/ / Ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir
Ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir
30.04.2020 [11:05]
Pandemiya şəraitində Azərbaycan dövlətinin vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması ilə bağlı atdığı addımlar nümunə kimi göstərilir
Məlum olduğu kimi, dünya miqyasında geniş yayılmış yeni növ koronavirus infeksiyası (COVID-19) əksər dövlətlər üçün ciddi təhlükə olaraq qalmaqdadır. Bütün dünyanı təhdid edən pandemiyanın ilk dövrlərindən bu təhlükənin qarşısını almaq üçün Azərbaycanda da qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülüb. Onu da qeyd etmək lazımdır ki, yoluxmanın geniş yayılmaması üçün Azərbaycan dövlətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığı çərçivəsində bir sıra təxirəsalınmaz addımlar atılıb.
Təsadüfi deyil ki, dövlət tərəfindən pandemiyaya qarşı həyata keçirilən tədbilər həm Azərbaycan əhalisi tərəfindən, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimindəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, koronavirus dövründə dövlətin qəbul etdiyi qərarlar, atdığı addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, ÜST-nin Baş direktoru T.A.Gebreyesus açıqlamalarında dəfələrlə ölkəmizdə pandemiyaya qarşı görülən işləri yüksək qiymətləndirib və bu sahədə Azərbaycan nümunəvi ölkə kimi qəbul edildiyini bəyan edib. Yerə gəlmişkən, ÜST rəhbəri son mətbuat konfransında da Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizədə rolundan bəhs edib. Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirən T.A.Gebreyesus eyni zamanda ölkəmizin COVID-19-a qarşı qlobal səylərin dəstəklənməsi Fonduna 5 milyon ABŞ dollar vəsait ayırmasına görə minnətdarlıq edib. ÜST rəhbəri, həmçinin milli, regional və qlobal səviyyədə mübarizədə güclü səylərinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Qeyd olunduğu kimi, Azərbaycanın vətəndaşların təhlükəsizliyi və sağlamlığı üçün gördüyü tədbirlər beynəlxalq müstəvidə də yüksək dəyərləndirilir. Belə ki, xarici mətbuatda, o cümlədən Rusiya, Çin, İsrail və digər dövlətlərin media orqanlarında dərc edilən yazılarda Azərbaycanın pandemiyaya qarşı mübarizədə bütün sahələrdə atdığı addımlar təqdir edilir və nümunə kimi göstərilir. Elə İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun bu ölkədə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycanda koronavirus: çağırışlar və reallıq” sərlövhəli məqaləsi də bu baxımdan əhəmiyyətə malikdir. Məqalənin müəllifi xüsusi olaraq qeyd edir ki, ölkədə lüzumsuz təlaş yoxdur, ona görə ki, cəmiyyətdə dövlət təsisatlarına etimad yüksək səviyyədədir.
Bununla yanaşı, müəllif pandemiyanın ilk dövrlərindən ölkəmizin gördüyü tədbirləri yüksək qiymətləndirərək müvafiq kateqoriyaya aid olan insanlar, əhalinin aztəminatlı təbəqələrinin nümayəndələri, həmçinin koronavirusa görə işini itirmiş və qeyri-rəsmi işləyən 600.000-dən çox vətəndaşın dövlət proqramından dəstək alacağını yazır. Sözügedən yazıda risk qrupunda olan insanların bütün zəruri vasitələrlə bilavasitə dövlət tərəfindən və Heydər Əliyev Fondunun dəstəyi ilə təmin olunduğu da qeyd edilir.
Məqaləsində səhiyyə sahəsində dövlətin atdığı addımlara da diqqəti çəkən A.Qut yazır ki, keçirilmiş testlərin sayına görə regionda birinci yeri tutan Azərbaycan, həmçinin bu məsələdə qabaqcıl Avropa ölkələrinin çoxundan irəlidədir.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda koronavirusa yoluxan xəstələrin müalicəsində səmərəli nəticələrə nail olunması üçün dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisələrində lazımi şəraitin yaradılması, yeni xəstəxanaların və laboratoriyaların istifadəyə verilməsi bunu bir daha sübut edir.
Çinin nüfuzlu “China Daily” qəzetində yer alan “Azərbaycan iqtisadiyyatı koronavirus infeksiyası və neft böhranının öhdəsindən gələ biləcəkmi?” adlı məqalədə isə Azərbaycanda iqtisadiyyatın COVID-19 pandemiyası dövründə yarana biləcək böhranın öhdəsindən gələ bilmək üçün görülən işlərdən danışılır. Qeyd olunur ki, dövlətin kifayət qədər maliyyə ehtiyatlara malik olması Azərbaycan iqtisadiyyatının yeni dönəmdəki inkişafı və onun səngiyən sahələrini yenidən işə salmaq üçün çox böyük imkanlar yaradır. Məqalədə bildirilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində mühüm addımlar atılıb və bu gün də atılmaqdadır. Müəllif qeyd edir ki, Azərbaycanın hətta böhran şəraitində inkişafı və digər ölkələrə nisbətən daha az ziyan görməsi ölkə başçısının ardıcıl şəkildə apardığı müdrik, düzgün iqtisadi siyasətin və strategiyanın nəticəsidir.
Göründüyü kimi, yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün, həmçinin pandemiyanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu zərəri yumşaltmaq üçün Azərbaycan dövlətinin mümkün olan bütün tədbirləri həyata keçirməsi beynəlxalq müstəvidə də öz layiqli qiymətini alır.
Beləliklə, qeyd edilənlərdən belə bir nəticəyə gəlmək mümkündür ki, yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması yönündə ciddi uğurlar əldə edən Azərbaycan beynəlxalq müstəvidə nümunəvi ölkə kimi səciyyələndirilir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

