/ / İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar
İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar
30.06.2020 [09:34]
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti onlayn seminarında xəbər istehsalında mövcud vəziyyət və perspektivlər müzakirə olunub
İnformasiya agentlikləri pandemiya dövründə xəbər istehsalı üçün süni intellektdən daha geniş istifadə edirlər. Jurnalistlərin bir çoxunun məsafədən işləməsi şəraitində bu texnologiyalar agentliklərin fəaliyyətindəki dinamikanı sabit saxlamağa və artırmağa imkan verir.
Koronavirus pandemiyası zamanı informasiya agentliklərinin fəaliyyəti, xəbər istehsalında mövcud vəziyyət və perspektivlər Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboinin moderatorluğu ilə keçən növbəti onlayn seminarda müzakirə olunub.
Təqdimatla çıxış edən Press Association xəbər agentliyinin prezidenti Klayv Marşal hazırkı vəziyyətdə əsas məqsədin xəbər istehsalının zəifləməməsinə çalışmaq, riskləri azaltmaq, yeni texnologiyalardan daha faydalı istifadə etmək olduğunu bildirib. “İndi bizim agentliyin xəbərlərinə daha çox ehtiyac yaranıb. Əməkdaşlarımız məsafədən çalışsalar da, xəbər istehsalının azalmasına yol vermədik. Bu istiqamətdə həm də süni intellektdən daha çox istifadə etməyə başladıq. Bu texnologiya vasitəsilə bir ayda 17 min xəbər hazırlayıb abunəçilərə göndərdik”, - deyə o qeyd edib.
Hazırda agentliklərin xəbərlərinə olan böyük tələbatı postpandemiya dövründə də saxlamaq üçün mövcud imkanları itirməməyin önəmli olduğunu deyən Klayv Marşal bildirib ki, qeyri-müəyyənliklərə baxmayaraq, inkişaf və fəaliyyətin şaxələndirilməsi strategiyasına diqqət yetirmək lazımdır.
Azərbaycanda pandemiya şəraitində AZƏRTAC-ın iş təcrübəsini bölüşən İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanov qeyd edib ki, hazırkı vəziyyətdə insanlar daha etibarlı informasiya mənbələrinə üz tutur və bu səbəbdən agentliklərə müraciətlərin sayı artır. “AZƏRTAC karantin rejiminə baxmayaraq, informasiya istehsalında müsbət dinamikanı saxlayır. Əməkdaşlarımızı COVID-19 virusundan qorumağı prioritet hesab edirik. Vətəndaşları, ilk növbədə, COVID-19-a qarşı mübarizə tədbirləri, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial-iqtisadi dəstək proqramları maraqlandırır. Biz də bu məsələlərlə bağlı xəbər, video, infoqrafika, analitik materiallar hazırlayaraq yayırıq. Deyə bilərəm ki, bu dövr AZƏRTAC və bütün agentliklər üçün də imkanların və resursların sınağı oldu”, - deyə Aslan Aslanov vurğulayıb.
Görüşdə COVID-19 pandemiyasının informasiya mühitinə təsirləri, perspektivlər, mümkün böhran vəziyyətlərindən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda yaradılıb. Dünya informasiya siyasətinə mühüm təsir göstərən təşkilat öz sıralarında Avropanın 32 xəbər agentliyini birləşdirir. Buraya Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

