Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanda misilsiz mütəşəkkil cinayətkarlıq piramidası qurulub...

Ermənistanda misilsiz mütəşəkkil cinayətkarlıq piramidası qurulub...

16.02.2010 [15:52]

Rusiyanın aparıcı mətbu orqanlarından olan “Versiya”, “Vek” adlı nəşrlərində, həmçinin, “Armeniya Today” portalında Ermənistandakı mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olması haqqında materiallar dərc edilib
Ermənistanda hakimiyyəti qəsb etmiş hərbi xunta ölkə əhalisinin sosial-iqtisadi böhran içində yaşamasına bəraət qazandırmaq üçün tez-tez dövlətlərinin regiondakı bütün qlobal əhəmiyyətli layihələrdən kənar tutulmasını, blokadada saxlanılmasını səbəb kimi göstərirlər. Əlbəttə ki, bu səbəbdə həqiqətin olması danılmaz faktdır. Amma Ermənistanın bu sahədə üzləşdiyi problemlərin əsas səbəblərindən biri də ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olmasıdır. Vətəndaşlarının hüquq və azadlıqlarını kobudcasına pozan, xalqı öz maraqları naminə dəfələrlə zərbə altına qoyan Sərkisyan rejiminin bu və ya digər cinayətkar əməlləri haqqında nəinki Ermənistan əhalisi, hətta, dünya ictimaiyyəti artıq xəbər tutub. İqor Petrovun Rusiyanın aparıcı mətbu orqanlarından olan “Versiya” qəzetində dərc edilən “Ermənistan soyğunçuları - prezidentlərin mülkiyyəti” adlı yazısı, “Vek” adlı nəşrdə, həmçinin, “Armeniya Today” portalında eyni mövzuda faktlarla zəngin materialların dərc edilməsi yuxarıda söylədiyimiz fikirlərə əyani sübutdur.
Sarkisyanın prezident seçilməsi ilə Ermənistanda cinayətkarlıq halları əhəmiyyətli dərəcədə artıb
Dərc olunmuş materiallarda bildirilir ki, hazırda Rusiyada işləyən ermənilərin sayı 800 min nəfərdir. Qeyd edilir ki, Ermənistanda hüquq-mühafizə orqanlarını, məhkəmə sistemini və parlamenti tam şəkildə özünə tabe edən misilsiz mütəşəkkil cinayətkarlıq piramidası qurulub: “Dövlət sistemində rəsmən elan olunmuş maliyyə-büdcə sisteminə paralel olaraq kölgə maliyyə axını sistemi də fəaliyyət göstərir və onun həcmi rəsmi büdcə sistemindən bir qədər artıqdır. S.Sarkisyanın prezident seçilməsi ilə həm də yüksək dövlət strukturlarına kriminal küçə elementlərinin kəskin soxulması halları başlanıb və bu da cinayətkarlığın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. Rusiya mətbuatında bir müddət əvvəl Moskvada yerləşən “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyanın Ermənistanda milli dövləti, ərazini, sadə vətəndaşların maraqlarını qoruya bilməyən həqiqi dövlət sisteminin bərqərar olmaması barədə bəyanatı yayıldı. ölkədəki hakimiyyət saxtakarlıq və təzyiq yolu ilə oliqarxların, kriminal elementlərin və xarici əlaltıların nümayəndələrindən formalaşıb. Əlbəttə ki, bu qruplaşmalar öz sahiblərinin maraqlarına xidmət edir və onların əhalinin böyük əksəriyyətinin problemlərinin həlli ilə bağlı görəcəyi hər hansı iş yoxdur. Milli