Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfəri qəbuledilməzdir
02.11.2018 [09:23]
Ekspertlərin fikrincə, bu cür qanunsuz səfərlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma, separatçı rejimin təşviqinə xidmət edir
Məlum olduğu kimi, Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, qanunsuz səfərə görə onların adlarının “arzuolunmaz şəxslərin siyahısı”na daxil edilməsinə dair qərar qəbul ediləcək.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Belçika parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flaonun və onun müavini Culi Szmayın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərləri cəmiyyətimizdə etirazla qarşılanır. Çünki bu səfərlər həm Azərbaycan qanunlarının, həm də beynəlxalq hüquq normaları və prinsiplərinin pozulmasıdır. Millət vəkili qeyd edib ki, bu cür qanunsuz səfərlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma, separatçı rejimin təşviqinə xidmət edir. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və soyqırımına məruz qalması reallıqdır.
“Bu vandalizm aktlarının nəticələri bütün dünyaya, o cümlədən Belçika ictimaiyyətinə də yaxşı məlumdur. Bu tarixi faktların fonunda Belçika parlamentinin, siyasi partiya təmsilçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi yolverilməzdir. Qanunsuz səfərlər təkcə Azərbaycana münasibətdə beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması deyil, bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılmasıdır. Digər tərəfdən, bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, həmçinin, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar, eyni zamanda etnik separatizmi təşviq edə bilər. Ona görə də qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə və iddia edən Belçika dövlətinin bu cür qanunsuz səfərlər edənlərə qarşı müvafiq tədbirlər görməsi zəruridir. Çünki bu ölkəyə də yaxşı məlumdur ki, Ermənistanın hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması beynəlxalq hüquq normalarının, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə ziddir, işğalçı qoşunlar dərhal və qeyd-şərtsiz Azərbaycanın torpaqlarından çıxarılmalıdır”, - deyə deputat qeyd edib.
“Beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır”. Bu fikri isə Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova da bildirib ki, Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flaonun və onun müavini Culi Szmayın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qəbuledilməzdir. Onun sözlərinə görə, Ermənistan tərəfinin atəşkəs rejiminin arxasında gizlənərək bu kimi riyakar və cılız addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməsi siyasəti heç zaman gözlənilən nəticəni verə bilməz: “Münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Yalnız bu halda regionda dayanıqlı və ədalətli sülh təmin oluna bilər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

