Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK 15 müxtəlif adda plakat hazırlayıb

MSK 15 müxtəlif adda plakat hazırlayıb

05.11.2009 [10:07]

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 15 müxtəlif adda plakat hazırlayıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, plakatlarda seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin öz adlarını internet saytında axtarması, MSK-nın “qaynar xətt”i, səsverməyə çağırış və seçki ilə bağlı digər mövzular əks olunub. çap olunmuş plakatlar dairə seçki komissiyalarına paylanıb.
A.Sarıyev onu da bildirib ki, gələn həftədən İctimai Televiziyada seçicilərin maarifləndirilməsi proqramının ikinci mərhələsi başlayacaq. Bu mərhələdə seçicilərə namizədlərin təbliğat-təşviqat kampaniyasının qaydaları, səsvermənin keçirilməsi, nəticələrin elan olunması və digər məsələlər izah olunacaq. Proqramı MSK-nın üzvləri və katibliyin əməkdaşları aparacaqlar.

Paylaş:
Baxılıb: 980 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30