/ / Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
14.11.2018 [10:00]
Noyabrın 13-də Koreya Respublikasının Xarici İşlər Nazirliyi və UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Seul şəhərində “2018-ci il UNESCO Strategiya Forumu” keçirilib. Forumda Azərbaycanı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov təmsil edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə UNESCO-nun qarşılaşdığı təhdidlər, gələcək fəaliyyət strategiyası və üzv dövlətlərin Təşkilat ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
E.Sultanov Forumun “UNESCO üzv dövlətlərin gözü ilə” adlı sessiyasında təqdimat ilə çıxış edib. Baş katib Azərbaycan-UNESCO əlaqələrindən danışıb, ölkəmizin təşkilat ilə əməkdaşlığına böyük önəm verdiyini bildirib. O, “Bakı Prosesi” haqqında da məlumat verib. Vurğulayıb ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” artıq mədəniyyətlərarası dialoqun təşviqi sahəsində qlobal platformaya çevrilib. Ölkəmizin bu il “Bakı Prosesi”nin 10 illiyini qeyd etdiyini diqqətə çatdırıb. E.Sultanov “Bakı Prosesi” çərçivəsində həyata keçirilən UNESCO-Azərbaycan əməkdaşlığının bunun bariz nümunəsi olduğunu deyib.
Xüsusi tapşırıqlar üzrə səfir Azərbaycan ilə UNESCO arasında mövcud sıx əlaqələrin inkişafında və genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsiplərinin də kobudcasına pozulduğunu diqqətə çatdıran E.Sultanov Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən mədəni təmizləmə siyasəti nəticəsində ölkəmizə məxsus bütün tarixi və mədəni irsin məhv edildiyini bildirib və beynəlxalq ictimaiyyəti buna qarşı öz səylərini artırmağa çağırıb.
E.Sultanov, həmçinin UNESCO-nun qarşılaşdığı təhdidlər, nəzərdə tutulan islahatlar prosesi və gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov da tədbirdə iştirak edib.
Sonda “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

