Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə bütün zəruri resurslarını səfərbər edib
07.08.2020 [09:00]
Ekspertlər qeyd edirlər ki, dünyada ikinci dalğası başlanan COVID-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün həlledici amil yüksək vətəndaş məsuliyyətidir
Bəşəriyyət müəyyən müddətdir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasından əziyyət çəkir. Bugünlərdə yayılan məlumatlara əsasən, artıq dünyada pandemiyanın yeni dalğası başlayıb. Son statistik göstəricilərə görə, koronavirusun ikinci dalğası Avropanı da silkələməyə başlayıb. Azərbaycan dövləti isə bütün zəruri resursları səfərbər edərək müvafiq tədbirlərin görülməsini davam etdirir. Lakin ekspertlərin qənaətinə görə, COVİD-19-la mübarizənin səmərəli olması üçün dövlətin gördüyü işlərlə yanaşı, vətəndaşlar da tətbiq olunan müvafiq qaydalara əməl etməlidirlər.
Məsələyə münasibət bidirən Milli Məclisin deputatı Afət Həsənova deyib ki, Azərbaycanın bəzi şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejiminin avqustun 31-ə qədər uzadılması məqsədəuyğundur. Onun sözlərinə görə, dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalardan sonra virusun yenidən alovlanması baş verir: “Çox təəssüf ki, Cənub-Şərqi Asiya ölkələrində artıq üçünücü dalğa müşahidə olunur, o cümlədən Avropa ölkələrində, Yaponiyada və digər ölkələrdə infeksiyanın yayılması halları çoxalıb”.
Deputat bildirib ki, hazırda ölkəmizdə koronavirusla bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir: “Müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün fərdi və ictimai məsuliyyət çox vacibdir. Ona görə də hər kəsi sosial məsafə saxlamağa, qoruyucu maskalardan istifadə etməyə çağırıram”.
Milli Məclisin deputatı Ramin Məmmədov isə bildirib ki, pandemiyanın dünya ölkələrini yenidən təhdid etdiyi hazırkı şəraitdə ikinci dalğadan mümkün qədər qorunmaq mühüm əhəmiyyət kəsb edir. “Mütəxəssislər bütün Avropanın COVID-19-un ikinci dalğası ilə üzləşəcəyi barədə xəbərdarlıq edirlər. Məhz buna görə ölkəmizin də ikinci dalğadan qorunması üçün bütün qabaqlayıcı addımların atılması olduqca vacibdir”, - deyən R.Məmmədovun sözlərinə görə, dünya ölkələrində baş verənlər sübut edir ki, Azərbaycan dövlətinin xüsusi karantin rejimi ilə bağlı qəbul etdiyi qərarlar pandemiyaya qarşı mübarizənin səmərəliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Millət vəkili əlavə edib ki, ölkəmizdə son günlər yoluxma sayının aşağı düşməsi də ardıcıl tədbirlərin effektiv olduğunu göstərir: “Mütəxəssislərin qənaətinə görə, yaxın gələcəkdə epidemioloji vəziyyətin necə olması daha çox vətəndaşların müəyyən olunmuş qaydalara əməl etmələrindən asılıdır. Mövcud müsbət tendensiyanın saxlanması üçün bizdən tələb olunan sosial məsafəni saxlamaq, sanitar-gigiyenik qaydalara riayət etmək və qoruyucu vasitələrdən istifadə etməkdir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19

