dövlət başçısı ekoloji problemlərdən, abadlıq və quruculuq işlərindən danışarkən bildirdi ki, indi Bakıda “Qara şəhər” adlandırılan sahə yoxdur. “Qara şəhər” adlandırılan ərazi abadlaşır, parklar, yollar salınır. Həqiqətən də, bu ərazidə vaxtilə çoxlu sayda neft təmizləyən və emal edən zavodlar olmuşdu. Ulu öndər Heydər Əliyev 70-ci illərin əvvəllərində bu yerlərlə tanış olarkən demişdi ki, vaxt gələcək, Qara şəhər Azərbaycanın gözəl bir guşəsinə çevriləcək. Gördüyümüz kimi, Ulu öndərimizin bu sözləri artıq reallığa çevrilib”.
Rayonun sosial-iqtisadi mənzərəsi barədə danışan R.Məmmədov vurğulayıb ki, rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 149.225,2 min manatlıq investisiyadan istifadə edilib: “İstifadə edilmiş investisiyanın 91,9 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. İlin əvvəlindən istehlak və xidmət bazarlarında əhaliyə 707.366,6 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 15,2 faiz, pullu xidmətlərin həcmi isə 1,8 faiz artmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz çoxalarq 389,6 manat, sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 14,2 faiz artaraq 380,1 manat, tikinti kompleksində isə 0,2 faiz artaraq 482,7 manat olmuşdur. Metallurgiya sənayesində mühüm növ məhsulların (metal konstruksiya) istehsalı 116,6 faiz olmuş.boruların izolyasiyası isə 2,9 dəfə çoxalmışdır. ötən 9 ayda istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və rayon əhalisinə (707366,5 min manatlıq) əvvəlki ilin eyni dövrundəkindən 4,8 faiz çox geniş çeşidli mallar satılmış və pullu xidmətlər göstərilmişdir. Artım əsasən bazarlarda, yarmarkalarda və digər yerlərdə ticarət və xidmətlə məşğul olan fiziki şəxslərin fəaliyyətinin genişlənməsi nəticəsində olmuşdur. Keçən ilin 9 ayı ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,8 faiz çox olmuşdur. Pərakəndə və əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcminin getdikcə artmasına digər səbəblərlə yanaşı, istehlak bazarının müxtəlif çeşidli əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində alıcılıq qabiliyyətinin artması öz müsbət təsirini göstərmişdir. Hesabat dövründə rayonda 1933 yeni iş yerləri açılmışdır ki, bunun da 284 nəfəri yeni yaradılmış müəssisə və təşkilatlarda, 1072 nəfəri mövcüd müəssisə və təşkilatlarda, 111 nəfəri fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 466 nəfəri isə fiziki şəxslər tərəfindən yaradılmışdır”.
Razim Məmmədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ölkəmizin abadlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini rəhbər tutaraq rayonun bütün sahələrində işlər davam etdiriləcək: “Hesab edirəm ki, bu ideyalar və tövsiyələr bizi başladığımız işləri davam etdirməyə daha da ruhlandıracaq”.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Zaməddin Əkbərov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, MKTB rəisi, “Azərneftyağ” Neft Emalı Zavodunun direktor müavini, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri, 95 saylı orta məktəbin direktoru rayonun ümumi sosial-iqtisadi inkişafı barədə danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35

