/ / Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribat cəhdi də uğursuzluğa düçar oldu
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribat cəhdi də uğursuzluğa düçar oldu
26.08.2020 [08:49]
Yaxud Ermənistan hakimiyyəti digər hərbi əməliyyatlar zamanı olduğu kimi, bu dəfə də ölən və yaralananlar barədə məlumatı öz ictimaiyyətindən gizlətməyə çalışır, məqsədli şəkildə təxribatını və itkilərini pərdələməyə cəhd göstərir
Xəbər verildiyi kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, döyüş zamanı erməni diversiya-kəsfiyyat qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb. Bundan başqa, diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb və ictimaiyyətə təqdim edilib.
Vurğulanmalıdır ki, uzun illərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan təcavüzukarlığı, terrorizmi artıq dövlət siyasətinə çevirib. Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına və əməkdaşlığa təhdid yaradan işğalçı ölkə Azərbaycanın sülhpərvər mövqeyinə qarşı qeyri-konstruktivlik nümayiş etdirir, zaman-zaman hərbi təxribatlara əl atır, işğal altında olan torpaqlarımızla təmas xəttində, eləcə də dövlət sərhədimizdə atəşkəsi pozur, dinc əhaliyə qarşı silah işlədir. Təbii ki, mənfur düşmənin cavabı Silahlı Qüvvələrimiz tərəfindən layiqli şəkildə verilir və ermənilərin bütün təxribatları onların özlərinin acı məğlubiyyəti və çoxsaylı itkilərlə müşayət olunur. Bütün bunlar isə Ermənistanın riyakar və təcavüzkar simasını dünya ictimaiyyətinə bir daha nüsmayiş etdirir.
Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar
Vurğulayaq ki, bu ilin iyulunda Ermənistanın dövlət sərhədimizin Tovuz rayon istiqamətindən həyata keçirməyə çalışdığı hərbi təxribatlar da şanlı ordumuz tərəfindən layiqli şəkildə cavablandırılmış və düşmən böyük itkilər verərək geri oturdulmuşdu. Avqustun 23-də həyata keçirilməsinə çalışılan hərbi təxribat da məhz Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir. İyul ayında Azərbaycan Ordusunun gücünü, nizamını və ən əsası texniki təchizatını növbəti dəfə əyani şəkildə görən düşmənin mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan sonuncu aksiyasının əsas hədəfi də məhz Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub. Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu təxribatının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar. Bir sözlə, bu, təxritbat cəhdi də düşmən ölkənin növbəti rəzil məğlubiyyəti kimi yadda qaldı.
Digər tərəfdən, Ermənistan tərəfindən yaralanan və ölənlərin olduğu bildirilsə də, Ermənistan hakimiyyəti digər hərbi əməliyyatlar - 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi əməliyyatlar zamanı olduğu kimi, bu dəfə də ölən və yaralananlar barədə məlumatı öz ictimaiyyətindən gizlətməyə çalışır, məqsədli şəkildə öz təxribatını və itkilərini pərdələməyə cəhd göstərir.
Ermənistanın ombudsmanı işğalçı ölkənin Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı
Hərbi ekspertlərin fikrincə, bu təxribatın Ermənistanın müdafiə naziri D.Tanoyanın “Armiya-2020” hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsi də təsadüfi xarakter daşımır. Belə ki, Ermənistan davamlı şəkildə Azərbaycana qarşı bu tipli terror, diversiya aksiyaları həyata keçirir. Bu günə kimi ölkəmizə qarşı bu tipli təxribatlar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub. Bir neçə il öncə də qoşunların təmas xəttində ələ keçirilən diversiya qrupu və onların üzvləri buna misaldır. Həmin dövrdə Ermənistan hakimiyyəti bu diversiya hərəkətini inkar etməyə cəhd göstərsə də, ələ keçirilən qrup üzvləri bütün həqiqətləri danışmışdılar.
Bu məqamda vaxtilə Ermənistanın Azərbaycan Respublikasına qarşı terror, diversiya və sabotaj törətmək üçün həyata keçirdiyi əməliyyatlar zamanı saxlanılmış Ermənistan ordusunun hərbi qulluqçusu Baqdasaryan Arsen Eduardoviç haqqında məlumatı yenidən xatırlatmaq yerinə düşər. Məlumat üçün bildirək ki, o, Ermənistanda xüsusi təlim keçərək Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulmuşdu. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ermənistanın Azərbaycan Respublikasına qarşı terror, diversiya və sabotaj törətmək üçün həyata keçirdiyi əməliyyatlar zamanı saxlanılmış daha bir nəfər Ğazaryan Karen Armenoviçdir. Qeyd edək ki, 2018-ci il iyulun 15-ində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü - Ğazaryan Karen saxlanılıb. K.Ğazaryan qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə, sifarişlə iki və daha çox şəxsi terrorçuluqla və milli ədavət düşmənçilik niyyəti ilə qəsdən öldürməyə cəhd göstərmiş, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd etmiş, habelə casusluq törətmişdi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da vurğulamaq yerinə düşər ki, artıq Ermənistanın sosial şəbəkələrində saxlanılmış Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Bu, bir daha saxlanılan hərbçinin onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu aydın göstərir. Ermənistan Müdafiə Nazirliyi də adəti üzrə saxlanılan şəxsin statusunu azaltmaq üçün heç bir açıqlama vermir. Bu arada Ermənistanın ombudsmanı A.Tatoyan bəyan edib ki, guya yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. Lakin A.Tatoyan beynəlxalq qanunvericiliyə istinad etməzdən və belə bir iddia irəli sürməkdən öncə, məhz Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı. Yəqin ki, erməni ombudsman Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən vəhşiliklərdən xəbərdardır. Amma burada da mənfur erməni xisləti özünü göstərməkdədir. Yəni, deyəcən, həqiqəti gizlətmək, yalanlar danışmaq və dünya ictimaiyyətini aldatmaq cəhdi digər ermənilər kimi A.Tatoyanın da əsl peşəsidir...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

