Sosial bazası, ictimai dəstəyi olmayan Müsavat ölülərin namizədliyini irəli sürür
18.11.2009 [01:18]
Azərbaycanda artıq üçüncü dəfə keçiriləcək bələdiyyə seçkilərinin yaxınlaşması siyasi səhnədə bir çox məqamlara aydınlıq gətirməkdədir. Seçkidən əvvəl müxtəlif “istiqamətlərdə” təhlillər aparan, proqnozlar verən müxalifət, seçki kampaniyasının birinci mərhələsinin başa çatmasına baxmayaraq, hələ də bələdiyyələrə namizəd kimi irəli sürməyə adam tapa bilmir. Əksinə, seçki kampaniyasının birinci mərhələsini uğurla başa vuran Yeni Azərbaycan Partiyasının 1718 bələdiyyə üzrə 15682 yerə 15637 namizədi qeydə alınıb. Qeydə alınan namizədlərin 4794 nəfəri bələdiyyə üzvləridir və yenidən bələdiyyə seçkilərində iştirak edir. Namizədlərin təxminən 30 faizi gənclərdir. Qadınların namizədlər sırasında xüsusi çəkisi də təxminən o qədərdir. Bu məqam ona dəlalət edir ki, Yeni Azərbaycan Partiyasının sosial bazası da güclüdür, dəstəyi, nüfuzu da yüksəkdir. Bu səbəbdən də YAP ölkə bələdiyyələri üzrə müvafiq sayda namizəd irəli sürməyi bacarıb...
Amma, öncə qeyd etdiyimiz məsələyə gəlincə, bir daha diqqətimizi müxalifətin zəifliyi, ictimai dəstəyinin olmaması çəkir. Konkret olaraq Müsavat Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində “iştirak etmək” məqsədilə hər zaman olduğu kimi, bu dəfə də saxtakarlığa əl atmağa məcbur olub. Amma Müsavat bu əməlini müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışsa da, MSK-nın apardığı şəffaf araşdırmalar nəticəsində partiyanın saxta fəaliyyəti üzə çıxıb...
Xatırladaq ki, MSK-nın noyabrın 16-da keçirilmiş iclasında siyasi partiyaların səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatı, seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi məsələlərinə baxılıb, habelə, baş vermiş qanun pozuntuları ilə bağlı müraciətlər araşdırılıb. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin şikayətlərində partiyanın namizədlərinə qarşı müxtəlif dairələrdə təzyiqlər edildiyi, bu təzyiqlər nəticəsində onların öz namizədliyini geri götürdüyü iddia edilib. MSK üzvləri məruzə edərək hər bir halda şikayətlərin araşdırıldığını və araşdırma zamanı həmin şəxslərin hər birinin bu və ya digər səbəbdən öz namizədliklərini könüllü şəkildə geri götürdüyünü bildiriblər. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, araşdırma zamanı Tovuz rayonundan Müsavat Partiyasından bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxsin ölü olması və digər rayonlarda namizəd kimi göstərilən şəxslərin Müsavat üzvü yox, Yeni Azərbaycan Partiyasının üzvləri olması faktı aşkarlanıb.
Göründüyü kimi, müxalifət partiyaları seçki qanunvericiliyini kobud şəkildə pozduqları halda, güya yerli icra orqanlarının seçki prosesinə müdaxilə etdiyi barədə rəy formalaşdırmağa çalışırlar...
Əslində isə, muxalifət seçkiöncəsi bu cür kampaniyalar, şoular təşkil etməklə seçkidən sonrakı fəaliyyəti üçün zəmin formalaşdırmağa çalışır. Yəni, muxalifət artıq bu gündən başa düşüb ki, budəfəki seçkilərdə də qalib gəlmək şansı sıfıra bərabərdir. Seçkilərdə məğlubiyyətə düçar olduqdan sonra xalqın iradəsilə seçiləcək YAP-ın bələdiyyələrə irəli sürdüyü namizədlər yerlərdə sosial problemlərin köklü şəkildə həllinə başlayacağı müddətdə, müxalifət ən azından gündəmdə qalmaq üçün hansısa “işi” görməlidir. Bu da, əlbəttə ki, muxalifətin ənənəvi olaraq şər-böhtan atmaq, seçkilərin saxtakarlıqla keçirilməsi barədə yalan informasiyalar yaymaq fəaliyyətini təmin edəcək. Təbii ki, onların bu fəaliyyəti uzun illər olduğu kimi, yenə də səmərəsiz qalacaq. çünki, Azərbaycan inkişaf etdikcə, müasirləşdikcə, dünyaya inteqrasiya etdikcə, siyasi şüur, siyasi mədəniyyət və fəaliyyət amilləri də inkişaf edir, formalaşır. Kamil cəmiyyətimiz muxalifətin bu oyunlarını neçə illərdir ki, görür. Bu səbəbdən də muxalifət elektoratsız qalıb...
Qeyd edək ki, muxalifətin məğlubiyyətlə nəticələnən fəaliyyəti onun sıralarında qalmış tək-tük üzvlərini də itirməsinə gətirib çıxarıb. Təkcə ötən il muxalifətə etiraz olaraq onlarla insan muxalifət partiyalarının sıralarından istefa verib. Bu onun göstəricisidir ki, muxalifətin cəmiyyətimizdə dəstəyi yoxdur. Müxtəlif şou səhnəcikləri düzənləməklə səs qazanmaq, dəstək almaq mümkün deyil...
Bir sözlə, məsələnin tam mahiyyəti budur ki, müxalifət ciddi elektorat problemi ilə üzləşdiyinə görə, yerlərdə namizədliyini irəli sürmək üçün adam tapa bilmir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

