Müasir Qoçu Əsgər, yaxud bir abbası ver erməni lobbisini başa salım!
16.03.2010 [10:55]
Son zamanlar yenidən fəallaşıblar. Biri diplomat olsa da, diplomatlığa yaraşmayan, boyunu aşan sərsəm bəyanatlar səsləndirir, biri Azərbaycana ağıl verməyə girişir, biri isə Qoçu Əsgərlik sevdasına düşür. Bu sadalanan istiqamətlər müxtəlif olsa da, arxasında dayananların həyəcanlı şəkildə hərəkətə keçməsinin səbəbi birdir. Nəticəsiz sülh danışıqlarından təngə gələn Azərbaycanın işğal altındakı torpaqları nəyin bahasına olursa-olsun azad etmək istiqamətində qətiyyətli mövqeyi, həmçinin, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olması erməniləri və ermənikimiləri ciddi şəkildə narahat etməyə başlayıb. Odur ki, onlar bütün istiqamətlərdə bizə qarşı yeni hücuma start veriblər. Görünən odur ki, budəfəki hücumun “ön cəbhəsində” dayanalar ermənikimilər, yəni, müxtəlif ölkələrdə yaşayıb, fəaliyyət göstərən və erməni siyasətinə xidmət edən kəslərdir. Onların içərisində ən hiyləgəri və belə demək mümkünsə, ən təhlükəlilərdən biri isə Türk-Erməni Biznes Şurasının həmsədri Kaan Soyakdır. Ona görə, hiyləgər ki, bu adam bizə sağ göstərib, sol vurmaq istəyir. Ona görə təhlükəli ki, türk qiyafəsinə bürünmüş bu kəs iki qardaş ölkənin, Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışır.
Kaan Soyakın “sağ göstərib, sol vurmaq” siyasəti
Beləliklə, ötən əsrin 90-cı illərinin əvvəllərində qurulan Türk-Erməni Biznes Şurasının türkiyəli həmsədri olan, adı müxtəlif qalmaqallarda hallanan, zaman-zaman ABŞ-ın xüsusi xidmət orqanlarının adamı olmasına dair informasiyalar yayılan, Ermənistanla hansısa biznes əlaqələrinə və ABŞ-ın erməni lobbisi ilə sıx əlaqələrə malik olan, ən nəhayət, milləyyətcə erməni olduğu deyilən Kaan Soyak yenidən meydanda görünməyə başlayıb. Onun “sağ göstərib, sol vurmaq” siyasətinin mahiyyətində Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq istəyi dayanır.
Hər halda, bu kəsin bir neçə gün əvvəl qəfildən Azərbaycan mətbuatına telefon açaraq verdiyi müsahibəni dərindən təhlil edəndə orada bu məqamların olmasını aydın sezmək mümkündür. Məsələn, qondarma “erməni soyqırımı” haqqında bədnam qətnamənin qəbuluna toxunan Soyakın “Erməni lobbisi ABŞ-da çox güclüdür, ancaq amerikalılar mənimlə söhbətlərində deyirdilər ki, əgər Türkiyə Ermənistan protokollarını vaxtında parlamentdən keçirsəydi, işlər bu nöqtəyə gəlib çıxmazdı” sözlərinin arxasında hansı çirkin marağın dayandığını diqqətli oxucu asanlıqla müəyyən edə bilər. Bu, bir tərəfdən erməni lobbisinin güclü olması haqqında mif yaratmaq niyyəti və türkləri qorxutmaq istəyidirsə, başqa bir tərəfdən, Soyak “qondarma “erməni soyqırımı” haqqında qətnamə Türkiyə-Ermənistan sərhəddinin açılmasını nəzərdə tutan Sürix protokolunun Türkiyə parlamentində təsdiq olunmamasına görə qəbul edildi” mesajını vermiş olur.
Bununla da ermənisayağı siyasətin daha bir fazası aydın şəkildə sezilir. Anlaşılan odur ki, Kaan Soyak “Türkiyə Azərbaycana görə protokolları ratifikasiya etmədi və bunun nəticəsi olaraq qondarma “soyqırımı” qətnaməsi qəbul edildi” fikrini formalaşdırmaq üçün genişspektrli fəaliyyətə keçib. Bununla o, qardaş Türkiyədə Azərbaycana qarşı mənfi rəy oyadacağına ümid edir. Onun “İndi Türkiyə hökumətində, parlamentində Azərbaycanın onları tək qoyduğu haqda danışırlar, mən bu söhbətlərin getdiyini bilirəm, mətbuata açıqlanmasa da inciklik var”, həmçinin, “ Axı Türkiyə Azərbaycana görə bu protokolları parlamentdən keçirmir və nəticədə soyqırım təzyiqləri ilə üzləşir...” sözləri də belə deməyə əsas verir.
