Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub
14.08.2020 [11:55]
Azərbaycanın Bolqarıstandakı səfirliyi işğalçı Ermənistanın Sofiyadakı səfirliyinin yanlış informasiyalara söykənən məlumatına ciddi arqumentlərlə cavab verib.
AZƏRTAC xəbər verir ki, Ermənistanın Bolqarıstandakı səfirliyinin yaydığı məlumatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun tarixi-hüquqi aspektlərini təhrif edərək Bolqarıstan ictimaiyyətini yanlış məlumatlandırmağa cəhd göstərib. İşğalçı dövlətin nümayəndəliyi məlumatında “tarixi” fərziyyələri, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı yalanları, mövzu xüsusunda beynəlxalq hüququn “tələbləri”ni və Ermənistan-Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı əsassız iddiaları sıralayıb.
Ermənistan səfirliyinin məkrli və böhtana söykənən cəhdlərinə cavab olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyi dərhal aidiyyəti bolqar KİV-ləri ilə əlaqə saxlayaraq Azərbaycan tərəfinin mövqeyinin işıqlandırılmasını tələb edib. Bu məqsədlə, aidiyyəti KİV-lərə rəsmi məktub ünvanlanıb, işğalçı dövlətin təmsilçisindən fərqli olaraq həm tarixi faktlara, həm də hüquqi sənədlərə istinad olunmaqla, Ermənistan səfirliyinin məlumatının məkrli niyyəti ifşa edilib. Azərbaycan səfirliyinin mövqeyi Bolqarıstanın actualno.com, club.bg və novini247.com xəbər portallarının səhifələrində dərc olunub.
Azərbaycan səfirliyinin mövqeyində bildirilib ki, iyulun 12-də Ermənistanın silahlı birləşmələri iriçaplı silahlardan və artilleriyadan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Azərbaycanın sərhəd rayonlarındakı mülki əhalinin qəsdən hədəfə alınması nəticəsində mülki infrastruktura, o cümlədən yaşayış binalarına ciddi ziyan vurulub və sivil şəxslər arasında ölən və xəsarət alanlar olub. Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyətə, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoruna məlumat verib. Metsamor AES-lə bağlı şərhlər isə Ermənistan tərəfinin Azərbaycanın Mingəçevir su anbarını hərbi hədəf hesab etməsi barədə mediada yaydığı xəbərlərə cavab olaraq verilib. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri heç vaxt mülki şəxsi və ya infrastrukturu hədəfə almayıb və yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanın silahlı hücumuna qarşılıq verib.
Qeyd olunub ki, Ermənistanın son təxribatı işğalçı dövlətin münaqişənin həllində maraqlı olmadığını sübut edib. Ermənistan silahlı qüvvələrinin Şahbuz və Culfa bölgəsində də təcavüzkar təşəbbüslərinə yer verilən mövqedə Tovuz bölgəsindəki təxribatın da “hərbi təhlili” diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin düşmən mövqelərinə UAZ avtomobili ilə hücum etdiyini iddia edir. Bu ağlasığmaz iddiadır - ona görə ki, hücum etmək niyyəti olan Azərbaycan bunu bir UAZ avtomobili ilə deyil, məhz ordusunun arsenalındakı güclü və dağıdıcı vasitələrlə edə bilərdi.
“Böyük Ermənistan” ilə bağlı fərziyyələrə cavab olaraq vurğulanıb ki, e.ə. IX-VI əsrlərdə mövcud olmuş Urartu dövləti indiki Ermənistan kimi digər xalqlara qarşı soyqırımı və deportasiyalar nəticəsində formalaşdırılmış monoetnik bir dövlət olmayıb. Assur kralı I Salmannassarın kitabələrində “Uruadri ölkəsi”nin 8 ölkə və 51 şəhərdən, Tukulti-Ninurtanın dövrünə aid olan yazılarda isə 43 krallıqdan ibarət olduğu göstərilib. Yaxın tarixlə müqayisə etsək, 15 respublikadan ibarət olan SSRİ-ni nə qədər erməni dövləti hesab etmək olarsa, Urartu da o qədər erməni dövləti ola bilərdi. Ardınca diqqətə çatdırılıb ki, hayların-ermənilərin Balkanlardan Kiçik Asiyaya gəlişi e.ə. VIII əsrə təsadüf etdiyi halda e.ə. IX əsrdə yaranmış Urartu dövlətini onlar necə qura bilərdi?. Hayların Fraqiyadan Kiçik Asiyaya e.ə. VIII əsrdə gəldiyini məşhur erməni tədqiqatçısı Nikolay Adonç hələ 1912-ci ildə çap edilmiş kitabında yazıb.
