/ / Almaniyada Avropa Azərbaycanlıları Konqresi Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib
Almaniyada Avropa Azərbaycanlıları Konqresi Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib
24.11.2009 [11:56]
Toplantını açan AAK prezidenti Başar Kömür bildirib ki, Türkiyə ilə Ermənistan arasında bu il oktyabrın 10-da imzalanmış protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını və türkü narahat etməkdədir: “Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması təbii ki, bizi narahat etməyə bilməz. Biz ümid edirik ki, Türkiyə hökumətinin münaqişə həll edilməyincə protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları sonadək öz qüvvəsində qalacaq. Bununla yanaşı hesab edirik ki, Azərbaycan və Türk diasporları da bu məsələyə öz münasibətini ifadə etməlidir”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, Türkiyə rəsmiləri imzalanan protokolların Azərbaycan-Türkiyə münasibətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcəyinə, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymayınca sərhədlərin açılmayacağına dair bəyanatlar səslədirsələr də, bölgədə son baş verənlər narahatlığa əsas olduğunu göstərir: “Son dövrlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan və Türkiyə münasibətlərinə təsirini araşdırmağa, məsələyə hər iki xalqın diasporunun yanaşmasını ortaya qoymağa ehtiyac var” deyən komitə sədri bildirib ki, keçirilən tədbir bu istiqamətdə ictimai müzakirələr aparmaq üçün əlverişli imkandır.
Milli Məclis sədrinin müavini Bahar Muradova əminliyini bildirib ki, bu toplantı Azərbaycanla Türkiyənin dostluğuna öz töhfəsini verəcək: “Türkiyəni bu yolda hər hansı səhv addımdan çəkinməyə çağırırıq, inanırıq ki, Türkiyənin özünün maraqları içərisində Azərbaycanın da maraqları yer alır”.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının regionda sülhə və əməkdaşlığa təsiri” mövzusunda çıxış edib. Ə.Həsənov Azərbaycan-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan münaqişəsinin yeri və roluna toxunub, Türkiyənin həyata keçirdiyi müasir siyasətin bu işə təsirindən bəhs edib. Şöbə müdiri xüsusən Türkiyə hökumətinin sərhəd məsələsində mövqeyindən, enerji nəqli, qaz və tranzit qiymətlərinə münasibətindən danışıb. Eyni zamanda o Türkiyə mediasında antiazərbaycan kampaniyasına da münasibət bildirib və bu məsələlərlə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını qeyd edib. Sonda Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri və Türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. TBMM-in üzvü CHP sədrinin müavini Yılmaz Atəş partiya sədri Dəniz Baykalın tədbir iştirakçılarına məktubunu oxuyub.
“Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanın yeri” mövzusunda çıxış edən türkiyəli millət vəkili bildirib ki, Türkiyənin Azərbaycana inamını itirməsi düşünülə bilməz və düşünülməməlidir: “Ermənistanla sərhədlərin açılması yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi halında mümkündür”.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Musa Qasımov, TBMM-nin üzvü Atilla Kaya, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, TBMM üzvü Osman Kaptan, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elman Nəsirov, TBMM-nin MHP-dən olan millət vəkili Mətin Ergün, TBMM-in CHP-dən olan üzvü Canan Arıtman, Azərbaycan Milli Məclisinin deputatları Fazil Mustafa, Sabir Rüstəmxanlı panellərdə aparılan müzakirələrdə çıxış ediblər.
Birgə toplantısının sonunda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə müraciət qəbul olunub. Müraciətlərdə deyilir: “Biz Azərbaycan əraziləri işğaldan azad edilmədən, bir milyona yaxın soydaşımızın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda Türkiyəyə qarşı soyqırımı və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik ənənələrinə malik Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan olan Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq”.
Xəbər lenti
Hamısına baxHadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04

