Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib
18.06.2020 [09:22]
İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.
Ali Məclisin Sədri kursantları salamlayıb.
Kursantlar orkestrin müşayiəti ilə dövlət himnini ifa ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, tədbir iştirakçılarını təbrik edərək deyib: “Azərbaycanda ordu quruculuğunun əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində hərbçi kadrların hazırlanması ilə başlanan bu proses dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk milli ordu qurumunun yaradılması, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Silahlı Qüvvələrin formalaşdırılması ilə davam etdirilib. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Ulu Öndərin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb”.
Ali Məclisin Sədri deyib: “Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır və bu gün 20-ci buraxılış mərasimi keçirilir. Ötən dövrdə hərbi liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının timsalında sağlam, vətənpərvər və əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik!”.
Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: “O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”. Məzun olan hər bir kursant gələcək təhsil və xidmət dövründə Ümummilli Liderimizin tövsiyələrini əsas götürməli, Vətənimizə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməlidir. Qarşınızda bir əsas vəzifə durur: o da təhsil aldığınız liseyin adına layiq peşəkar hərbi qulluqçu kimi yetişməkdir. Liseyin məzunları bundan sonra da təhsili və nizam-intizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır”.
Ali Məclisin Sədri deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər Silahlı Qüvvələrimizi yeni inkişaf mərhələsinə yüksəltməklə yanaşı, həm də dövlət-xalq-ordu birliyini daha da möhkəmləndirir. Hərbi qulluqçuların xidməti və yaşayışı üçün hərtərəfli şərait yaradılır, infrastruktur yenilənir, maddi-texniki təminat gücləndirilir. Zabit peşəsini seçən hər bir gənc bilməlidir ki, o, təhsil illərində olduğu kimi, gələcək xidmət dövründə də daim dövlətin himayəsində olacaqdır. Çalışın sizə göstərilən bu etimadı layiqincə doğruldub peşəkar zabit kimi formalaşasınız”.
Ali Məclisin Sədri bir daha buraxılış münasibətilə kursantları təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından minnətdarlıq edərək deyib: “Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıbdır. Görülən işlərin nəticəsidir ki, ixtisaslı hərbçi kadrların hazırlanması üçün bütün imkanlar var. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Cari dərs ilində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılıb, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tutublar. Məhəmməd Həsənov bundan sonra da göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərinə söz verib”.
Heydər Əliyev adına Hərbi Liseyin məzunu Yusif Məmmədzadə çıxış edərək deyib: “Bu gün kursantların həyatında əlamətdar gündür. Üç illik lisey həyatı bizim gələcəyin zabiti, Vətən müdafiəçisi kimi formalaşmağımızda mühüm rol oynayıb. Göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Ali Məclisin Sədrinə minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, Ulu Öndərimizin adını daşıyan hərbi liseyin şərəfini daim uca tutacaq, qarşıdakı təhsil illərində də yüksək bilik və hərbi intizamımızla öndə gedəcəyik. Əmin edirik ki, “And yerimiz Vətən” bizim kimi oğulların çiynində daim yüksələcəkdir:
Vətəndaş olmasa, boş şeydir Vətən
Beş günlük, on günlük güney qarıdır.
“Vətən” məfhumunun arxasındakı
Vətənin vüqarlı oğullarıdır”.
Sonra Ali Məclisin Sədri əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Kursant Tapdıq Abbasov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.
Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Ali Məclisin Sədri Ümummilli Liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.
Sonra Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb.
Aşpaz Bəyim Bayramova minnətdarlıq edərək deyib: “Liseydə kursantların qidalanması və sağlamlıqlarının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi qayğıya öz işimizlə cavab verək. Kursantlarla fəxr edir və onlara övladımız kimi qayğı göstəririk”.
Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: “Liseyin müəllimləri ölkəmizin gələcəyi olan layiqli vətəndaşlar hazırlayır. Çünki ordu hər bir ölkənin gələcəyi və müstəqilliyinin qarantıdır. Liseyin məzunları ali hərbi məktəblərdə təhsil aldıqdan sonra Azərbaycan ordusunda xidmət edəcəklər. Liseydə aldıqları təhsil və tərbiyəni gələcək xidmət dövründə tətbiq edəcək, nümunə göstərəcəklər. Onların hər bir nailiyyəti həm də müəllimlərinin uğurudur. Azərbaycan ordusunda zabit kimi xidmət edən hərbi liseyin məzunlarının yalnız uğurlarının şahidi olmuşuq. Bütün bunlar da müəllim-zabit heyətinin birgə səyi və əməyinin nəticəsidir. Heydər Əliyev adına Hərbi Liseyin ötən dövründəki fəaliyyəti onu deməyə əsas verir ki, məktəbin uğurlu gələcəyi vardır”.
Ali Məclisin Sədri müəllimlərə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45

