Siyasi qüvvələr seçkilərə necə hazırlaşır?
27.10.2009 [09:13]
Məlum olduğu kimi, dekabrın 23-də Azərbaycanda sayca 3-cü bələdiyyə seçkiləri keçiriləcək. Artıq Seçki Məcəlləsinin tələb və prinsiplərinə uyğun olaraq, seçkilərin yüksək səviyyədə təşkili işinə start verilib. Bu sırada ən mühüm məqamlardan biri də ölkədə seçkiqabağı ictimai-siyasi mühitin hansı səviyyədə olmasıdır. Təbii ki, hakimiyyət tərəfindən bu istiqamətdə atılan yüksək səviyyəli, effektiv addımların nəticəsində bütün mexanizmlər hazır və işlək vəziyyətə gətirilib. Yəni, bütün seçki prosesləri zamanı olduğu kimi bələdiyyə seçkilərindən əvvəl də ölkədə normal seçki mühiti formalaşdırılıb və siyasi mübarizə üçün geniş şərait yaradılıb. Bundan başqa, zəngin və əhatəli qanunvericilik bazası da seçkilərin azad, şəffaf, ədalətli və demokratik şəkildə keçirilməsi üçün tam şərait yaradır. Məhz bu amillərin fonunda bələdiyyə seçkilərində mübarizə aparacaq siyasi qüvvələrin real güc nisbəti aydın şəkildə nəzərə çarpır. Daha dəqiq desək, hakim Yeni Azərbaycan Partiyası (YAP) və müxalif qüvvələr arasında səviyyə, keyfiyyət və fəallıq baxımından çox böyük fərqlər müşahidə edilir...
Hakim partiya seçkilərə hazırdır
öz fəaliyyətində daim demokratik prinsipləri rəhbər tutan, keyfiyyət baxımından yüksək idarəetmə və fəaliyyət mexanizminə malik olan, hər zaman xalqın dəstəyinə arxalanan YAP həmişə olduğu kimi, bu seçkilərdə də Azərbaycanın siyasi palitrasının tam demokratik və aparıcı-hegemon siyasi qüvvəsi kimi önə çıxıb. Hakim partiya bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə orqanlarının fəaliyyət mexanizminin səmərəliliyinin artırılması və özünüidarəetmə işinin təkmilləşdirilməsi işinə də əhəmiyyətli töhfələr verir. Məhz bunun nəticəsidir ki, 2004-2009-cu il müddətinə seçilmiş bələdiyyə üzvlərinin 60 faizindən çoxunu YAP üzvləri təşkil edir. Daim xalqın mənafeyinə xidmət edən, dövlətçilik prinsinə əsaslanan fəaliyyət proqramına malik YAP yerli özünüidarəetmə sistemində həyata keçirilən mühüm keyfiyyət dəyişikliklərinin təkanvericisi və yeganə, əsas aparıcı qüvvəsidir. Bu amil özünü bələdiyyə seçkilərində də büruzə verir.
Müxalifətin ənənəvi metod və oyun qaydaları “bumeranq” effekti yaradır
Bu sadalananların fonunda özlərini müxalifət adlandıranların fəaliyyəti isə sıfır dərəcəsindədir. Daha doğrusu, bu qruplar yenə də özlərinə məxsus ənənəvi oyun qaydalarını işə salmağa çalışırlar. Seçkidən-seçkiyə ortaya çıxan bu qüvvələrin növbəti və ənənəvi bəhanələrindən birini isə Seçki Məcəlləsini hədəfə alan böhtanlar təşkil edir. Müxalifətin iddiasına görə, guya, mövcud Seçki Məcəlləsində bələdiyyə seçkilərinin keçirilməsinə mənfi təsir edəcək bir sıra boşluqlar var. Amma onlar bu boşluqların nələrdən ibarət olduğunu deyə bilmir və ya gətirdikləri bəhanələr reallığa heç cür uyğun gəlmir. Əksinə, qeyd edilməlidir ki, mövcud Seçki Məcəlləsi özündə uğurlu seçki praktikası və beynəlxalq standartların ən mühüm elementlərini ehtiva edir. Birincisi, mövcud Seçki Məcəlləsi imkan verir ki, Azərbaycanın siyasi palitrasının ictimai-siyasi fiqurları istədikləri formada həm partiya, həm qrup, həm də fərdi şəkildə özlərinin seçilmək hüququndan yararlansınlar. Bu da ona işarə edir ki, Azərbaycan vətəndaşlarına bələdiyyə seçkilərində həm aktiv, həm də passiv formada iştirak etmək üçün geniş imkanlar yaradılır və heç bir məhdudiyyət tətbiq edilmir. Digər tərəfdən, gah “birləşib”, gah da parçalanan müxalifət qrupları yaxşı anlayırlar ki, ənənəvi “boykot taktikası” artıq heç bir səmərə vermir, əksinə, özləri üçün “bumeranq” effekti yaradır. Belə ki, daim partiyadaxili və partiyalararası çəkişmələrlə gündəmə gəlməyə çalışan müxalifətçilər artıq boykot taktikasının səmərəsizliyini etiraf etmək məcburiyyətində qalırlar: “Artıq cəmiyyətdən kəskin etirazlar gəlir ki, bu boykot taktikasından nə zamanadək istifadə ediləcək? çünki bu, ictimaiyyət və siyasi qüvvələr arasında bizlərə qarşı olduqca mənfi meyillər yaradır”...
Elə buna görə də, müxalifət “boykot taktikasından” “böhtan taktikası”na keçid alıb. Amma bu amil də müxalifəti düşdüyü bataqlıqdan xilas etmir. çünki, müxalifətin problem(lər)i başqadır...
Müxalifət heç bir nüfuza malik deyil
Başlıca məsələ ondan ibarətdir ki, müxalifət xalqın inamını tamamilə itirib. Ona görə də, bu düşərgədəkilərin seçici bazası yox dərəcəsindədir. Artıq xalqda belə bir qəti fikir formalaşıb ki, Azərbaycanda sağlam düşüncəyə və effektiv fəaliyyətə malik müxalifət yoxdur. çünki xalq seçki kampaniyasının mahiyyətinə və seçkilərin spesifikasına uyğun gəlməyən proqramlarla çıxış edən, yalnız özlərinin şəxsi ambisiyalarını rəhbər tutan siyasi qrupların dəstəkçisi ola bilməz. Qısası, müxalifətçi qruplar 3 xüsusi problemdən əziyyət çəkirlər. Birincisi, partiya sıralarında çox az insanın, özü də heç bir intellektual potensiala malik olmayan şəxslərin yer alması onlar üçün başlıca problem mənbəyidir. İkincisi, onlar Azərbaycan cəmiyyətində heç bir nüfuza malik deyillər və xalqın dəstəyindən məhrumdurlar. üçüncüsü, məhz bu iki amilin fonunda duran sağlam ideoloji əsasların və müasir düşüncənin olmaması müxalifəti çıxılmaz duruma salıb.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

