DTXK-da 2009-cu ilin yekunları müzakirə olunub
03.02.2010 [09:17]
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) 2009-cu ilin yekunları barədə kollegiya iclası keçirilib. İclasda 2009-cu ildə görülmüş və 2010-cu ildə görülməsi nəzərdə tutulmuş işlər, əsas istiqamətlər və vəzifələr barədə geniş məlumat verilib. Tədbiri giriş nitqi ilə açan DTXK-nın sədri Qərib Məmmədov qeyd edib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Komitənin üzərinə qoyulmuş mühüm dövlət vəzifələrinin icrası ölkəmizdə aqrar sektorun inkişafına layiqli töfhələr verib: “Heç şübhəsiz, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasətin tənzimlənməsində əsas istehsal vasitəsi olaraq torpaqla bağlı siyasətin böyük rolu var, bundan sonra da bu siyasətin düzgün və səmərəli şəkildə tənzimlənməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə təxirəsalınmaz vəzifələr qoyulmuşdur”.
Daha sonra Q.Məmmədov həyətyanı torpaqların sənədləşdirilməsi, “Torpaqlardan səmərəli istifadə olunması və mühafizəsinə dövlət nəzarəti” proqramı çərçivəsində görülən işlər, torpaq bazarında tənzimləmə işinin həyata keçirilməsi, bir sıra sahələrdə xüsusi dövlət tapşırıqlarının yerinə yetirilməsi və digər istiqamətlər barədə mühüm məqamları diqqətə çatdırıb. DTXK-nın sədri bildirib ki, bu ilin “Ekologiya ili” elan olunması ilə bağlı torpaqların ekoloji qiymətləndirmə işləri davam etdirilməli və bu işlərin nəticələrindən irəli gələn aidiyyətı icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq işləri daha da gücləndirilməlidir: “Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunub və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. ümumiyyətlə isə, torpaqların ekologiyası sahəsində 2009-cu il də daxil olmaqla, respublikanın vahid torpaq fondunun 15 rayonunun (Şəmkir, Xızı, Qax, Ağdaş, Dəvəçi, Qusar, Siyəzən, Neftçala, Zaqatala, Salyan, Quba və Ucar) inzibati ərazisində mülkiyyət növlərindən asılı olmayaraq torpaq tədqiqatı işləri aparılıb”.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” yönündə respublika üzrə görülməsi nəzərdə tutulan ümumi tədbirlər çərçivəsində torpaq islahatlarının davam etdirilməsi məsələsinə toxunan Komitə sədri qeyd edib: “Torpaqların məhsuldarlığının artırılması, onların eroziyasının, şorlaşma və şorakətləşməsinin qarşısının alınması məqsədilə torpaq və geobotaniki tədqiqat işlərinin aparılması və Bakı şəhəri üzrə vətəndaşların qanuni istifadəsindəki torpaqların kadastr sənədlərinin hazırlanması Komitənin üzərinə vəzifə kimi qoyulub”.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın reallaşdırılması üzrə Komitəyə xüsusi tapşırıqların verildiyini vurğulayan Q.Məmmədov qeyd edib ki, hər iki proqram üzrə nəzərdə tutulan tədbirlər Komitə tərəfindən yerinə yetirilir və müvafiq hesabatlar ümumiləşdirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və digər aidiyyətı orqanlara təqdim edilir: “Belə ki, 34 rayonda torpaqların texniki uçotunun, 19 rayonda torpaqların bonitirovkasının və 36 rayonda torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənilib xəritələşdirilməsi üzrə işlər aparılıb”.
Daha sonra DTXK-nın sədri bildirib ki, Dünya Bankının vəsaiti ilə “Azərbaycan Respublikasında Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi” uğurla reallaşdırılmaqdadır: “Peyk çəkilişi əsasında hazırlanması nəzərdə tutulmuş ortofoto xəritələrin həm peyk çəkilişi materialları, həm də emal materialları 80 faiz həcmində tamamlanıb”.
Bundan başqa, Q.Məmmədov Koreya Respublikasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Torpaq Kadastrı Sisteminin təkmilləşdirilməsi layihəsi” haqqında geniş məlumat verib: “Layihədə Azərbaycanda şəhər kadastrı nümunəsində torpaq kadastrı sisteminin təkmilləşdirilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Mərkəzi ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə ərazisində 1000 hektar sahədə pilot şəhər kadastrı layihəsinin həyata keçirilməsi və müasir kadastr sisteminin yaradılması, habelə, torpaq kadastrı üçün münasib metodologiyanın öyrənilməsi və tətbiqi, işçilərin potensialının gücləndirilməsi nəzərdə tutulub. Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOCİA) tərəfindən ayrılmış 1,5 milyon ABŞ dolları məbləğində qrant hesabına 18 ay ərzində həyata keçiriləcək. Layihə üzrə işlərə 21 sentyabr 2009-cu il tarixində başlanılıb”.
Bunlarla yanaşı, Q.Məmmədov torpaq bazarında ümumi işin tənzimlənməsi yönündə görülən işlərə də diqqəti çəkib: “2009-cu ildə qısa müddətdə tərkibi bələdiyyə şurası sədrlərindən, ictimaiyyət nümayəndəsindən, yerli icra hakimiyyətlərinin, həmçinin, 2 nəfər Komitənin rayon və şəhər şöbələrinin nümayəndələrindən ibarət komissiyalar formalaşdırıldı. Eləcə də, komissiyaların səlahiyyətləri ilə bağlı sənəd nümunələri hazırlanaraq təsdiq edildi və hesabat ilində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 749 hərrac və müsabiqə təşkil olundu”.
Qərib Məmmədov qeyd edib ki, “Torpaqlardan səmərəli istifadə olunması və mühafizəsinə dövlət nəzarəti” proqramının reallaşdırılması yönündə bir sıra qanunazidd hallara rast gəlinib və bu hallarla ciddi mübarizə aparılır: “2009-cu ildə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzrə 1160 torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilib. Bunlardan 702 hal xəbərdarlıq-bildiriş verilməklə aradan qaldırılıb, 458 hal ilə bağlı məsələ isə inzibati qaydada sənədləşdirilərək cərimə tətbiq edilib. Bildiririk ki, torpaq qanunvericiliyinin tələblərini pozanlardan 1149-u fiziki, 4-ü hüquqi və 7-i vəzifəli şəxslərdir”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

