Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Leyla Abdullayeva: Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir

Leyla Abdullayeva: Azərbaycan-Türkiyə hərbi təlimləri regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir

29.07.2020 [09:30]

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirməsi ilə bağlı KİV-lərin sualını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva deyib: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir. Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31