Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Azərbaycan xalqı Ali Baş Komandana və Milli Ordumuza güvənir

Məlahət İbrahimqızı: Azərbaycan xalqı Ali Baş Komandana və Milli Ordumuza güvənir

08.10.2020 [09:35]

“Milli Ordumuz, qəhrəman hərbçilərimiz təcavüzkar Ermənistanın ordusuna qarşı mərdliklə vuruşur, işğal altında olan torpaqlarımızı azad edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Məlahət İbrahimqızı bildirib ki, ordumuzun gücü mənfur düşməni qorxudan lərzəyə salıb. Onun sözlərinə görə, Azərbaycan xalqı Ali Baş Komandanla və Milli Ordumuzla güclü həmrəylik nümayiş etdirir.
“Azərbaycan xalqı Ali Baş Komandana və Milli Ordumuza inanır, güvənir. Döyüşlər göstərir ki, Ali Baş Komandanımızın bilavasitə rəhbərliyi ilə hökumət vəziyyətə ciddi nəzarət edir. Bütün xalqımız, cəmiyyətimiz bu məsələdə həmrəylik nümayiş etdirərək, cənab Prezidenti dəstəkləyir. Lazım gələrsə hər birimiz gedib cəbhədə vuruşub canımızı qurban verməyə hazırıq. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd edildiyi kimi, bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik”, - deyə rayon təşkilatının sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 374 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31