maraqların satılmasından tutmuş, təsərrüfat və maliyyə fırıldaqlarına, o cümlədən dramın (Ermənistanın milli pul vahidi) kursu ilə bağlı aparılan süni oyunlara və evlərə verilən təbii qazla bağlı maxinasiyalara qədər onlar təmsil olunduğu qruplaşmaların xeyrinə iş aparırlar. Hakimiyyətin yuxarı təbəqəsi ölkənin bütün aktivlərinin və müəssisələrinin təxminən 85 faizinə malikdir. Buraya qeyri-qanuni trafiklər də aid olunur. Eləcə də, maliyyə axınının 90 faizini hakimiyyət rəhbərliyi öz nəzarətində saxlayır. Bu mənada alınmış dövlətlərarası kreditlərin əsl təyinatının taleyinin necə olduğunu təsəvvür etmək çətin deyil. Yeganə effektli vasitə hakimiyyətin ölkədə siyasi və iqtisadi məsələləri kriminal elementlərin və formal güc strukturlarının köməyi ilə həll etməsidir. Bütün sarkazm onunla bağlıdır ki, bu qeyri-formal birləşmə kriminal özbaşınalığın ən pis metodlarını silahlanmaya qəbul ediblər. Əlbəttə ki, belə şəraitdə ölkə rəhbərliyinin Ermənistanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparılması haqqında səsləndirdikləri fikirlər vətəndaşların böyük əksəriyyətində, o cümlədən müxtəlif çinli məmurlarda yalnız qəzəb və ironik gülüş doğurur. Ermənistanda oliqarx strukturunun və korrupsiya sisteminin əsas xüsusiyyəti bu prosesdə kriminalitetin güclü və praktiki olaraq ictimai iştirakıdır. Bundan başqa, oliqarxlardan, korupsionerlərdən və kriminal elementlərdən ibarət hakimiyyətin yuxarı piramidasının ətrafında Dağlıq Qarabağdan çıxanların klanı mövcuddur. Qeyd edək ki, klan üzvlərinin əksəriyyəti əslində, Qarabağdan gəlmələr deyil. Ancaq onlar piramidanın zirvəsindəkilərin diktə etdiyi qaydalarla oynamağa məcburdur”.
Ermənistanda heç bir antikorrupsiya qanunvericiliyi yaradılmayıb...
Dərc olunmuş materiallarda bildirilir ki, son 11 ildə təhsil naziri vəzifəsini həyata keçirimş iki - Daşnaksütyun və “Orinar Yerkir”, “Qanunçuluq ölkəsi” partiyalarının nümayəndələri daha çox ölkədə korrupsiya ilə mübarizə haqqında danışıblar: “Təhsillə bağlı maraq qrupu digər sferalarda da güclü resurslara malikdirlər. Belə ki, bu maraq qrupundan son 12 il ərzində 2 nəfər parlament spikeri olub (əhəmiyyətinə görə, spiker de-yure olaraq ölkədə prezidentdən sonra ikinci şəxsdir) və digərləri bir sıra yüksəkçinli vəzifələri icra ediblər (Armen Xaçaturyan - 1999-2003, Artur Baqdasaryan - 2003-2006-cı illərdə spiker vəzifəsini icra ediblər. Sabiq təhsil naziri Serqo Yeriçyan 2003-2007-ci illərdə, həmçinin, parlamentdə təhsil komissiyasının sədri olub və s.). Keçmiş SSRİ ölkələrindən fərqli olaraq Ermənistanda heç bir antikorrupsiya qanunvericiliyi yaradılmayıb. Erməni oliqarxlarının və yüksək vəzifəli şəxslərinin kapitalının ölkədən çıxarılması və “yuyulması” ilk növbədə İsveçrədə, Kiprdə, Livanda, BƏƏ-də, Lixtenşteyndə, Hernsdə (Böyük Britaniya) və digər yerlərdə həyata keçirilir. Dünyanın