Azərbaycan həqiqətləri Almaniya mətbuatında
06.10.2020 [09:50]
Milli Məclisin Sədr müavini Adil Əliyevin Ermənistanın Azərbaycanda mülki əhaliyə və şəhərlərə hücum etməsi barədə məqaləsi Almaniya mətbuatında işıqlandırılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Adil Əliyev Ermənistanın son 30 ildir ki, Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlaması, bu işğalın nəticəsində minlərlə insanı qətl etməsi və bir milyondan çox şəxsin öz doğma yurd-yuvalarını məcburi şəkildə tərk etməsi əks olunub.
Məqalədə Ermənistanın hazırkı hakimiyyətinin əsas hədəfinin Azərbaycanda yaşayan mülki əhali olduğu, həyata keçirdiyi hücumlar zamanı xüsusilə təmas xəttindən kənarda yerləşən mülki əhalinin hədəf seçməklə, evlərə, xəstəxanalara, habelə digər mülki obyektlərə zərər yetirdiyi bildirilir.
Yazıda Ermənistan tərəfinin bu ilin iyul ayından başlayan müntəzəm təxribatı zamanı 76 yaşlı mülki şəxsin, habelə bu ilin 27 sentyabr tarixindən başlayan növbəti təxribat zamanı isə bir ailənin həlak olduğu, onların arasında 7-ci və 9-cu sinifdə təhsil alan iki məktəblinin də olduğu qeyd edilir. Ermənistan hakimiyyətin təcavüzkar siyasətini alman mediasına çatdıran Adil Əliyevin məqaləsində dəfələrlə Azərbaycan tərəfinin Ermənistanın təcavüzkar siyasətini dayandırmasını və işğal altında olan torpaqlardan çəkilməsini tələb etməsinə baxmayaraq, düşmən tərəfin öz təcavüzkar siyasətindən çəkinmədiyi vurğulanır. Bildirilir ki, bütün bunların əksinə olaraq Ermənistan tərəfi daha kütləvi şəkildə silahlanmağa başlamış, başqa ölkələrdən insanları Dağlıq Qarabağa köçürmüş və mütəmadi olaraq təxribata əl atmışdır. Ermənistan tərəfinin həyata keçirdiyi siyasətin Cenevrə Konvensiyasının tələblərinə zidd olduğu, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, ölkəmizə məxsus ərazilərin qeyd-şərtsiz boşaldılmasını tələb edən qətnamələrinə baxmayaraq, həmin qətnamələrin bu vaxta qədər icra edilmədiyi, Ermənistan tərəfinin beynəlxalq hüququn bütün prinsiplərini kobud şəkildə pozduğu ictimaiyyətin diqqətinə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31

