Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan MDB-də ən dinamik inkişaf edən dövlətdir

Azərbaycan MDB-də ən dinamik inkişaf edən dövlətdir

15.01.2010 [11:10]

“Statistika SNQ” jurnalında respublikamızda həyata keçirilən islahatlar barədə geniş materiallar dərc olunub
Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin sosial-iqtisadi nəşri olan “Statistika SNQ” jurnalının növbəti sayında bu quruma üzv olan dövlətlərin makroiqtisadi vəziyyəti və 2009-cu ildə həyata keçirilmiş islahatlar barədə geniş elmi təhlillərə söykənən məqalələr dərc olunub. Nəşrin yeni sayında MDB dövlətlərinin ötən il həyata keçirdiyi iqtisadi siyasət, idxal-ixrac əməliyyatları, istehlak qiymətləri indeksi, sənaye sektorunun mövcud vəziyyəti, əmək bazarı, iş yerlərinin açılması sayəsində əldə olunan nəticələr və digər makroiqtisadi parametrlərə dair analitik materiallar öz əksini tapıb. Jurnalda qlobal maliyyə böhranının MDB dövlətlərinin iqtisadiyyatına təsiri, böhranın nəticələrinin aradan qaldırılması istiqamətində birlik ölkələri hökumətlərinin həyata keçirdiyi tədbirlər və digər məsələlər elmi-konseptual baxımdan dərin təhlil olunub.
“Statistika SNQ” nəşrində quruma üzv olan dövlətlərin 2009-cu ilin makroiqtisadi göstəriciləri barədə müxtəlif şərhlərlə çıxış edən analitiklər MDB ölkələrinin əksəriyyətində iqtisadi geriləmə tendensiyasının müşahidə olunduğunu bildirirlər. Dünya böhranı ilə bağlı MDB ölkələrinin əksəriyyətində iqtisadi fəallıq və istehsal 2-3 dəfə aşağı düşüb. Rusiya və Qazaxıstan kimi böyük sənaye potensialına malik ölkələrin iqtisadiyyatında 15 faizə yaxın geriləmənin müşahidə olunması milli məhsul istehsalının da aşağı düşməsi ilə nəticələnib. Hər iki ölkədə 2008-ci illə müqayisədə ötən il neft və qaz ixracının həcmi aşağı düşüb. Bu isə xarici ticarət dövriyyəsinin həcminə də mənfi təsir edib. Rusiya ötən il ticarət mübadiləsini 15 faizdən çox, Qazaxıstan isə 20 faizə yaxın mənfi saldo ilə tamamlayıb. Sənaye sektoru rəsmi Moskva üçün 18 faiz azalma ilə müşahidə olunub və bu sahədə bir sıra kiçik müəssisələrin fəaliyyətini dayandırması nəticəsində iş yerləri bağlanıb. Böhran Qazaxıstanın maliyyə sektoruna ciddi təsir etdiyindən bu ölkənin pul-kredit bazarı da müəyyən itkiləri yaşamalı olub. Qazaxıstanın bir sıra iri bankları kapitalizasiya baxımdan problemlərlə üzləşib və xarici maliyyə institutlarının vəsaitləri hesabına likvidliyini bərpa edib. İqtisadiyyatının əsasını zəngin neft və qaz resurslarının satışından daxil olan valyuta təşkil edən Qazaxıstanda 2009-cu ildə üDM 3,5 faiz azalıb. İnflyasiya 8 faiz təşkil edib.