başqa ölkələrində də erməni oliqarxlarının pullarını gizlətmək və “yumaq” tendensiyası mövcuddur. Bu planda ilk növbədə Cənubi Avropa və Balkan ölkələrinin (Xorvatiya, çernoqoriya, İtaliya, Bolqarıstan, Rumıniya və Yunanıstan), İsrail (məsələn, “Apoalim” bankı), Latın Amerikası - Argentina və Beliz durur. Mətbuatda dərc olunan materiallara görə, ABŞ-ın xüsusi orqanları da erməni oliqarx və korrupsionerlərinin, eləcə də onların etibar etdiyi şəxslərin pullarını Amerikada “yumaq” cəhdlərini qeydə alıb. Bununla yanaşı, 2006-cı il dekabr ayında işıq üzü görən “Forbs-Ermənistan” jurnalında dərc olunmuş bir yazıya da diqqət çəkmək istərdik. Jurnalda Ermənistanın ən zəngin on sakini təqdim olunub. Lakin onların əmlakı barəsində heç bir məlumat verilməyib. Həmin siyahıdakıları o dövrdə tutduqları vəzifələrinin göstərilməsi ilə diqqətə çatdırırıq:
Haqik çarukyan - “Barqavac Ayastan” (“çiçəklənən Ermənistan”) Partiyasının sədri, “Multi qrup” konserninin sahibi;
Armen Avetisyan - Gömrük İdarəsinin rəisi;
Mixail Baqdasarov - “MİKA” şirkətinin prezidenti və “Armavia”nın sahibi;
Qrant Ardanyan - “Qrand Tobako” və “Qrand Kendi”nin prezidenti;
Sukiasyanlar ailəsi - “SİL” konserni;
Yervand Zaxaryan - Yerevanın meri;
Robert Koçaryan - Ermənistan Prezidenti;
Serj Sarkisyan - müdafiə naziri;
Andranik Manukyan - nəqliyyat və rabitə naziri;
David Arutyunyan - ədliyyə naziri.
Siyahıda adları göstərilən on nəfərdən altısı (o cümlədən, keçmiş və indiki prezident) de-yure olaraq icraedici hakimiyyətin tərkibində olub və “bir maaşa” yaşayıblar. Növbəti parlament seçkilərinə il yarım qalmış bu müqayisəli siyahının dərc olunması ilə əslində Q.çarukyanın tərəfdarları bir tərəfdən öz sahiblərinə nifrət etməli, digər tərəfdən Ermənistanda kimin-kim olduğunu bilməli idilər”.
Koçaryan ailəsinin maddi və qeyri-maddi aktivləri 4 milyard ABŞ dollarından artıqdır
Materiallarda, həmçinin, R.Koçaryanın varidatına da diqqət çəkilib: “Ermənistanda mövcud korrupsiya sisteminin əsasını qoyan Robert Koçaryan prezidentliyi dövründə (1998-2008) imkanları kiçik olan bir ölkədə öz əlində nəhəng varidat cəmləşdirə bilib. Robert Koçaryan aşağıdakı sahələri ya nəzarətində saxlayır, ya da onlarda paya malikdir:
- vergi;
- gömrük yığımı;
- telekommunikasiya;
- tikinti;
- neft məhsulları, benzin və dizel yanacağının idxalı;
- qaz təchizatı;
- qiymətli daşların emalı, eləcə də belə daşlarla bağlı digər əməliyyatlar (ilk növbədə idxal və ixrac);
- metal məhsullarının icxracı;
- ümumi idxal (bəzi qiymətləndirmələrə görə 30 faizdən 40 faizə qədər);
- mineralların hasilatı və emalı sferası;
- kommunikasiya və nəqliyyat infrastrukturu;
- qızılın idxalı və realizasiyası;
- aviayükdaşımalar və aviaşirkətlər.
Təxmini hesablamalara görə, Robert Koçaryan ailəsinin maddi və qeyri-maddi aktivləri 4 milyard ABŞ dollarından artıqdır”.
