Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT sədri ilə görüşündə əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT sədri ilə görüşündə əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib

16.02.2010 [16:00]

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev Azərbaycanın siyasi partiyalarının təmsilçiləri ilə göruş keçirib. Qazaxıstanın xarici işlər naziri Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edib, daha sonra siyası partiya liderlərinin ölkənin ictimai-siyasi vəziyyəti ilə bağlı mövqelərini dinləyib. Görüşdə iştirak edən hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov ATƏT sədrinin diqqətini Dağlıq Qarabağ münaqişəsinin artıq 20 ildir həll olunmadığına yönəldib. Qeyd olunub ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində başlanmış münaqişə nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları davam edir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunan ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30