Vyana görüşü substantiv danışıqların aparılması baxımından əhəmiyyətlidir
02.04.2019 [09:33]
Ekspertlər danışıqların formatının dəyişilməz qalmasını əsas məqamlardan biri kimi dəyərləndiriblər
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Prezident İlham Əliyev görüşdən sonra Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində qeyd edib ki, görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yenidən start verilib. Prezident İlham Əliyev danışıqların formatının dəyişilməz qalmasını əsas məqamlardan biri kimi dəyərləndirib. Eyni zamanda, müsahibədə ölkəmiz üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsinin dayandığı qeyd olunub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşündə ölkəmizin mövqeyi üstün olub. Onun sözlərinə görə, Prezident İlham Əliyev TASS informasiya agentliyinə verdiyi müsahibədə danışıqların formatının saxlanılmasının əhəmiyyətini qeyd edib: “Uzun illərdir ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Həmsədrlərin də 9 mart tarixli bəyanatında qeyd olunur ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Təbii ki, Azərbaycan tərəfi buna razılıq verməyib. Dağlıq Qarabağın separatçı rejimi heç vaxt danışıqlar prosesində tərəf kimi iştirak edə bilməz”. Millət vəkili deyib ki, dövlətimizin başçısı sözügedən müsahibədə bizim üçün əsas məsələnin Azərbaycanın beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT-nin 4 qətnaməsi çərçivəsində tanınmış sərhədlərinin bərpası, ərazilərimizin işğaldan azad edilməsinin dayandığını diqqətə çatdırıb. E.Məmmədovun fikrincə, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin gəldikləri müəyyən razılaşmalar, danışıqların əvvəlki format üzrə aparılması, danışıqların humanitar aksiyalarla dəstəklənməsi, iki ölkə rəhbərinin birbaşa əlaqə kanallarının təkmilləşdirilməsi baxımından əhəmiyyətli hesab oluna bilər: “Bütün hallarda, dövlətimizin prinsipial mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməli, ərazi bütövlüyümüz bərpa olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”.
“Həm danışıqlar prosesi, həm də yekunda imzalanmış bu bəyanat bir sıra nəticələr çıxarmağa əsas verir. Birinci ən mühüm nəticə odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan cidd-cəhdlə çalışmasına baxmayaraq, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişilməsinə nail ola bilmədi. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində danışıqlar formatının qorunub saxlanılması və danışıqların bundan sonra da mövcud format əsasında aparılması haqqında razılaşma əldə olunub. Paşinyan isə hər zaman istəyirdi ki, məhz format dəyişsin və qondarma rejim danışıqlar tərəfi kimi bu prosesə cəlb olunsun. Yəni, bu, artıq mümkünsüzdür və razılaşma var”. Bu fikirləri isə Milli Məclisin deputatı Elman Nəsirov söyləyib. Deputat bildirib ki, eyni zamanda, xarici işlər nazirləri arasında yaxın zamanda görüş keçirilməsi ilə bağlı da razılaşma var: “Burada da məhz Ermənistan və Azərbaycan xarici işlər nazirləri nəzərdə tutulur. Bunlar çox vacib məsələlərdir. Bu danışıqların gedişində əldə edilmiş razılaşmalar sırasında münaqişənin həlli ilə bağlı etimad mühitinin yaradılması, danışıqların davam etdirilməsi üçün əlavə tədbirlərin görülməsi kimi əsas razılaşmalar da var. Yəni, elə bir mühit formalaşsın ki, bu dövlət başçıları səviyyəsində aparılan danışıqların uğurlu olmasına xidmət göstərsin”.
Elman Nəsirov qeyd edib ki, bu görüşə BMT baş katibi səviyyəsində də qiymət verildi. O da bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. “Beləliklə, belə bir qənaətə gəlmək olar ki, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə yeni bir təkan verildi. Ermənistanın yeni hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında artıq doqquz görüş olub. Bunun beşi xarici işlər nazirləri, dördü isə dövlət başçıları səviyyəsində görüşlərdir. Artıq kəmiyyət baxımından intensivlik var, indi əsas bunun keyfiyyət halına keçməsi məsələsidir. Güman olunur ki, bundan sonra xarici işlər nazirlərinin danışıqlarında artıq konkret məsələlər üzrə müzakirələr aparılacaq” - deyə millət vəkili söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35

