/ / “Sərhədsiz Reportyorlar” jurnalist Lizron Budula və “TF1”-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir
“Sərhədsiz Reportyorlar” jurnalist Lizron Budula və “TF1”-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir
29.10.2020 [08:40]
Ekspertlər hesab edirlər ki, bitərəf süjet hazırladığına görə telekanalın və onun nümayəndəsinin hədələrə məruz qalmasına söz azadlığının müdafiəsi ilə məşğul olan heç bir təşkilat laqeyd yanaşmamalı, bu barədə dünya ictimaiyyəti geniş məlumatlandırılmalıdır
Məlum olduğu kimi, oktyabrın 22-də Fransanın “TF1” kanalında “Saat 20” verilişində Azərbaycanın Dağlıq Qarabağ regionunda döyüşlərin gedişindən bəhs edən reportajın yayımından sonra jurnalist və böyük reportyor Lizron Budul Fransanın erməni icması tərəfindən “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən nifrət dolu saysız mesajların hədəfinə çevrilib. Məsələn, “Facebook” vasitəsilə yayımlanan reportaj haqqında “dezinformasiyaya bənzəyir” fikri bildirilib. Digər şərhlərdə terror hədələri də yer alıb: “Ola bilər ki, “TF1”in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünərlər”.
Eyni zamanda, jurnalistin telefon nömrəsini əldə edən ermənilər tərəfindən onun “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Bununla yanaşı, reportajın yayımından bir gün sonra Fransada yaşayan erməni icmasının nümayəndələri kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. Həmçinin “TF1” televiziya kanalına da sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə davamlı olaraq hədələr daxil olub. Nəhayət, kanal gərginliyi azaltmaq üçün L.Budulun reportajını öz saytından silib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən reportaj hazırlayan “TF1” telekanalının reportyoru hücuma məruz qalan yeganə jurnalist deyil. Oktyabrın əvvəlində digər iki fransız jurnalist də münaqişə haqqında dərc etdikləri obyektiv məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər. Yeri gəlmişkən, xatırladaq ki, Fransa hökuməti bu hücumlara laqeyd yanaşsa da, bu günlərdə “Sərhədsiz Reportyorlar” təşkilatı tərəfindən jurnalist L.Budula və “TF1”ə qarşı olan təzyiqlər qətiyyətlə pislənilib.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin üzvü Elman Məmmədov deyib ki, xarici ölkələrdə, o cümlədən Fransada erməni lobbisinin dəstəyini alan terrorçu və şantajçılar Ermənistanın cinayətkar əməllərinin ifşasından narahatlıq keçirirlər: “Acınacaqlısı isə odur ki, bütün dövrlərdə terrorçuluğa və təhdidlərə qarşı mübarizə apardığını elan edən Fransada obyektiv və tərəfsiz jurnalistlərə qarşı hücumun qarşısında dövlət orqanları nəinki tədbir görüb, hətta süjetin silinməsini də təbii qarşılayıblar. Bir neçə il əvvəl bu ölkədə terror hədəfi olmuş “Şarl Ebdo” nəşri ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazlarına məhəl qoymayan Fransa hökumətinin “TF1” kanalının təzyiqlərə məruz qalması zamanı analoji mövqe nümayiş etdirməməsi təəccüb doğurur”.
E.Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra L.Budula və “TF1” televiziyasına qarşı hücumların qarşısını almaq üçün, nəhayət ki, mühüm addım atılıb: “Bu günlərdə “Sərhədsiz Reportyorlar” təşkilatının təmsilçisi tərəfindən L.Budula qarşı internet üzərindən sərt hücumları qınayan bəyanat yayılması təqdir olunmalıdır. Belə ki, “Sərhədsiz Reportyorlar”ın Avropa İttifaqı və Balkan bürosunun rəhbəri Pavol Szalainin “TF1”ə və peşəkar jurnalist L.Budula qarşı olan təzyiqləri qətiyyətlə pisləməsi bitərəf jurnalistlərə hücumların qarşısının bundan sonra da alınacağına ümid yaradır. Təşkilatın təmsilçisi bildirir ki, münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bəyanatda, həmçinin Fransa Erməniləri Təşkilatlarının Koordinasiyası Şurasının həmsədri F.Papazyanın mətbuat azadlığına qarşı kobud hücuma münasibəti də pislənilir”.
Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov isə deyib ki, Fransanın “TF1” telekanalının əməkdaşı L.Budulun erməni diasporu və lobbisinin təzyiqlərinə, təhdidlərinə məruz qalması Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır: “Əks halda bu, söz və mətbuat azadlığı, demokratiya kimi bəşəri ideallara yüksək önəm verən Fransa dövlətinin imicinə, beynəlxalq nüfuzuna ciddi zərbə ola bilər”.
S.Məmmədovun sözlərinə görə, Fransada fəaliyyət göstərən müstəqil KİV və jurnalistə qarşı erməni lobbisinin göstərdiyi təzyiqlərə söz azadlığının müdafiəsi ilə məşğul olan bütün beynəlxalq təşkilatlar öz münasibətlərini bildirməlidirlər: “Eləcə də dünyanın aparıcı media qurumları, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar məsələyə reaksiya verməlidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanın bir çox KİV-ində müxtəlif məlumatlar gedir, onların heç də hamısı obyektiv olmur. “TF1” kanalı isə jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək, baş verənlər barədə qərəzsiz məlumat təqdim etməyə cəhd göstərib. Buna görə də, telekanalın və onun nümayəndəsinin təzyiqlərə məruz qalmasına heç bir təşkilat laqeyd yanaşmamalıdır. “TF1” kanalına təzyiqlərlə bağlı Fransa və dünya ictimaiyyətinin məlumatlandırılması olduqca vacibdir”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

