Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Münaqişələrin hərbi yolla həllindən imtina ilə bağlı qərar qəbul olunmasının əleyhinəyik

Bahar Muradova: Münaqişələrin hərbi yolla həllindən imtina ilə bağlı qərar qəbul olunmasının əleyhinəyik

03.03.2010 [10:39]

“Mən istərdim ki, qondarma “erməni soyqırımı” ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə olunmasın. Bunun üçün Türkiyə tərəfi öz səylərini göstərməkdədir. ABŞ Administrasiyasının da bu məsələ ilə bağlı mövqeyi ortadadır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib. B. Muradova bu məsələnin Konqresdə müzakirəyə çıxarılmayacağına inanmaq istədiyini də bildirib. O, Azərbaycanın istənilən halda bu yöndə müzakirələrin açılmasını istəmədiyini vurğulayıb.
B.Muradova ATƏT Parlament Assambleyasının (PA) sədri Joao Soareş və qurumun Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin gələn həftənin sonlarında Azərbaycana baş tutacaq səfəri haqqında da danışıb: “Səfər çərçivəsində, əsasən ATƏT-Azərbaycan əlaqələri, regiondakı vacib problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ATƏT-in vasitəçiliyi ilə həlli məsələləri müzakirə olunacaq”.
ATƏT PA-nın bu ilin iyul ayında Norveçin paytaxtında növbəti illik sessiyasının keçiriləcəyini deyən B.Muradova bu sessiyada Ermənistanın qurumdakı nümayəndə heyətinin münaqişələrin hərbi yolla həllindən imtina ilə bağlı sənəd təqdim etməsinin gözlənildiyini bildirib: “Azərbaycan tərəfi bu məsələ ilə bağlı hansı qabaqlayıcı addımların atılacağını hələlik müəyyənləşdirməyib. Sənəd ortada olmalıdır ki, biz də münasibət bildirək. Sənəd təqdim olunmadan orada nəyin əks olunduğunu söyləmək çətindir. Lakin biz bununla bağlı mövqeyimizi bildirəcəyik. Ancaq istənilən halda bu cür qərarın qəbul olunmasına qarşıyıq və bu yöndə lazım olan bütün tədbirləri görəcəyik”.

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30