/ / Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Sofiyada keçirilən iclasında VI Konqresə son hazırlıq məsələləri müzakirə olunub
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Sofiyada keçirilən iclasında VI Konqresə son hazırlıq məsələləri müzakirə olunub
08.03.2019 [09:21]
Martın 7-də Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda Dünya Xəbər Agentliklərinin 2019-cu ildə Sofiya şəhərində keçiriləcək VI Konqresinə son hazırlıq məsələləri müzakirə edilib, təşkilati işlərə baxılıb.
İclasda Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edən AZƏRTAC, Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər. Almaniyanın Dpa agentliyinin prezidenti, EANA-nın prezidenti Piter Kropş və Associated Press agentliyinin nümayəndəsi Anna Conson tədbirə videokonfrans vasitəsilə qoşulublar.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda çıxış edib, təşkilatın təkmilləşdirilməsi, İcraiyyə Komitəsinin fəaliyyətinin genişləndirilməsi, saytının funksionallığının artırılması, nizamnaməsində dəyişikliklər olunması, BMT-də qeydiyyatdan keçirilməsi ilə bağlı təklif və mülahizələrini diqqətə çatdırıb. Qeyd edilib ki, təşkilat üzv agentliklər arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətini gücləndirməlidir. AZƏRTAC-ın İdarə Heyətinin sədri, həmçinin Dünya Xəbər Agentliklərinin VI Konqresinin təşkili, 2022-ci ildə VII Konqresə ev sahibliyi etmək istəyən ölkələrin namizədliyi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, VII Konqresə ev sahibliyi edəcək ölkəni seçmək üçün namizədlər Sofiya Konqresində təqdimatla çıxış etməli və yalnız bundan sonra onların namizədliyi səsə qoyularaq müəyyənləşdirilməlidir. Eyni zamanda, təşkilata üzv agentliklərdən üzvlük haqları toplanaraq fond yaradılmasının və yığılmış vəsaitdən ciddi dəstəyə ehtiyacı olan agentliklərə yardım göstərilməsinin zəruriliyi vurğulanıb.
Aslan Aslanov Dünya Xəbər Agentliklərinin Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Konqresinin yaxşı təcrübə platformasına çevrildiyini diqqətə çatdırıb, gələcək tədbirlərə ev sahibliyi etmək istəyən ölkələrə bu təcrübədən faydalanmağı tövsiyə edib. Şura üzvləri bu təklifləri razılıqla qarşılayıb və yüksək qiymətləndiriblər.
İclasda Şuranın sədri Klayv Marşal, BTA-nın baş direktoru Maksim Minçev, TASS-ın baş direktorunun müavini Mixail Qusman, FANA-nın baş katibi Fərid Əyyar və başqaları VI Konqreslə bağlı fikirlərini bölüşüb, tədbir çərçivəsində keçiriləcək sessiya və panellərdə müzakirə ediləcək məsələlər və dinləniləcək məruzələr barədə rəy və təkliflərini bildiriblər.
Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin sədridir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20

