/ / Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
10.04.2020 [12:27]
Azərbaycan dövləti koronavirusdan zərər çəkən sahələrdə çalışan insanların problemlərini nəzərə alır və onların həlli üçün müvafiq addımlar atılır
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bəhs olunan tədbirdə dövlətimizin başçısı xalqa müraciət edib. Ölkə Prezidenti Öz müraciətində respublikanın aidiyyəti qurumlarına və bütövlükdə cəmiyyətə yaranmış qlobal pandemiya şəraiti ilə əlaqədar bir sıra mühüm mesajlarını çatdırıb. Dövlət başçısının diqqət çəkdiyi məqamlardan biri isə pandemiyanın, bütövlükdə xarici mənfi tendensiyaların milli iqtisadiyyatımıza təsirlərinin azaldılması, eləcə də bu arzuolunmaz proseslərdən ziyan çəkən sahələrdə çalışan insanlara dəstək göstərilməsi ilə bağlıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini, demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib”.
Ölkədə iqtisadiyyatın dayanıqlı inkişafı üçün nəzərdə tutulan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir
Qlobal pandemiya şəraitində ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqları əsasında reallaşdırılan operativ tədbirlər kifayət qədər əhatəlidir və onların böyük bir qrupu iqtisadiyyatın funksionallığının təmin edilməsinə, sahibkarlıq subyektlərinin qorunmasına, pandemiyadan ziyan çəkən istehsal və xidmət sahələrində çalışanların sosial müdafiəsinin təmininə, iş yerlərinin qorunmasına, həmçinin post-epidemiya dövründə yeni iqtisadi modelin tətbiqi üçün real zəmin yaradılmasına hədəflənib. Verilən qərarlar həm hüquqi bazanın yaradılmasını, həm praktiki müstəvidə zəruri işlərin görülməsini, həm də maddi dəstək tədbirlərini əhatə edir. Yuxarıda da bildirildiyi kimi, Nazirlər Kabineti dövlət başçısının tapşırığı əsasında geniş Tədbirlər Planını təsdiqləyib. Sənəd ölkədə iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması kimi mühüm istiqamətləri əhatə edir. Tədbirlər Planına əsasən, 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10 faizi subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq. Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq.
Pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər planında xarici ticarətin dəstəklənməsi istiqamətində də müvafiq hərtərəfli yanaşmalar yer alıb. Ölkədə idxal və ixrac əməliyyatlarının ortamüddətli dövr üçün liberallaşdırılması nəzərdə tutulur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, hərtərəfli yanaşmalara ticarət-maliyyə alətlərinin tətbiqi, ticarət tarifləri və qeyri-ticarət baryer və tənzimləmələrinin orta müddətli dövr üçün təkmilləşdirilməsi aiddir.
Sənəddə həmçinin postpandemiya dövrü üçün yeni hədəflər də yer alıb. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bəhs olunan dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq.
Bəhs olunan Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına aprelin 8-dən etibarən start verilib. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir. Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanan bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əməkhaqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əməkhaqqı məbləği götürülüb. Bu, 712 manat təşkil edir. Bu məbləğdən daha aşağı əməkhaqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əməkhaqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əməkhaqqı səviyyəsində müəyyən edilib.
Azərbaycan postsovet məkanında pandemiya ilə mübarizəyə ÜDM-in ən böyük hissəsini ayıran ölkədir
Qlobal pandemiyanın, həmçinin digər mənfi xarici təsirlərin milli iqtisadiyyatımıza təsirini azaltmaq, eləcə də zərər çəkən sahələrdə çalışanların sosial müdafiəsinin təmin edilməsi məqsədilə nəzərdə tutulan maliyyə vəsaitinin həcmi də kifayət qədər böyükdür. Təkcə belə bir faktı nəzərə almaq lazımdır ki, hazırda respublikamızda yüz minlərlə insan yaranmış vəziyyətdən əziyyət çəkir. Azərbaycan dövləti isə neftin dünya bazar qiymətinin təxminən 2 dəfə azalmasına baxmayaraq, pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə və onların işçilərinə dəstək verməyə hazırdır. “Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür”, - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək.
Ölkəmizdə həmçinin mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir.
Bütövlükdə, Tədbirlər Planının icrasına yuxarıda bəhs olunan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin etmək nəzərdə tutulub. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan təxminən 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə aldıqda Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır. Ümumiyyətlə, Azərbaycan postsovet məkanında pandemiya ilə mübarizəyə ÜDM-in ən böyük hissəsini ayıran ölkədir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