Qarabağ adının mənşəyinə və Azərbaycan SSR daxilində DQMV-nin yaradılmasına ciddi arqumentlərlə diqqət çəkən Azərbaycan səfirliyi DQMV-nin Qarabağ adlı coğrafi ərazinin bir hissəsində yerləşdiyini və ölkənin bu bölgəsinin adının iki Azərbaycan sözünün birləşməsindən yarandığını vurğulayıb. Bildirilib ki, tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, bundan sonra da belə qalacaq bölgə ermənilərin iddiasından fərqli olaraq Azərbaycana verilməyib, əksinə Azərbaycanın tərkibində saxlanılıb. Azərbaycan SSR daxilində DQMV-nin yaradılması qərarı, ermənilərin yalandan bildirdiyi kimi İ.Stalinin şəxsi mövqeyi deyil, iki azərbaycanlıdan, bir neçə ermənidən və başqalarından ibarət kollektiv bir qurum - Bolşevik partiyasının Qafqaz Bürosu tərəfindən qəbul olunub. Dağlıq Qarabağın Azərbaycan SSR daxilində muxtar bölgə statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunub. Muxtariyyətin isə bölgə əhalisinin tələblərinə zəmanət verən əsaslı hüquqları olub.
Ardınca münaqişənin hüquqi aspektlərinə diqqət yetirilərək qeyd olunub ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, ittifaq respublikaları arasındakı sərhədlər, SSRİ tərəfindən təsdiqləndikdə, yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan SSR və Ermənistan SSR konstitusiyalarına da daxil edilib. Dağlıq Qarabağın Azərbaycandan Ermənistana verilməsi ilə bağlı 1988-ci il 20 fevral tarixli müraciətə cavab olaraq, 1988-ci il 17 iyun və 18 iyun tarixlərində Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Soveti onu qanunsuz hesab edib və rədd edib. Eyni zamanda xatırladılıb ki, oxşar yanaşma Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan müstəqil dövlətlərə münasibətdə Avropa dövlətlərinin siyasətində də aydın görünüb. Bu baxımdan, 1991-ci il 10 dekabr tarixində Avropa Şurası tərəfindən Sovet İttifaqında parçalanma prosesi haqqında qəbul olunmuş bəyannamədə xatırladılıb. Helsinki Yekun Aktının müddəalarına hörmət edilməsinin vacibliyini vurğulayan həmin bəyannamənin müddəalarına görə Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh və razılaşma yolu ilə dəyişdirilə bilər.
Mövqenin sonunda Ermənistanın öz müqəddəratını təyin etmək ilə bağlı iddialarına cavab olaraq qeyd olunur ki, öz müqəddəratını təyinetmə iddiaları beynəlxalq hüququn, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiq etməyi qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət edildikdə qeyri-mümkündür. Qeyri-qanuni güc tətbiq etməklə ərazi əldə etmək mümkün olmadığından, dövlətlər qanunsuz əldə edilmiş ərazi üzərində səlahiyyətin tanınmasına da hüquqi etimad göstərməməyə borcludur. Bu mövqe Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən açıq şəkildə ifadə edilib və dövlətlərin praktikasında ardıcıl olaraq izlənilib. Xarakterikdir ki, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində də həmin tələb gözlənilərək nəinki “öz müqəddəratını təyinetmə hüququ” xatırlanmayıb, əksinə Azərbaycana qarşı gücün tətbiq olunması və ərazilərimizin işğalı pislənilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

