Ərəb dünyasının mətbuatında Azərbaycanla bağlı materiallara geniş yer ayrılır
25.08.2020 [09:14]
Ermənistan-Azərbaycan münaqişəsində son vəziyyət, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri, Beyrut limanında baş vermiş partlayışın törətdiyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycanın Livana maliyyə yardımı, ölkəmizin koronavirus pandemiyası ilə bağlı gördüyü tədbirlər və digər məsələlər avqust ayında ərəb dünyasının aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusu olmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş çərçivəsində illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçirilmiş birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri ərəbdilli oxucuların diqqətini yenidən ölkəmizə cəlb edib, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı mövzusunu daha da aktuallaşdırıb.
Həmçinin ərəb dünyasının bir sıra KİV-ləri avqustun 20-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyinin (UNA) “Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları” mövzusunda virtual forumunda UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun çıxışına yer veriblər. Əlliyə yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələrinin, rəsmi şəxslərin, diplomatların qatıldığı tədbirdə Azərbaycanın tolerantlıq nümunəsinin, birgəyaşayış dəyərlərinin dünyada təbliği üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, forumların əhəmiyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, pandemiya səbəbindən ənənəvi tədbirlər təxirə salınsa da, insanlar virtual imkanlardan istifadə edərək forumlar keçirir və fikirlərini, təcrübələrini bölüşürlər. Qlobal böhran insanların qarşılıqlı həmrəyliyini, dostluğunu zəiflədə bilməyib, əksinə onu müvəqqəti olaraq ənənəvi ifadə formasından virtual aləmə daşıyıb.
Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Misir, İraq, Mərakeş və digər ərəb dövlətlərində geniş oxucu auditoriyası olan “əl-Hərir”, “əl-Əhdas24”, “Neyruz”, “SPA”, “Shorouknews”, “Sabq”, “Elbalad”, “una-oic.org”, “Rosaelyoussef”, “Gulf365”, “Gulfeyes”, “Masralyoum”, “Asiaelyoum”, “Aljazeera”, “Sadal-arab”, “Akhbarak”, “Theworldnews”, “Pressbee” kimi KİV-lər qeyd edilən mövzularla bağlı AZƏRTAC-ın materiallarından istifadə edərək xəbərlər yayıblar. AZƏRTAC-a istinadla verilmiş xəbərlərin bəziləri ərəbdilli KİV-lər tərəfindən 23 milyondan çox istifadəçisi olan “Nabd” informasiya yayımı tətbiqində da oxuculara təqdim edilib.
Ümumilikdə, bu ilin avqust ayında ərəbdilli KİV-lərdə və informasiya resurslarında AZƏRTAC-a istinadla 100-dən çox xəbər yerləşdirilib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

