“Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var”
08.03.2019 [09:19]
“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah tədarük etməsin”. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan “The Jerusalem Post”a müsahibəsində deyib. Amma İsrail İrəvanın bu tələblərinə qətiyyən məhəl qoymayaraq Azərbaycanla əməkdaşlığı genişləndirir. Ermənistan nədən Azərbaycanın aldığı İsrail silahlarından belə ehtiyat edir?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, artıq birinci dəfə deyil ki, erməni rəsmiləri İsraillə Azərbaycanın əməkdaşlığından narahat olduqlarını müxtəlif səviyyələrdə dilə gətirirlər: “Bunun da özünəməxsus səbəbləri var. İsrail qısa müddət ərzində olduqca güclü və modern hərbi sənaye qura bilib və dünya silah bazarında söz sahiblərindən birinə çevrilib. Azərbaycanla İsrail arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri isə imkan verir ki, bu iki ölkə qarşılıqlı şəkildə, iqtisadi, hərbi, enerji və s. kimi strateji sahələrdə öz təhlükəsizliklərini təmin etmək üçün bir-birinin imkanlarından faydalansın. Bununla yanaşı, İsrail modern dövlətçilik təsisatlarına sahib olan ölkə olduğu üçün onun institusional strukturu hər hansı işğalçı ölkə ilə əməkdaşlığı məhdudlaşdırır.
Ermənistan isə işğalçı ölkədir və Azərbaycanın torpaqlarının iyirmi faizini işğal edib, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədib. Soyqırımını İsrail xalqı öz tarixi keçmişində yaşadığı üçün onun nə olduğunu yaxşı bilir. Əgər Ermənistan İsraillə tərəfdaşlıq etmək istəyirsə, ilk növbədə, öz işğalçılıq siyasətinə son qoymalıdır. Əks təqdirdə Azərbaycanın dostları və strateji müttəfiqlərinin səyi nəticəsində Ermənistan beynəlxalq münasibətlər sistemində getdikcə daha çox təcrid vəziyyətinə düşəcək. Heç bütün ölkələr bəzi güc mərkəzləri kimi, Ermənistana ya ödənişsiz, ya da kreditlə silah vermək fikrində deyil. Yaxşı olar ki, Ermənistan Azərbaycanla İsrailin əməkdaşlığını qısqanmaqdansa, işğalçı ordusunu Azərbaycan ərazilərindən çəksin və regional inteqrasiya üçün şərtlər formalaşsın. Bu, bütün region ölkələrinin lehinə olar. Əks təqdirdə yeganə alternativ müharibə olar ki, bunu da aparmağa Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

