/ / Azərbaycan Prezidenti İlham Əliyev güclü Lider olduğunu həm danışıqlar masasında, həm də hərb meydanında nümayiş etdirir
Azərbaycan Prezidenti İlham Əliyev güclü Lider olduğunu həm danışıqlar masasında, həm də hərb meydanında nümayiş etdirir
21.10.2020 [09:19]
Vətən müharibəsinin davam etdiyi günlərdə xalqımız bir daha əmin oldu ki, dövlətimizin başçısı hansı məqamda nəyi necə etməyi dəqiq bilir və bütün addımlarını ən kiçik detalınadək hesablayır
Dünya tarixinə nəzər salsaq, güclü lider amilinin ölkələrin, dövlətlərin taleyüklü məqamlarında necə mühüm rol oynadığına dair çoxlu nümunələrlə tanış ola bilərik. Ölkələr, xalqlar üçün ən kritik məqamlarda məhz liderlər qəbul etdikləri mühüm qərarlarla təhlükələri sovuşduraraq xilaskarlıq missiyası yerinə yetirmişlər. Müstəqil Azərbaycanın tarixi də bu baxımdan istisna təşkil etmir. Gəlin, xatırlayaq: Müstəqilliyimizin ilk çağlarında - 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev çətin vəziyyətdə olan respublikamızdakı hərcmərcliyin qarşısını aldı, milli həmrəyliyə nail oldu və Azərbaycanı inkişafa istiqamətləndirdi.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, bu gün də ölkəmizə güclü Lider rəhbərlik edir. 2003-cü ildə ilk dəfə Azərbaycanın Prezidenti seçilən İlham Əliyev son 17 ildə müstəqil respublikamıza çoxlu uğurlar qazandırıb.
Ordumuzun uğurlu əks-hücum əməliyyatlarının memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir
Bu gün müstəqil Azərbaycan ayaqda möhkəm duran, gülü iqtisadi dayaqlara malik olan bir ölkədir. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət respublikamızı beynəlxalq miqyasda nüfuzlu dövlətə çevirib. Hazırda respublikamız dünyada heç kimdən asılı olmayan, öz gücünə yaşayan və milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli dövlət kimi tanınır. Bütün bu uğurların müəllifi isə xalqımızın yeni əsirdə yeni Lideri - Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevdir. Prezident İlham Əliyev milli ruhlu, xəliqi və praqmatik siyasətçidir. Onun üçün milli maraqlarımız hər şeydən üstündür, qırmızı xəttdir. Haradaki Azərbaycanın milli maraqları var, orada bizim Liderimiz İlham Əliyev qarşısı alınmaz qətiyyət göstərir və məqsədlərə mütləq nail olur.
Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik keyfiyyətləri son hadisələrin - sentyabrın 27-dən başlayan Vətən müharibəsinin fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Xəbər verildiyi kimi, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də dinc əhalini, kəndlərimizi atəşə tutub. Buna cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edilib. Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Qısa müddət ərzində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətə malik yüksəkliklər işğaldan azad edilib, düşmən texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qalıb. Son olaraq Prezident İlham Əliyev Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərinin, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndlərinin, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndlərinin, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin azad edildiyi müjdəsini çatdırıb. Dövlət başçımız Vəng kəndinə yeni Azərbaycan adı verib. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılacaq.
Əlbəttə, Silahlı Qüvvələrimizə sentyabrın 27-də genişmiqyaslı əks-hücum əməliyyatlarına başlaması ilə bağlı göstərişin verilməsi bir anın qərarı deyil. Ali Baş Komandanın göstərişi ilə Ordumuzun komandanlığının belə bir qərar verməsi ilk növbədə Prezident İlham Əliyevin praktik və məntiqi yanaşmasına əsaslanır. Hər şey - ölkəmizin imkanları, insan resursları, Ordumuzun gücü, geostrateji reallıqlar, necə deyərlər, yüz ölçülüb, bir biçilib.
Torpaqlarımızı işğaldan azad etmək bizim müstəsna hüququmuzdur. Ordumuzun uğurlu əks-hücum əməliyyatlarının memarı Prezident, Ali baş Komandan İlham Əliyevdir. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında!
Azərbaycan xalqı öz Prezidentinə inanır və Onun arxasında möhkəm dayanır
Ötən illərin təcrübəsi aydın şəkildə göstərir ki, İlham Əliyev dövlət başçısı vəzifəsində Öz fəaliyyətini bilavasitə xalqdan, cəmiyyətdən gələn sosial sifarişlər əsasında qurur ki, bu da respublikamızda yüksək vətəndaş məmnunluğunu şərtləndirir. Biz ayrı-ayrı ölkələrin timsalında dövlət başçılarının fəaliyyət müddəti uzandıqca onların reytinqinin aşağı düşdüyünün şahidi oluruq. Azərbaycanın timsalında isə unikal bir nümunə var. Prezident İlham Əliyev 17 ildir ki, respublikamıza rəhbərlik edir və illər ötdükcə Onun nüfuzu daha da yüksəlir, xalq Ona daha böyük etimad göstərdiyini bildirir. Bunun arxasında Liderimizin praqmatik, hər cür pafosdan, populizmdən uzaq olan siyasəti dayanır.
Biz yuxarıda Ordumuzun şanlı tarix yazdığı barədə bəhs etdik. Şəhidlər versək də, itkilərimiz olsa da, xalqımız Vətən müharibəsində qazanılan qələbələri əsil xoşbəxtlik kimi qəbul edir. Silahlı Qüvvələrimizin ağır döyüşlərdəki qələbələrinin baş memarı isə hər qərarı vaxtında verən Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevdir. Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın Ona olan inamının nəticəsidir.
Eyni zamanda, onu da qeyd edək ki, hazırda Azərbaycan cəmiyyətinə yüksək əhval-ruhiyyə hakimdir. Bu günlərdə cəmiyyətimizdə həmişəkindən daha güclü milli həmrəylik müşahidə edilir. Xalq hər bir zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünə, çağırışına dəstək verir, özünün sınanmış Liderinə inanaraq həmişəki kimi Onun arxasında möhkəm dayanır. Eşq olsun, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə! Qələbə bizimlədir!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

