Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir
20.06.2020 [08:52]
Ekspertlər bildirirlər ki, ölkəmizlə qurum arasında sıx əməkdaşlıq qurulub və Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
Məlum olduğu kimi, hazırda Azərbaycan bütün dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərdə və beynəlxalq münasibətlər sistemində fəal iştirak edən dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinin təmin olunmasına gətirib çıxarıb. Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib. Qeyd edək ki, Azərbaycanın qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə böyük mühüm əhəmiyyət verdiyi nüfuzlu beynəlxalq təşkilatların arasında Avropa İttifaqı (Aİ), xüsusilə seçilir.
Yeri gəlmişkən, iyunun 18-də Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda konstruktiv əməkdaşlıq şəraitində Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir və Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yüksələn xətlə inkişaf edir: “Ölkəmizin İttifaqın 9 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin də 90 faizi artıq razılaşdırılıb”.
Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini vurğulayan S.Vəliyeva bildirib ki, 2009-cu ildə əsası qoyulan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində müxtəlif sahələrdə qurulan əməkdaşlıqda mühüm nəticələr əldə edilib: “Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyub. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığının altı üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığın səviyyəsi olduqca yüksəkdir”.
Ölkəmizlə Aİ arasında sıx münasibətlər qurulduğunu vurğulayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən isə deyib ki, Azərbaycan Avropa İttifaqı üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Azərbaycanın ticarətinin təqribən 50 faizi Avropa İttifaqına üzv dövlətlərinin payına düşür. Bununla yanaşı, Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır”.
Deputatın sözlərinə görə, sözügedən Sammitdəki çıxışında Prezident İlham Əliyev deyib ki, yaxın zamanlarda ölkəmiz Avropa İttifaqına üzv dövlətləri təbii qazla təchiz etməyə başlayacaq, həmçinin enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini təmin edəcək: “Vurğulamaq yerinə düşər ki, ölkəmiz strateji əhəmiyyət daşıyan və 3500 kilometrlik boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi tikintisinin təşəbbüskarı olub və bu layihənin maliyyələşdirilməsində iştirak edib. Cənub Qaz Dəhlizi həm Azərbaycanı Avropa İttifaqının bazarına bağlayacaq, həm də Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradacaq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56

