Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir
25.08.2020 [08:48]
Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz
Məlum olduğu kimi, bütün dünyanı cənginə alan pandemiyaya qarşı mübarizə çərçivəsində ölkəmizdə mühüm işlər görülüb. Belə ki, cari ilin mart ayından Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Bununla belə, COVİD-19-la mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Lakin təəssüflər olsun ki, istər Bakıda, istərsə də regionlarda bəzi hallarda qanun və qadağaların pozulması halları baş verir. Buna görə də xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda vətəndaş məsuliyyətə cəlb olunub. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar isə cəmiyyətimizdə kəskin hiddətə səbəb olub.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər, səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar. Bu günlərdə Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır. Məlumat üçün bildirək ki, karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev avqustun 22-də Abşeron Rayon Məhkəməsinə çağırılıblar. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılan məhkəmədə həmin şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilərək 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.
Onu da xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və daha 17 nəfər məsuliyyətə cəlb olunub. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə müxtəlif məbləğlərdə cərimə ediliblər.
Öz növbəsində, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sabir Hacıyev deyib ki, dünyada tüğyan edən pandemiyaya qarşı mübarizədə Azərbaycan Prezidentinin birbaşa göstərişi ilə mühüm addımlar atılıb və ciddi uğurlar əldə edilib: “Bütün dünyanı təhdid edən bu bəlanın qarşısını almaq üçün dövlətimizin gördüyü tədbirlər nəticəsində pandemiyanın fəsadları digər ölkələrə nisbətən daha az olub”.
Deputatın sözlərinə görə, ölkəmizdə xüsusi karantin rejiminin tətbiqindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə bir sıra addımlar atılıb, o cümlədən Milli Məclisdə İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklərlə bu qayda və tələbləri pozmağa görə məsuliyyət nəzərdə tutulub: “Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozan bir çox vətəndaşı məsuliyyətə cəlb edib. Təəssüf ki, bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsi, tətbiq edilən qayadaları pozmasına da rast gəlinib. Halbuki qanunlara və tətbiq edilən qaydalara riayət etmək müəyyən vəzifə daşıyan və ictimai nüfuzu olan şəxslərin ən ümdə borcu olmalıdır. Həmin şəxslər bu qayda və tələblərə daha həssas yanaşmalıdırlar. Digər tərəfdən, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır”.
Deputatın sözlərinə görə, həmin şəxslərin bu tədbirləri təşkil etməsi, digərlərinin iştirakı cəmiyyətimizdə kəskin hiddətə səbəb olub və vətəndaşların qınağına gətirib çıxarıb.
Pandemiya mübarizə sahəsində Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən tədbirlərə toxunan Milli Məclisin üzvü Məlahət İbrahimqızı da deyib ki, tutduğu vəzifədən, sosial mənşəyindən asılı olmayaraq hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, parlamentdə müvafiq məcəllələrə edilən dəyişikliklərə, qanunvericiliyə əməl etməlidir: “Xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Eyni zamanda, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz”.
M.İbrahimqızının sözlərinə görə, yeni növ koronavirus infeksiyası ilə mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına təhlükə törədə bilməz: “İstər nazir, istər iş adımı, istər deputat olsun hər kəs qanun qarşısında bərabərdir. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməlidir. Başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır”.
“Dövlətin tətbiq etdiyi qaydalara, parlamentin qəbul etdiyi qanunlara əməl etmək hər bir vətəndaşın borcudur. Parlamentin deputatları isə qəbul edilən qanun və qaydalara əməl edilməsi üçün birbaşa məsuliyyət daşıyır. Hesab edirəm ki, bir deputatın bu qayda və qanunları pozması sıravi vətəndaşın qaydalara əməl etməməsindən daha çox təəssüf doğurur. Ona görə ki, bu qaydaların tətbiqi üçün qanunlara əlavə və dəyişikliklər qəbul ediriksə, biz deputatların onlara əməl etmək sahəsində məsuliyyətimiz daha çox olmalıdır. Deputatlar qayda və qanunların həyata keçirilməsində, onlara əməl olunmasında da hər bir vətəndaşa örnək və nümunə olmalıdırlar”, - deyə M.İbrahimqızı bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

