Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda sahibkarlığın inkişafı üçün hər bir şərait var

Azərbaycanda sahibkarlığın inkişafı üçün hər bir şərait var

22.01.2010 [13:51]

Prezident İlham Əliyev: Sahibkarlığın inkişafı bizim üçün həmişə olduğu kimi, prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir
Sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir. 2009-cu ildə də Azərbaycanın bütün iqtisadi rayonlarında sahibkarlara kreditlərin verilməsi ilə bağlı kredit yarmarkaları keçirilib və onlara sərfəli şərtlərlə kreditlər verilib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı ötən il 1200-dən çox olub. Verilmiş kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 4800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu da əhalinin məşğulluğunun və yaşayış səviyyəsinin yaxşılaşdırılması deməkdir.
Xatırladaq ki, ötən il sahibkarlığın inkişafına dövlət tərəfindən 130 milyon manat vəsait yönəldilib. Həmin kreditlərin 99 faizi regionların payına düşür. Kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı, infrastruktur layihələrinə xərclənib. Aran, Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Yuxarı Qarabağ iqtisadi rayonları üzrə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin gücü 10 min tonluq tutumu olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ötən ildən başlayaraq regionlarda soyuducu anbar komplekslərinin tikintisi ilə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bu cür anbarlar istehsal olunan məhsulların istifadə müddətinin artırılması üçün nəzərdə tutulub. Həmin anbarlar Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və digər iqtisadi rayonlarda meyvə-tərəvəz, həmçinin, digər ərzaq məhsullarının saxlanılması və satışı məqsədi ilə inşa edilir. Eyni zamanda, Aran iqtisadi rayonunda 2008-ci ildə tikintisinə başlanılan biyan məhsullarının emalı zavodu inşa edilib və zavod müasir avadanlıqlarla təchiz olunub.
Onu da qeyd edək ki, ölkəmizdə 2008-ci ilin yanvar ayından etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı tətbiq olunan “bir pəncərə” mexanizmi biznesə başlamaq istəyənlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində son 2 il ərzində sahibkarlığa başlayan şəxslərin sayı 50 faiz artıb. ümumiyyətlə, “bir pəncərə” sisteminin tətbiq olunması sahibkarlıq sektorunda canlanmanı intensivləşdirib və fiziki şəxslər də daxil olmaqla ötən il ərzində qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 50 mini keçib. Bu, respublikamızda biznesə olan marağın artması fonunda əlverişli investisiya mühitinin formalaşmasının təzahürü kimi qiymətləndirilə bilər. Yeri gəlmişkən, dünya maliyyə böhranının bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin də bağlanmasına səbəb olmasına baxmayaraq respublikamızda bu tendensiya müşahidə olunmayıb. ölkəmizdə istər fiziki, istərsə də hüquqi şəxs qismində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması iqtisadi aktivliyin nəticəsi sayıla bilər.
ölkəmizdə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən davamlı tədbirlər dünyanın bir çox nüfuzlu təşkilatlarının hazırladığı reytinq qiymətləndirmələrində və müxtəlif hesabatlarda öz müsbət əksini tapıb. Belə ki, 2 il əvvəl Dünya Bankı (DB) tərəfindən hazırlanmış hesabatda Azərbaycan bir nömrəli islahatçı ölkə elan edilib. Eyni zamanda, DB-nin 2009-cu ilə dair hesabatında respublikamızın reytinqi yüksəldilib. Qurum Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatları ilə bağlı ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, tikinti və digər bölmələrdə “bir pəncərə” sisteminin və əmlakın qeydiyyatının aparılmasında vahid mexanizmin tətbiq edilməsi, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə islahatların davam etdirilməsini yüksək dəyərləndirib.
Hazırda hökumətin həyata keçirdiyi siyasət sahibkarlığa dövlət himayəsinin gücləndirilməsinə, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar: “Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır. Bütün infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar tikilir, - mən artıq bu barədə danışdım, - bunlar, eyni zamanda, sahibkarlığın inkişafı üçün də başlıca şərtdir. Azərbaycanın şəhərləri abadlaşır, gözəlləşir. Sahibkarlığın inkişafı bizim üçün həmişə olduğu kimi, prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir”.
KAMRAN
Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30