Nəşrlərdə vurğulanıb ki, hazırki Ermənistan hakimiyyəti ölkə iqtisadiyyatının aşağıdakı sahələrini nəzarətdə saxlayır:
- vergi rüsumları;
- neft məhsullarının, benzinin və dizelin idxalını;
- metal və melallomun ixracını;
- qızıl idxalını;
- aviadaşımalar və aviaşirkətlər sferasını;
- idxal sferasını (bəzi məlumatlara görə, 35 faizdən 45 faizədək).
Ermənistan narkotrafik marşrutun paylayıcı şəbəkəsi rolunda...
Nəşrlərdə qeyd olunub ki, hazırda Ermənistan ərazisindən bir sıra narkotrafik marşrutları keçir: “Onlar ölkənin cənub sərhədlərindən başlayaraq, Gürcüstana, Ukraynaya, Rusiyanın şəhərlərinə, Avropaya gedən Yerevan və Gümrünün əsas dəmiryol vağzalları və hava limanlarını əhatə edir. Ermənistanda qızıl və qiymətli daş məmulatlarının, xüsusən də, Avropa və Rusiyaya daşınan cilalanmamış brilyantların qaçaqmalçılığı mövcuddur. Əldə olunmuş faktlara görə, Ermənistanın 150 vətəndaşı hərbçilərin nəzarəti altında ekvatorial və subekvatorial iqlim qurşağının ağır təsirlərinə baxmayaraq, Afrika ölkələrinin (xüsusilə, Nigeriya və Namibiyada) yataqlarında çalışırlar”.
Məqalədə göstərilir ki, “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan faktları konkretləşdirərək qeyd edir: “Əminliklə deyə bilərəm ki, Ermənistanın birinci şəxsi olmuş eks-prezident Robert Koçaryan hansı əmlaka sahibdir:
- Artsaxbank;
- MAP - 50 faiz;
- Armeksimbank (şərik);
- Yunibank (şərik);
- AVV bank (şərik);
- Renko konstrukşn;
- Zəngəzur mis-molibden kombinatı (90 faizdən yuxarı);
- Ardşininvestbank (50 faizdən yuxarı);
- “Konversbank” (müxtəlif məlumatlara görə 30 faizdən 50 faizə qədər);
- Kaputan Sevan kompleksi - 100 faiz (Artak Voskanyan vasitəsilə);
- “Nairi” tibb mərkəzi (səhiyyə naziri Arütyun Kuşkyanla birlikdə 50 faiz);
- Brendlər (Emporio Armani, Stefano Riksi və digərləri);
- “BiŞin” tikinti şirkəti (100 faiz);
- “Dauntaun Yerevan” tikinti şirkəti (böyük oğlu Sedrak Koçaryan vasitəsilə);
- “N2” teleşirkəti - 50 faiz (şəriklər Samvel Mayrapetyan və indiki baş nazirin müavini Armen Gevorkyan);
- “Star” mağazalar şəbəkəsi (30 faiz Sedrak Koçaryana - Robert Koçaryanın böyük oğluna məxsusdur);
- “Noy” konyak-şərabçılıq kombinatı - 50 faiz (şəriki Haqik çarukyan);
- “Zvartnots” hava limanı - 50 faiz (30 illik icarə, şəriki Argentina vətəndaşı Eduardo Ernekyandır);
- “Armpoçt” - 50 faiz (böyük oğlu Sedrak Koçaryan vasitəsilə, digər şərik Argentina vətəndaşı Eduardo Ernekyandır);
- Mobil telefonlar idxalı - bazarın 80 faizi;
- Moskvada iri ticarət kompleksi (şəriki Samvel Karapetyan);
- Moskvada kazino (Şakro ilə birlikdə);
- Toyota şirkətinin Ermənistandakı nümayəndəliyi.
Bundan başqa, Robert Koçaryan müstəqil direktor kimi Rusiyanın “Sistem” AFK müəssisəsinin Direktorlar Şurasının tərkibinə daxildir”.
