/ / Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
20.04.2019 [10:30]
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət Palatasının bəzi üzv şirkətləri və tərəfdaş təşkilatları ilə Palatanın Vaşinqton şəhərində yerləşən mənzil-qərargahında görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləri - John Deere, BP, CNFA, WCC International və tərəfdaş təşkilatları - İllinoys Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center), eləcə də Palatanın İdarə Heyətinin üzvləri və iqtisadi ekspertlər iştirak ediblər.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonaqları salamlayıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynova Palata üzvləri ilə görüşdüyünə görə təşəkkür edib.
Daha sonra söz alan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının üzvü, əslən azərbaycanlı Dr. Şapur Ənsari əsas qonağı salamlayıb, ABŞ-Azərbaycan Ticarət Palatasının tarixindən, Palatanın Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərdə oynadığı roldan bəhs edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. O, ABŞ-a səfəri zamanı müxtəlif institutlarla keçirdiyi görüşlər barədə məlumat verib.
Emin Hüseynov çıxışında Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək ABŞ şirkətləri üçün də ölkəmizdə münbit mühitin olduğunu vurğulayıb. O, çıxışı zamanı aprelin 3-5-də Çikaqoda keçirilmiş birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunun Azərbaycanın ABŞ ştatları ilə iqtisadi münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyətinin olduğunu bildirib. Bu baxımdan E.Hüseynov İllinoys Ticarət Palatası və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə fəaliyyətini təqdir edib.
Azərbaycan rəsmisi iqtisadi və biznes əlaqələrinin inkişafında təhsilin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanın biliyə və tədqiqatlara əsaslanan iqtisadiyyat qurduğunu bildirən natiq bu sahədə ölkəmizin ali təhsil müəssisələrinin xüsusi rol oynadığını qeyd edib. Bu xüsusda o, ADA Universitetində tədqiqatlar üçün yaradılmış şərait və bu tədqiqatların nəticələrinin real biznesə tətbiqi barədə məlumat verib və nümunələr göstərib.
Görüş sual-cavab sessiyası ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

