Azərbaycanda milli mətbuatın inkişafı üçün bütün şərtlər təmin edilib
22.07.2020 [09:36]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır
Bu gün Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. Düz 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz olan “Əkinçi” ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində böyük inkişaf yolu keçib. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafınada, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb.
Milli mətbuatımız bu gün də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Azərbaycan jurnalistləri ölkəmizin müsbət reallıqlarını uğurla təbliğ edir, respublikamız barədə informasiyaları, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri obyektiv şəkildə dünya birliyinin diqqətinə çatdırırlar. Bütövlükdə, Azərbaycanın keçdiyi inkişaf mərhələləri həmçinin milli mətbuatımızda da aydın şəkildə öz əksini tapıb. Deyə bilərik ki, milli mətbuatımız məhz müstəqillik illərində özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”.
Azərbaycan söz və fikir azadlığının yüksək səviyyədə təmin edildiyi ölkədir
Müasir dünyada demokratik dəyərlər hər bir ölkənin ümumi inkişaf səviyyəsini müəyyən edən çox mühüm faktor qismində çıxış edir. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan da demokratik inkişaf yolunu seçib. O cümlədən respublikamızda azad mətbuatın inkişafına, söz və fikir plüralizminin təmin olunmasına dövlət səviyyəsində güclü siyasi iradə nümayiş etdirilir. Respublikamızın mənzərəsinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz”, - deyə bildirib.
Aydın məsələdir ki, jurnalistlərin sərbəst şəkildə fəaliyyət göstərmələri ölkədəki mühitdən çox asılıdır. Anti-demokratik rejimlərin hökm sürdüyü ölkələrdə bir qayda olaraq mətbuat siyasi hakimiyyətin yedəyində gedir. Bunu biz müstəqilliyimizin ilk illərində respublikamızda da görmüşük. Söhbət 1992-ci ilin mayında ölkəmizdə qeyri-qanuni yolla iqtidara gələn AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründən gedir. Həmin dövrdə həqiqəti deyən və yazan jurnalistlər təqib olunur, onların döyülməsinə, oğurlanmasına və şantaj edilməsinə rast gəlinirdi. AXC-Müsavat iqtidarının bütün təmsilçiləri özlərinin korporativ maraqlarını KİV-lər vasitəsilə cəmiyyətə diktə etməyə çalışırdılar və düşünürdülər ki, mətbuat, jurnalistlər onların dirijor çubuğu ilə idarə olunmalıdırlar. 16 aprel 1992-ci il tarixində mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında Fərman, 15 aprel 1993-cü il tarixində bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı Sərəncam imzalandı. KİV-lərin sərbəst fəaliyyət dairəsini daraltmağa, jurnalistlərin fəaliyyətinə nəzarəti artırmağa, bütövlükdə medianı buxovlamağa hesablanan bu sənədlərin imzalanması o dövrdə AXC-Müsavat hakimiyyətinin mediaya qeyri-demokratik və despot münasibətinin ifadəsi idi.
Azərbaycanın yaxın tarixinə qısa ekskurs etsək, görərik ki, müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə dövlət qayğısı siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Məlumdur ki, 1993-cü ildə xalq təkidlə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını istədi. Xalqının təkidli tələbini qəbul edib çətin bir dövrdə Azərbaycana rəhbərlik etməyə razılıq verən Ümummilli Lider ölkə həyatının demokratikləşməsində, respublikamızın beynəlxalq arenada tanınmasında və müsbət imicinin formalaşmasında mətbuatın müstəsna rolunu yüksək dəyərləndirirdi. Təsadüfi deyil ki, Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə KİV nümayəndələri ilə çoxsaylı görüşlər keçirib, mətbuatın problemlərini öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail olub.1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. O da qeyd edilməlidir ki, bütün bunların qanunauyğun nəticəsi kimi, Ümummilli lider Heydər Əliyev “Jurnalistlərin dostu” seçilib.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Dövlət başçısının 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. Respublikamızda 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır.
Azərbaycan dövlətinin ölkədə demokratik ruhlu azad mətbuatın inkişafı ilə bağlı siyasəti dəyişməzdir. Yüksək inkişaf səviyyəsinə çatan ölkələrin təcrübəsindən də göründüyü kimi, demokratiyanın sərhədləri hüdudsuzdur. Hər inkişaf mərhələsinə uyğun olaraq qarşıya yeni çağırışlar çıxır. İnamlı inkişaf yolu tutan Azərbaycan da ölkədə demokratik mətbuatın imkanlarını daha da genişləndirməyi hədəfləyib. “O ki qaldı jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Davamlı dövlət qayğısı jurnalistlərin öz peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmələrinə müsbət təsir göstərir
Respublikamızda jurnalistlərin sosial müdafiəsi də davamlı şəkildə diqqət mərkəzində saxlanılır.
Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Bəhs olunan Sərəncama əsasən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina tikilib. Həmin binadakı mənzillər 2013-cü il iyulun 22-də Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlərə paylanılıb.
Azərbaycan mediasının təmsilçiləri 2017-ci il iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində növbəti dəfə mənzil sahibi olmağın sevincini yaşayıblar. Həmin tarixdə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Qeyd edək ki, 2017-ci il 20 iyul tarixində dövlət başçısının iştirakı ilə jurnalistlər üçün tikiləcək sayca üçüncü binanın da təməli qoyulub. Beləliklə, cəmi bir neçə il ərzində paytaxt Bakının Bibiheybət qəsəbəsində müasir görkəmi ilə seçilən “jurnalistlər şəhərciyi” formalaşıb. Jurnalistlər üçün yaşayış binaları tikilməsinin önəmindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir.Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”.
Bütövlükdə, Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması bu reallığın növbəti əyani ifadəsidir.
Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və məhz bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” seçilib.
Nəticə etibarilə, bu gün Prezident İlham Əliyevin müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

