/ / Erməni lobbisinin çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması işğalçı Ermənistanı və Paşinyanı hiddətləndirib
Erməni lobbisinin çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması işğalçı Ermənistanı və Paşinyanı hiddətləndirib
05.08.2020 [08:54]
Ekspertlərin fikrincə, məğlubluq sindromu yaşayan Ermənistan hakimiyyəti və ictimaiyyəti isterik vəziyyətdədir
İyulun ortalarında Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatının qarşısının alınması, bunun ardınca Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı nəticəsində ermənilərin mürtəce və vəhşi simasının ifşa olunması həm Ermənistanı, həm də xaricdəki erməni lobbisini çətin sınaq qarşısında qoyub. Qeyd edək ki, Azərbaycan diasporunun ortaya qoyduğu birlik, həmrəylik və cəsarət Ermənistan ictimaiyyətini və baş nazir Nikol Paşinyanı şoka salıb. Erməni mətbuatının yazdığına görə, məhz bu uğursuzluq Paşinyanı diaspor sahəsində “təmizləmə” aparmağa məcbur edib. Məsələyə münasibət bildirən ekspertlərin fikrincə, xaricdə yaşayan azərbaycanlıların milli kimlik şüuru ilə mübarizəyə qalxması tarixdə ilk dəfə olaraq erməni lobbisinin aciz duruma düşməsinə gətirib çıxarıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, işğalçı ölkənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə dinc aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu üçün ciddi zərbə olub. Deputat qeyd edib ki, dinc şəkildə insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımıza qarşı erməni vəhşiliyinə dünya ictimaiyyəti də əyani şahidlik edib: “İstər ABŞ-da, istərsə də Avropada azərbaycanlılara qarşı erməni lobbisinin nifrət zəminində mürtəce davranışları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən də pislənib. Bununla da özünü dünyaya “sülhpərvər” kimi təqdim edən Ermənistanın imitasiya xarakteri və terrorçu mahiyyəti tam çılpaqlığı ilə ortaya çıxıb”.
K.Nurullayeva deyib ki, erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması Paşinyanı hiddətləndirib: “Hətta erməni mətbuatının yazdığına görə, diaspor işləri üzrə komissar Zare Sinanyanın həmin günlərdə fəaliyyətsizliyi Paşinyanın qəzəbinə səbəb olub. Ermənistanın diaspor siyasətinin tam uğursuzluğa düçar olması baş nazirlə Z.Sinanyan arasındakı əsas mübahisə mövzusu olub. Reallıq isə odur ki, Paşinyanın hakimiyyəti dövründə daxili və xarici siyasətdə ciddi boşluqlar olduğu kimi, Ermənistan-diaspor münasibətlərində də dərin uçurum yaranıb”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə deyib ki, Paşinyan Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diasporu qarşısında acizlik və passivlik göstərən diaspor işləri üzrə komisssarın ofisinin fəaliyyətini qeyri-effektiv hesab edib: “Baş nazir kürsüsündə oturandan bu günə kimi Ermənistan üçün heç bir real iş görməyən, əksinə, onsuz da çətin durumda olan işğalçı ölkəni yarıtmaz fəaliyyəti ilə dalana salan Paşınyan üçün bir zərbə də diaspordan gəlib. Yəni təkcə ön cəbhədə deyil, bütün cəbhələrdə Azərbaycandan və azərbaycanlılardan sarsıdıcı zərbələr alan Paşınyan hazırda isterik vəziyyətdədir. Bunu onun diasporla bağlı qəbul etdiyi son qərarlar da təsdiqləyir”.
Deputat bildirib ki, N.Paşinyanın,rəhbər vəzifəli şəxslər də daxil olmaqla, diasporla iş üzrə komissarın ofisinin 13 nəfər əməkdaşını işdən kənarlaşdırması bir tərəfdən baş nazirin “günah keçiləri” axtardığından xəbər verir, digər tərəfdən erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.
V.İskəndərov deyib ki, Paşinyan bu “təmizləmə əməliyyatı” ilə diaspor üzrə məsul vəzifədə çalışan köhnələri qovub, onların yerinə daha hiyləgər şəxsləri təyin etmək məqsədi güdür: “Amma bu, heç bir müsbət effekt verməyəcək. Ona görə ki, artıq bütün dünyada erməni diasporuna sinə gərən fəal, mütəşəkkil və yaxşı təşkilatlanmış Azərbaycan diasporu var”.
Qaşqay Ramazanov
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

