Azərbaycan və Ukrayna mediasının əməkdaşlıq perspektivləri müzakirə edilib
15.09.2020 [08:57]
Azərbaycan və Ukrayna ikitərəfli, çoxtərəfli görüşlərdə, o cümlədən beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrinform-un baş direktoru Aleksandr Xarçenko ilə söhbətində deyib.
Azərbaycan və Ukrayna xalqlarının çoxəsrlik dostluq münasibətləri olduğunu xatırladan E.Axundova bildirib ki, bu gün də Bakı ilə Kiyev arasında siyasi müstəvidə tam qarşılıqlı anlaşma mövcuddur. Digər sahələrdə, ilk növbədə, iqtisadi, nəqliyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığı dərinləşdirmək üçün isə mövcud potensialdan tam istifadə edilmir. Bu istiqamətlərdə istifadə olunmamış potensialların reallaşdırılması üçün birgə layihələr həyata keçirilməlidir.
Səfir, həmçinin iki ölkənin media qurumları arasında əməkdaşlığın perspektivindən söz açıb. “AZƏRTAC və Ukrinform arasında tərəfdaşlıq əlaqələri son illər daha da inkişaf etməkdədir. Sizin rəhbərlik etdiyiniz agentlik Azərbaycanın haqlı mövqeyini daim ədalətli şəkildə işıqlandırır. Ukrayna mətbuatında Azərbaycanla bağlı həqiqətlərin işıqlandırılması bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir”, - deyə səfir əlavə edib.
E.Axundova görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, regionda son vəziyyət, Ermənistanın silahlandırılması, Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırılma siyasətinin aparılması barədə ətraflı məlumat verib.
Öz növbəsində, Ukrinform-un baş direktoru azərbaycanlı həmkarı Aslan Aslanova səmimi salamlarını yetirməyi səfirdən xahiş edib. A.Xarçenko deyib ki, Azərbaycan və Ukrayna həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edir. Bu mövqe bütün sahələrdə özünü göstərir. Hər iki ölkənin media qurumları arasında da səmimi münasibətlər və səmərəli əməkdaşlıq mövcuddur. Ukrinform maraqlı layihələrə açıqdır və təklif olunan layihələri dəyərləndirməyə hazırdır.
“Ukrayna üçün mühüm tərəfdaş olan Azərbaycanın uğurlarına çox sevinirik. Əminəm ki, Ukrinform və AZƏRTAC arasında getdikcə dərinləşən əməkdaşlıq xalqlarımızın və ölkələrimizin münasibətlərinin inkişafına yeni töhfələr verəcək”, - deyə A.Xarçenko vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50

