Leonid Yakuboviç: Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi
08.12.2018 [10:14]
“Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda yalnız iki və ya üç bu cür adamla rastlaşmışam”. Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç “Moskva-Baku” portalına müsahibəsində söyləyib.
AZƏRTAC xəbər verir ki, L.Yakuboviç Azərbaycanın Ümummilli lideri Heydər Əliyevlə görüşünü xatırlayaraq deyib:
- Bu hadisə çoxdan, lap çoxdan olub. Hətta hansı ildə görüşdüyümüzü unutmuşam. Bizim “Pole çudes” komandası Bakıya gəlmişdi, idman zalında oyun keçirdik, ertəsi gün Heydər Əliyevlə görüşdük.
Əvvəlcə bu görüş 20 dəqiqəlik protokol tədbiri kimi nəzərdə tutulmuşdu. Heydər Əliyev stolun yuxarı başında əyləşmişdi. O, Azərbaycanın siyasi və iqtisadi vəziyyətini qısaca izah etdi, amma əslində mən heç nə başa düşmədim. İyirmi dəqiqəlik söhbətdən sonra O dedi: “Hamınız azadsınız, siz isə, Leonid, əyləşin”.
Beləcə, 20 dəqiqəlik görüş 2 saat yarımlıq söhbətə çevrildi. Daha doğrusu, bu, mənim monoloqum idi, Heydər Əliyev susur, mən isə bütün həyatımı, lap doğulduğum vaxtdan Ona söyləyirdim. O, heç nə soruşmur, amma məni diqqətlə dinləyirdi. Hərdən başını tərpədir, mən yorulanda söhbəti istiqamətləndirirdi. O, özünü əsla məndən yuxarı tutmur, öz mövqeyini qabartmırdı. Hərdən sakit səslə nə isə soruşurdu. Mən Ona hər şeyi danışdım: atam və anam haqqında, atamın harada vuruşması barədə, necə dolanmağımız haqda - hər şeyi! O vaxt mən hiss etmirdim ki, danışan təkcə mənəm. Onun yanında özümü çox rahat hiss edirdim.
Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki və ya üç bu cür adamla rastlaşmışam. Onun gözləri çox şeydən xəbər verirdi.
Heydər Əliyev təpədən-dırnağa qədər bilik, intellekt sahibi idi. Bizim yeganə görüşümüzün təsirindən hələ də özümə gələ bilmirəm. Mən bütün söhbətimizi kağıza köçürmək istədim, amma nədənsə alınmadı. Məndə belə hiss yaranmışdı ki, Onunla min ildir tanışıq və O, sanki mənim gəlməyimi, hər şeyi Ona danışmağımı gözləyirdi.
Sonradan Onunla söhbətimizi təhlil edərək xalqın nə üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Mən güman etmirəm ki, Ondan qorxurdular. Xalq Ona hədsiz hörmət bəsləyir və ümid edirdi ki, respublikanı yalnız O, xilas edə bilər.
Heydər Əliyevin oğlu İlham Ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

