/ / İsrailli ekspert Arye Qut: Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır
İsrailli ekspert Arye Qut: Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır
03.04.2019 [09:25]
Çoxillik münaqişə vəziyyətində olan iki dövlətin liderlərinin görüşünün mümkün və zəruri olması barədə çoxdan danışırdılar. Ermənistanda “məxməri inqilab” adlandırılan hadisələr nəticəsində siyasi rejim dəyişəndən sonra ikitərəfli münasibətlərin nizamlanacağına müəyyən ümid yarandı. Hərçənd hər iki tərəfin gözləntiləri fərqli və tamamilə bir-birinə ziddir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Uzun fasilədən sonra ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan rəhbərliyi arasında rəsmi görüş təşkil edilib. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır”.
Tanınmış israilli ekspert Arye Qut AZƏRTAC-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Vyanada keçirilmiş görüşü bir daha təsdiq etdi ki, danışıqların formatında heç bir dəyişiklik olmayacaq, hərçənd Ermənistanın baş naziri buna çox ümid edirdi. Ermənistanda “məxməri inqilab”ın liderinin bu cür yelbeyin və bəsirətsiz niyyətləri yeni baş nazirin qeyri-peşəkarlığına, onun strateji təfəkkürünün olmamasına və böyük siyasət üçün əsla yaramadığına dəlalət edir. Prezident İlham Əliyev ilə Nikol Paşinyanın Vyana görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyan təxribat xarakterli bəyanatla çıxış edərək “sülh müqabilində ərazilər” formatını dəyişdiyini bildirib. Tonoyan deyib: “Mən müdafiə naziri kimi deyirəm: Mən “sülh müqabilində ərazilər” formatını dəyişmişəm. Biz bunun tam əksini edəcəyik: “yeni ərazilər uğrunda yeni müharibə. Heç bir güzəşt olmayacaq. Kompromislər mümkündür. Biz bu səngər vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən çıxacağıq”.
Arye Qutun fikrincə, belə vəziyyətdə bu cür bəyanatlar ona gətirib çıxaracaq ki, müharibə Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olacaq. İsrailli ekspert vurğulayır: “İki ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin etibarsız, amanabənd olmasını real surətdə hiss etdim. Təəssüf ki, Nikol Paşinyan və onun müdafiə naziri kimi küçədən gəlmiş, “silahla meydan oxuyan” populistlər, əslində, başa düşmürlər ki, indiki güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı çox gözəl başa düşür ki, dilənçi vəziyyətində olan yoxsul Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənməkdədir. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, o, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları göstərir ki, onlar narahatdırlar, qorxuya və vahiməyə düşüblər”.
Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır. O deyir: “İndi Azərbaycan Ordusu - ən güclü, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, intizam və şəxsi heyətin mübariz ruhu deməkdir. Azərbaycanın və Ermənistanın maliyyə imkanlarındakı fərqlər onların müdafiə və hücum potensialındakı fərqlərdə əks olunur. Globalpower.org rəsmi hərbi statistika saytının hesablamalarına görə, həm hərbi, həm də siyasi və iqtisadi amillər, o cümlədən rəsmi Bakının daimi dövlət gəlirləri mənbələrinin olması, Ermənistanın isə bu cür mənbələrinin olmaması nəzərə alınmaqla Azərbaycanın hərbi qüdrəti Ermənistanın müdafiə qabiliyyətindən 1,5 dəfə yüksəkdir. Bu gün müstəqil Azərbaycan ölkənin müdafiə sektoruna Ermənistanın bütün dövlət büdcəsinə uyğun məbləğdə sərmayə qoymağı özünə rəva görə bilər. Təcrübənin göstərir ki, müasir müharibədə döyüş əməliyyatları aparılması üçün kimin daha çox inkişaf etmiş, yüksək texnoloji vəsaitləri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin Aprel əməliyyatları zamanı erməni işğalçılarına qarşı İsrailin pilotsuz zərbə aparatlarının səmərəli şəkildə tətbiq edilməsini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar.
Heç kəs unutmayıb ki, 2016-cı il aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı hərbi zərbə endirdi. Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Ermənistanın baş naziri və müdafiə naziri çox gözəl bilirlər ki, Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın qəti iflasına və fiaskosuna gətirib çıxaracaq. Mən Azərbaycanın hərbi potensialını Ermənistanla heç müqayisə etmək istəmirəm, çünki bunlar tamamilə müqayisəolunmaz şeylərdir. Zənnimcə, Paşinyan çalışacaq ki, vəziyyət son həddə çatmasın, çünki bundan sonra onun üçün və Ermənistan üçün qarşısıalınmaz nəticələr baş verə bilər”.
A.Qutun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü bir daha göstərib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan həm ölkənin, həm də Cənubi Qafqaz regionunun maraqlarına cavab verən düzgün və konstruktiv mövqe tutur.
Azərbaycan Prezidenti İlham Əliyev özü də TASS agentliyinə müsahibəsində bu yanaşmanı təsdiqləyərək danışıqlar prosesini nəticəyə yönəltməyin zəruri olduğunu qeyd edib. O deyib: “Azərbaycan üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.
Bununla bərabər, danışıqlar prosesində irəliləyiş olmasını və Ermənistan tərəfin son zamanlar təkid etməsinə baxmayaraq, danışıqlar prosesinin formatının dəyişməz olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, danışıqlar prosesinə yeni təkan verilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05