Diqqət edin, sanki Soyak bizi və türk qardaşlarımızı o qədər çox sevir ki, bizim bir-birimizdən inciməyimizdən qorxur. Bunu istəmir. Belə yerdə deyiblər, get özünə...!
Digər bir tərəfdən, Soyakın məhz indiki məqamda Azərbaycanı yada salması, özünü guya bizim qayğımıza qalırmış kimi göstərməsinin özündə də bir saxtakarlıq, bir hiylə dayanır. Həmin hiylənin nədən ibarət olmasını bilmək üçün isə çox gözləmək lazım gəlmir.
Kaan Soyakın Qoçu Əsgərlik sevdası
Belə ki, Soyakın növbəti suala verdiyi cavabında necə deyərlər, xoruzun quyruğu görünür. Daha doğrusu, erməni təəssübkeşinin həmin suala verdiyi cavabı oxuyanda istər-istəməz dahi üzeyr Hacıbəylinin “O olmasın, bu olsun” operettasındakı Qoçu Əsgər obrazı yada düşür. Yəni, görünən odur ki, bu Kaan Soyak da Qoçu Əsgər sayağı pul qazanmaq sevdasına düşüb. çünki onun “Türkiyə bu soyqırım təhdidlərindən birdəfəlik qurtulmalıdır. Artıq bu məsələ Amerikada bir çoxları üçün gəlirli biznesə dönüb. Hər il Amerikadakı yəhudi lobbisi soyqırım məsələsində Türkiyəni dəstəkləməklə yaxşıca pul qazanır. Mən “Türkiyə Qarabağ məsələsində Azərbaycanı yalnız buraxsın” demirəm, amma gəlin görək ölkəniz bu soyqırım məsələsində Türkiyəyə hansı dəstəyi verdi? Azərbaycan Konqresdəki son səsvermə zamanı Türkiyənin yanında yer almalı, neft lobbisini işə salıb Amerikanın iri neft şirkətləri ilə təmasa keçib onları ayağa qaldırmalı idi. Necə ki, Türkiyə Amerikanın iri silah şirkətlərini ayağa qaldırdı. Hətta soyqırım layihəsini əngəlləmək üçün pul xərcləməli idi, Azərbaycan dövləti bu işdən pul qazanmaqda maraqlı olan yəhudi qurumlarına pul verib onların dəstəyini təmin edə bilərdi” sözləri, əslində, Kaan Soyakın gizli sevdasından ,”bir abbası ver erməni lobbisini başa salım” istəyindən xəbər verir. Daha doğrusu, kəlməbaşı pul məsələsini qabardan bu adam açıq şəkildə əl açıb bizdən pul istəyir. Deyir ki, “pul verin sizə vəkillik edim”. Görünür, ya xaricdəki ermənilərin də pulları azalıb, ya da o, erməni məsləhətçilərinin (hər halda Soyakın “Bakıda heç olmamışam. Bir ara gəlmək istədim, ancaq ermənilər dedilər ki, getmə, ora çox təhlükəlidir” sözləri, onun erməni məsləhəti ilə durub-oturduğunu bir daha təsdiqləyir-N.A) tapşırığına uyğun olaraq bir millət iki dövlət olan Türkiyə ilə Ermənistan qardaşlığına zərbə vura biləcəyini düşünür.
Ətlə dırnağın arasına girmək istəyi
Lakin bu zavallı hələ də anlamır ki, Türkiyə ilə Azərbaycan ətlə dırnaq kimidir. Və “ətlə dırnağın arasına girən çürüyüb çıxar” deyib atalarımız. Əlbəttə ki, bunu türk atalarımız deyib. Xətrinə dəyməsin, əgər Soyak iddia etdiyi kimi əsl türk olsaydı, bu atalar sözünü bilər və belə bir uğursuz cəhddə bulunmazdı.
Yeri gəlmişkən, atalarımız “hər işdə bir xeyir var” fikrini də deyiblər zamanında. Həmin deyimə əsaslansaq, Soyakın açıqlamasını, eyni zamanda, bir xeyirliyə yoza bilərik. O mənada ki, Soyak və onun kimilərinin olması bizləri hər an ayıq-sayıq olmağa, içimizdəki pislikləri təmizləməyə, bir millət iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq üçün hazırlanan yeni-yeni məkrli planların qarşısını almağa səsləyir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

