/ / Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur
Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur
31.05.2019 [10:34]
Xarici ölkələrdə Azərbaycan əleyhinə istifadə edilən insanların sözünü heç ailəsində eşidən yoxdur.
Bunu Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova “Trend” İnformasiya Agentliyinin “Sahil Kərimli ilə müsahibə zamanı” müəllif layihəsində deyib.
B.Muradova bildirib ki, Azərbaycan artıq üçüncü on ildir ki, ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə qorunub saxlandığı bir ölkədir: “Azərbaycan dünyada geostrateji cəhətdən əlverişli bir məkanda yerləşir. Buradan regional və beynəlxalq əhəmiyyətli nəqliyyat xətləri keçir. Azərbaycanın çox zəngin coğrafi-iqtisadi resursları var. Ölkəmiz müstəqilliyin ilk illərindən daim digər dövlətlərin, o cümlədən beynəlxalq qurumların diqqətində olub və hər kəs burada müəyyən təsir dairəsinə malik olmaq istəyib. Azərbaycan bu maraqların kəsişməsində yerləşir. Dünya bu cür maraqları irəli aparmaq istəyən çoxsaylı dairələrlə zəngindir. Üstəlik, bu dairələrin maraqlarının reallaşdırılması yolunda istifadə olunan vasitələr mövcuddur. Bu vasitələrdən biri Ermənistan və onun beynəlxalq aləmdə, digər ölkələrdə formalaşmış diasporudur”.
Vitse-spikerin sözlərinə görə, bəzi dairələr Azərbaycanı inkişaf edən, ictimai-siyasi sabitliyini qoruyan bir ölkə kimi görmək istəmirlər: “Bu dairələr həm idarəedici, həm də alət rolunda çıxış edirlər. Azərbaycan bunları təbii qəbul edir və müqavimət hissini getdikcə artırır. Amma bu dairələrin içərisində öz soydaşlarımızın alət rolunda yer almasını qəbul etmək mümkün deyil. Onlar Azərbaycanda öz siyasi ambisiyalarını və maraqlarını reallaşdıra bilməyən, vətəndaşları arxasınca apara bilməyənlərdir. Bu qüvvələr artıq Azərbaycanda fəaliyyət sahəsinə malik olmayacaqlarını dərindən anlayır, dövlət başçısının ölkəni inkişafa aparan siyasətini gözdən salmağa çalışırlar. Beynəlxalq dairələr Azərbaycan əleyhinə istifadə etmək üçün elə şəxsləri seçirlər ki, onların sözünü heç ailəsində eşidən yoxdur. Bu şəxslər bir müddət vasitə kimi istifadə edildikdən sonra yararsız bir əşya kimi kənara atılırlar. Hesab edirəm ki, bütün bunlar bizi narahat etməməlidir. Gəncləri Azərbaycan əleyhinə olan dairələrin təsiri altına düşməkdən qorumaq istiqamətində səylərimizi artırmalıyıq. Hər bir valideyn öz övladını Azərbaycanın maraqları uğrunda müdafiəyə hazırlamalı və onun dövlət əleyhinə çıxmağına imkan verməməlidir. Hesab edirəm ki, burada ailələrdən çox şey asılıdır”.
B.Muradova vurğulayıb ki, Azərbaycan əleyhinə istifadə olunan qüvvələr çox ciddi qınaq altındadır: “Mən heç kəsə, hətta düşmənimə də bu vəziyyətə düşməyi arzulamazdım. Onların bəzilərinin Azərbaycan haqqında daxili hiss-həyəcanla yazılarının şahidi oluruq. Bu insanlar sanki düşüncələrində kiçik bir Azərbaycan gəzdirirlər. Hesab edirəm ki, daxilində mifik Azərbaycan gəzdirməkdənsə, ölkəyə qayıdaraq, günahlarını etiraf edərək ümumi inkişafın axarına qoşulmaq lazımdır”.
Milli Məclis rəsmisi əlavə edib ki, Azərbaycan yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Bizdən sonra bu tədbirləri keçirən ölkələrin rəhbərləri açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın standartlarını təkrarlaya bilməyəcəklər. Bu, qürur hissi doğurur. Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur. Bu tədbirlər xarici dairələrin təsiri və Azərbaycan əleyhinə aparılan təbliğatın müşayiəti ilə keçirilir. Azərbaycanda birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları keçirilən zaman burada tikilən müasir memarlıq nümunələrinin çökəcəyini, dağılacağını bəyan edənlər var idi. Həmin binalar neçə illərdir çox möhkəm şəkildə dayanıb və Azərbaycanın müasir memarlıq rəmzinə çevrilib. İnkişafı gözü götürməmək və qara yaxmaq xəbis niyyətlərdən xəbər verir. Bütün təzyiq və qarayaxmalar Azərbaycanın müqavimət gücünü artırır. Biz bu yolla inadla davam etməkdəyik. Həyata keçirilən layihələr Azərbaycanı dinamik inkişafa aparır və ölkəmizin bunları digər dövlətlərdən daha yaxşı həyata keçirdiyi aşkardır. Azərbaycan xalqı da bu tədbirlərin böyük iştirakçısına çevrilir. Azərbaycana gələn turistlər, tədbir iştirakçıları, idmançılar, iqtisadçılar, biznesmenlər, siyasətçilər, xarici dövlətlərin keçmiş və indiki rəhbərləri, bir sözlə, hər kəs ölkəmizin uğurundan danışır. Bir çox beynəlxalq təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsinə məmnuniyyətlə qərar verirlər”.
Vitse-spikerin fikrincə, Azərbaycanın inkişafını təmin edən, tənzimləyici rolunu sübut edən müxtəlif layihələr var: “Nəqliyyat, enerji və sosial xidmət sahələrində ortaya qoyulan layihələr bir çox dünya ölkələrini Azərbaycanda bir araya gətirir. Əməliyyat şirkətləri yaradılır. Onlar ən yüksək standartlarla bu layihələri icra edirlər. Bu layihələr uğurlu şəkildə reallaşdıqca Azərbaycanda həm bu sahələr inkişaf edir, həm də aparıcı ölkəyə çevrilirik. Avropadan Çinə qədər uzanan qədim İpək Yolunun bərpası və işə düşməsi üçün reallaşdırılan nəqliyyat layihələri bunu sübut edir. Həm dəniz, həm də quru yolu vasitəsilə Azərbaycanın bu proseslərdə rolu getdikcə artmaqdadır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

