/ / Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20.03.2019 [11:15]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib.
Bayram şənliyində çıxış edən Baş nazirin müavini Əli Əhmədov, eləcə də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Novruz bayramı münasibətilə müəssisənin sakinlərini təbrik edib, onlara xoş arzularını bildiriblər.
Baş nazirin müavini Əli Əhmədov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bu siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Əli Əhmədov bildirib ki, bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. 2019-cu ilin ötən dövründə dövlət başçısının imzaladığı Fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur.
Əli Əhmədov yaşlı nəslə, ahıllara həmişə diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da fəal iştirak etdiyini, partiyanın nümayəndələrinin tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir: “Bu xidmət müəssisəsinin sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasınlar”.
Nazir Sahil Babayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən bu müəssisədə yaşayan ahıl insanlara daim diqqət və qayğı ilə yanaşılıb və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha ahıl vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin ildən-ilə güclənməsinə səbəb olub. Son illərdə dövlət başçısının tapşırığı ilə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılmaqla, burada yeni ikinci korpus tikilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmin korpusun açılışında iştirak edərək, buradakı yaşlı, ahıl insanlarla görüşüb, onlarla həmsöhbət olublar. Bu da ahıl insanlara yüksək qayğının, hörmət və ehtiramın bir nümunəsidir.
Sahil Babayev Prezident İlham Əliyev tərəfindən cari ildə imzalanan Fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına, bayram əhval-ruhiyyəsinin xeyli artmasına səbəb olub. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının apardığı siyasət Azərbaycan vətəndaşının, o cümlədən yaşlı, ahıl insanların layiqli yaşayış səviyyəsinin təminatına xidmət edir.
230 nəfərin yaşadığı müəssisənin sakinləri ürək sözlərini bildirərək, onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan yaşlı, ahıl insanlar üçün yaradılan müasir, rahat şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
YAP İcra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