Robert Koçaryan, eyni zamanda, Rusiyanın AFK “Sistema” şirkətinin Direktorlar Şurasının üzvüdür. Ekspertlər hesab edirlər ki, Robert Koçaryan əvvəl sahibi və ya payı olduğu şirkət və müəssisələri çoxdur:
- “K-telekom” (“Vivasel” ticarət markası);
- OOO aqromüəssisəsi (1870 hektar);
- Yerevanda yerləşən Qolden Palas Hotel (real sahibi 83 faiz payla Sedrak Koçaryan olub);
- Araratsement - 33 faiz;
- “Konversbank” (böyük oğlu Sedrak Koçaryan vasitəsilə).
“Konversbank” vasitəsilə beynəlxalq terrorizmlə əlaqəli olan bir sıra firma və bankların pulları (800-900 milyon dollar) “yuyulduğu” üçün ABŞ xüsusi xidmət orqanlarının nəzarətinə götürülüb. Bununla bağlı yaranmış qalmaqal bankın prezidenti S.Nasibyanın istefasına və aktivlərin Eduardo Ednikyana satılmasına gətirib çıxarıb: “Lakin kifayət qədər əsas var ki, Sedrak Koçaryanın bankda olan paylarının satılması barədə sövdələşmə yalançı xarakter daşıyır. Real olaraq o, “Konversbank”ın şəriki olaraq qalır”.
Nəşrlərdə bütün bunlarla yanaşı, vurğulanıb ki, Prezident Serj Sarkisyan ona etibarlı olan şəxslər, o cümlədən qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan vasitəsilə aşağıdakı müəsisə və şirkətləri idarə edir:
- “Fleş” şirkətinin aktivləri - (şəriki Barsek Beqlaryandır);
- Yanacaqdoldurma şəbəkələri;
- Dağlıq Qarabağda 3 şərabçılıq kombinatı;
- Şərabçılıq zavodu (Ermənistanda satılan şərabın üçdə biri məhz bu zavodun payına düşür);
- “Ararat” bankı;
- “Ararat” restoranlar şəbəkəsi (30 ədəd);
- “MİKA” şirkətinin aktivləri (şəriki Mixail Baqdasrovdur);
- “Armavia” aviaşirkəti;
- “MİKA” şirkətinin yanacaq, benzin, aviakerosin, dizel yanacağı idxalı ilə bağlı bölməsi;
- “MİKA” futbol klubu (40-50 milyon dollar dəyərində qiymətləndirilir);
- “MİKA-sement”;
- “MİKA house” tikinti şirkəti (Yerevanda 5-dən artıq elitar evlər);
- Moskvada mehmanxana-restoranlar kompleksi;
- Londonda xüsusi ev;
- VTB bank (300 min dollara alıb 28 milyon dollara satıb);
- “Cazve” kofeenlər şəbəkəsi; müdafiə naziri olarkən Bolqarıstanda özəl istehsalçılardan alınan atıcı silahların üçüncü dünya ölkələrinə satılmasında vasitəçi olub;
- Kürəkəni M.Minasyan vasitəsilə “ArmenAkob” və “Ay TV” teleşirkətlərinin sahibidir...
... Şərhə ehtiyac yoxdur... Belə dövlət sistemində hansı çiçəklənmədən söhbət gedə bilər?!”, - deyə Smbat Karaxanyan bildirir”.
Hörmətli oxucularımızın diqqətinə çatdırırq ki, qəzetimizin bu dəfəki sayında Ermənistandakı mövcud cinayətkar, korrupsiya rejiminə rəhbərlik edənlərdən yalnız iki rəhbər şəxsin dövlətinin xalqının mülkiyyətinin necə mənimsəməsi haqqında yazdıq. Növbəti sayımızda korrupsiya və soyğunçuluq sisteminin yuxarı pilləsində yer alan digər erməni məmurlarını da əhatə edən faktları diqqətinizə çatdıracağıq.
(ardı var)
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1024 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30