/ / Azərbaycan ombudsmanı Dağlıq Qarabağda qanunsuz “seçkilərin” keçirilməsinə etiraz olaraq bəyanat yayıb
Azərbaycan ombudsmanı Dağlıq Qarabağda qanunsuz “seçkilərin” keçirilməsinə etiraz olaraq bəyanat yayıb
22.05.2020 [10:06]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz “seçkilərin” keçirilməsinə və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına etiraz olaraq bəyanat yayıb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Respublikasının adsız yüksəkliklərində yerləşən mövqelərini, eləcə də dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutaraq atəşkəs rejimini pozması halları bizi dərindən narahat edir.
Pandemiya ilə əlaqədar BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən edilən müraciətlərə məhəl qoymayan Ermənistan hökuməti işğalçı və təcavüzkar siyasətinin fonunda təxribatçı hərəkətlərini davam etdirərək regionda daha da təhlükəli vəziyyət yaratmaqdadır. Hər şeydən əvvəl, pandemiya dövründə belə Ermənistan ordusunun atəşkəs rejimini pozmağa davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır.
Bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, bu kontekstdə olduqca mühüm məqamları diqqətə çatdırmışdı. Baş katibin bəyanatında qeyd edilib ki, zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər. “Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır. Döyüşən tərəflərə üz tutub deyirəm. Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin”, - deyə çağırışda vurğulanmışdı. Heç şübhəsiz, beynəlxalq təhlükəsizlik məsələsi və qlobal problem olan pandemiya şəraitində Ermənistanın təxribatçı əməllərini davam etdirərək atəşkəsi dəfələrlə pozması beynəlxalq hüquq normalarının, humanizm prinsiplərinin heçə sayılması ilə yanaşı, BMT-nin baş katibi Antonio Quterreşin məlum bəyanatına sayğısız və etinasız münasibətin əyani göstəricisidir.
BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damari COVID-19-la bağlı 2020-ci il aprelin 1-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi internet səhifəsində yayımlanmış xüsusi bəyanatında pandemiya dövründə qaçqınların tibbi müayinə, su, sanitariya, qida və lazımi yaşayış şəraiti ilə təmin olunmaq baxımından məhdudiyyətlərlə üzləşmə və ayrı-seçkiliyə məruz qalmaq riskinin olduğunu vurğulayıb. Bu məqam diqqətə alınaraq xüsusilə qeyd olunmalıdır ki, hazırda münaqişə zonasına yaxın yaşayış məntəqələrində pandemiya səbəbindən həyat şərtləri daha da ağırlaşıb. Belə ki, həmin ərazilərdə yaşayan insanların təmiz su ilə təmin olunması, dolayısıyla, onların gigiyena və sanitar xidmətlərə əlçatanlığı risk altındadır. Avropa Şurasının Parlament Assambleyasının 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamədə işğal olunmuş ərazilərdə və bu ərazilərə qonşu rayonlarda yaşayan əhalini təmiz su ilə təmin edən işğal olunmuş ərazidə yerləşən Sərsəng Su anbarının baxımsız vəziyyətdə olmasının insan həyatı üçün təhlükə yaratdığı və ciddi fəlakətlərə yol açacağı vurğulanır. Təəssüflə qeyd olunmalıdır ki, işğal faktının fonunda Sərsəng Su anbarının baxımsız vəziyyətdə olması həmin ərazilərdə yaşayan soydaşlarımızın həyat və sağlamlığını pandemiya dövründə daha böyük risk altına salıb.
Xatırlatmaq vacibdir ki, Ermənistan hökumətinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Təcavüz nəticəsində, həmçinin 20 mindən çox günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalıb.
Qeyd etmək istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vəziyyəti məhz “hərbi işğal” kimi müəyyən etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi isə “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə verdiyi qərarda işğal edilmiş ərazilərimizə effektiv nəzarətin məhz Ermənistan respublikası tərəfindən həyata keçirildiyini təsbit edib. Eyni zamanda, Avropa İttifaqı və Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamə, qərar və tövsiyələrdə Azərbaycan torpaqlarının işğal olunması və həmin ərazilərə separatçı qüvvələrin nəzarət etməsi faktları təsbit olunub.
Bunlarla yanaşı, dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili də bu ölkənin işğalçı siyasətinin və separatizmə dəstək xarakterli destruktiv mövqeyinin növbəti bariz nümunəsi, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması faktıdır. Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir, hər hansı bir hüquqi qüvvəsi yoxdur və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və birmənalı olaraq rədd edilib.
Dünya ictimaiyyətini, xüsusilə də nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə, zəruri addımlar atmağa və təxirəsalınmaz tədbirlər görməyə çağırıram”.
Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

