Fransanın TF1 televiziya kanalı cəbhə xəttindən reportaj yayımlayıb
24.10.2020 [08:32]
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının əks olunduğu bu reportaj Fransadakı erməni lobbisində ciddi narahatlıq yaradıb
Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindən yayımlanan eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilir.
AZƏRTAC xəbər verir ki, TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə bölgəsində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Əsgərlərimiz Azərbaycan Ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini bildiriblər.
Reportajda əllərində Azərbaycan və Türkiyə bayraqları olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval-ruhiyyəsində olduqları göstərilib.
Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusunun da olduğunu vurğulayıb.
Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib, ölənlər və yaralananlardan danışılıb, ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.
Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardmanı nəticəsində uşaq və qadın daxil olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını diqqətə çatdırıb.
Qeyd edək ki, TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxarıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