MDB dövlətləri içərisində Ukrayna, Belarus, Moldova və digər ölkələrdə də iqtisadi geriləmə hiss olunub. Ukraynada ötən il milli məhsul istehsalı 17 faiz azalıb. Sənaye bölməsində isə 28,4 faiz azalma müşahidə olunub. Moldovada üDM 7,8 faiz, sənaye məhsulu isə 22 faiz azalıb. Kapital qoyuluşları 36 faiz aşağı düşüb. İnflyasiya 2 faiz olub. Eləcə də, tədiyyə balansı və xarici ticarət dövriyyəsi mənfi notlarla müşayiət olunub. Belarusda isə üDM 0,3 faiz azalmaya məruz qalsa da, bu ölkədə kənd təsərrüfatı və investisiya qoyuluşları artıb. Digər MDB ölkələri içərisində Qırğızıstan və Tacikistanda üDM 2,7 faiz artsa da sənaye istehsalı 10 faiz, investisiya qoyuluşları 11 faiz, kənd təsərrüfatı 15 faiz azalmaya məruz qalıb, inflyasiya 8 faizə yaxınlaşıb. Türkmənistan ötən ili nisbətən inkişaf göstəriciləri ilə başa vurub. Bu ölkədə 2009-cu ildə neft və qaz hasilatı, eyni zamanda, ixracı artıb ki, bu da milli məhsulun yüksəlməsinə səbəb olub. özbəkistan da dinamik inkişaf meyillərini qoruyub saxlamağa müvəffəq olub.
MDB dövlətləri içərisində ən ağır iqtisadi durum işğalçı Ermənistanda müşahidə olunur. Bu ölkədə üDM 20 faiz, sənaye istehsalı 23 faiz aşağı düşüb. Kənd təsərrüfatında 3,2 faizlik geriləmə hiss olunur. İnflyasiya 4 faiz təşkil edib. Ermənistanın xarici ticarət dövriyyəsi də kəskin şəkildə azalmağa doğru gedir və dünya ölkələri ilə mal mübadiləsi 40 faizdən çox azalıb. Bu ölkənin ticarət partnyorları əsasən Rusiya və İrandan ibarətdir ki, onlarla da ticarət dövriyyəsi 50 faizə yaxın aşağı düşüb. ölkədə əhalinin alıcılıq qabiliyyətinin azalması və yoxsulluğun artması xaricdən gətirilən malların da həcminin azalması ilə nəticələnib.
“Statistika SNQ” jurnalının analitiklərinin qənaətinə görə, postböhran dövründə yalnız Azərbaycan öz dinamik inkişaf meyillərini qoruyub saxlamağa müvəffəq olub. Bütün sosial-iqtisadi göstəricilərinin inkişaf dinamikasına görə fərqlənən ölkəmiz iqtisadiyyatın artım templərini davam etdirməyə nail olub, əsas makroiqtisadi indiqator olan ümumi daxili məhsulun (üDM) 10 faizə yaxın artması müqabilində maliyyə və iqtisadi sabitliyin möhkəmlənməsini təmin edib. Azərbaycanda üDM 9 faiz yüksəlib. Respublikamıza ötən ili digər göstəricilər üzrə də, məsələn, inflyasiya, orta aylıq əməkhaqqı, əhalinin pul gəlirləri, banklara əmanət qoyuluşları üzrə də artım templəri ilə başa vurub. Bu tendensiya isə respublikamızın MDB-də ən inkişaf edən dövlət olması faktorunu bir daha şərtləndirmiş olur.
Respublikamızda həyata keçirilən davamlı islahatlar 2010-cu ildə də  yüksək iqtisadi uğurlar əldə edilməsinə zəmin yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət daha böyük uğurların qazanılmasına böyük imkanlar yaradır: “2009-cu il bütün ölkələr üçün sınaq ili olmuşdur. 2009-cu ildə dünyanı bürümüş maliyyə və iqtisadi böhran demək olar ki, bütün ölkələrə öz mənfi təsirini göstərmişdir. 2009-cu ildə ölkələr öz imkanları, öz təbii ehtiyatları, apardıqları islahatlar hesabına nəyə qadir olduqlarını nümayiş etdirmişlər... 2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olundu. İqtisadi artım 9 faizdən çox olmuşdur, sənaye istehsalı təxminən 9 faiz artmışdır. ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir”.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30