/ / Döyüş meydanında ardıcıl qələbələr qazanan müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə bərpa edir
Döyüş meydanında ardıcıl qələbələr qazanan müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə bərpa edir
07.11.2020 [09:00]
Prezident İlham Əliyev: İndi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib
Bu günlərdə Azərbaycan xalqı müzəffər Lideri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin növbəti şanlı səhifəsini yazır. Öz torpaqlarımızda xilaskarlıq missiyası yerinə yetirən Silahlı Qüvvələrimiz sentyabrın 27-də düşmənin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını inamla davam etdirir. Xalqımız düz 30 il bu şərəfli, şanlı günlərin həsrəti ilə yaşayıb. Torpaq itkisinə dözmək çətin olsa da, üç onillik ərzində zəfər gününün gələcəyinə böyük inamla gözləmişik, qəlbimiz həmişə düşmən işğalında qalan yurd yerlərimizlə döyünüb, fikrimiz, düşüncələrimiz Şuşada, Xankəndidə, Kəlbəcərdə, Laçında, Qubadlıda gəzib dolaşıb. Müzəffər Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin göstərişi ilə Ordumuzun sentyabrın 27-də başladığı və ötən 40 gün ərzində əzmlə davam etdirdiyi əks-hücum əməliyyatları bizim üçün Vətən müharibəsidir. Vətən müharibəsində hər birimiz müsəlləh əsgərik!
Tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan Azərbaycan haqlı mübarizə aparır
Respublikamız Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşmadan çıxış edərkən ilk növbədə iki fundamental amilə - tarixi ədalətə və beynəlxalq hüquqa istinad edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son günlərdə bütün dünyada böyük populyarlığa malik müxtəlif transmilli KİV-lərə, o cümlədən də noyabrın 2-də İtalyanın “La Repubblica” qəzetinə verdiyi ətraflı müsahibəsində hər iki məqama bir daha diqqət çəkib.
Azərbaycan Prezidentinin bəhs olunan müsahibələrində xüsusi olaraq vurğuladığı məqamlardan biri ondan ibarətdir ki, Qarabağ Azərbaycanın böyük bir coğrafi hissəsini əhatə edir. Bu ərazilərin relyef xüsusiyyətləri nəzərə alınmaqla Qarabağın dağlıq və aran hissələri fərqləndirilir.
Qarabağın aran əraziləri kimi, dağlıq hissəsinin də tarixi baxımdan Ermənistana heç bir aidiyyəti yoxdur. Bu ərazilərdə yüz illiklər boyunca formalaşan həyat tərzi, adət-ənənələr, toponimlər tarixə yaddaşlıq edir və təsdiqləyir ki, Qarabağın aran və dağlıq hissələri arasında həmişə sıx bağlılıq olub, onlar ayrılmazdır və qeyd olunan yerlərin aborogen sakinləri məhz azərbaycanlılardır. Prezident İlham Əliyev “La Repubblica” qəzetinə verdiyi müsahibəsində tarixi sənədlərə istinad edərək ermənilərin Dağlıq Qarabağa cəmi 200 il bundan əvvəl köçürüldüklərini əsaslandırıb. “Mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Tarixi faktlar və sənədlər kimi, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Öz ərazi bütövlüyünü təmin etmək uğrunda Vətən müharibəsi aparan respublikamız beynəlxalq hüquqdan kənarda hər hansı bir addım atmır və belə bir niyyəti də yoxdur. Ölkəmizin ərazi bütövlüyü əksər dünya dövlətləri və beynəlxalq birlik tərəfindən tanınıb. O cümlədən ötən üç onillik ərzində BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, İƏT və digər mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlər qəbul ediblər. İndiyədək respublikamızın işğal altındakı ərazilərində qurulan oyuncaq “DQR” heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Hətta işğalçı Ermənistanın özü də bu rejimi tanımağa cəsarət etmir. Hazırda işğalçı dövlətin baş naziri “DQR”in tanınması üçün müxtəlif dövlətlərin rəhbərlərinə tez-tez zəng vuraraq onların zəhləsini tökür. Bununla Ermənistanın rəhbərliyi, necə deyərlər, ilanı başqalarının əli ilə tutmağa çalışır. İşğalçı dövlətin baş nazirinin bu kimi hərəkətləri riyakarlıqdan və siyasi diletantlıqdan başqa bir şey deyil. İndiyədək regional və qlobal miqyasda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycan dünya miqyasında böyük hörmətə, nüfuza malik bir ölkədir. Heç bir dövlət, heç bir beynəlxalq qurum işğalçı Ermənistanın çağırışlarına qoşulub ölkəmizin milli maraqlarına qarşı çıxmır. Ermənistanın mövqeyi separatizmə əsaslanır ki, bu da hazırda dünyada qəbul olunmur. Bütövlükdə işğalçı dövlətin separatizmə əsaslanan siyasəti regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bu təhdidlər yalnız Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll edildikdən sonra aradan qaldırıla bilər. Yeri gəlmişkən, BMT TŞ ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasını özündə ehtiva edən dörd qətnamə qəbul edib. Həmin qətnamələrin yerinə yetirilmədiyini təəssüflə xatırladan Prezident İlham Əliyev “Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi”, - deyə vurğulayıb.
Ermənistanın üç onillik ərzində işğalçılıq siyasətini davam etdirməsi və buna görə heç bir qınaqla, sanksiya ilə üzləşməməsi təhlükəli presedentlərə yol açır. Prezident İlham Əliyev son müsahibələrində bir neçə dəfə Küveytin işğalına görə İraqın sərt şəkildə cəzalandırılmasını xatırladıb. Bəs zor tətbiq etməklə qonşu dövlətin ərazisinin 20 faizini işğal altına alan, burada etnik təmizləmə aparan, azərbaycanlıları son nəfərədək qovan Ermənistan niyə cəzalardan, beynəlxalq sanksiyalardan kənarda qalmalıdır? Üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında dünyanın üç böyük dövlətinin həmsədrliyi ilə danışıqlar aparılıb. Nəticə isə sıfırdır.
Bu gün haqq işi görən, müzəffər Ordusunun gücünə arxalanaraq ədalətli Vətən müharibəsi aparan Azərbaycan döyüş meydanlarında ardıcıl qələbələr qazanır. Sentyabrın 27-dən bəri müasir texniki təchizata və yüksək döyüş ruhuna malik olan Silahlı Qüvvələrimiz tərəfindən iki qəsəbə, dörd şəhər, onlarla kənd, bütövlükdə 200-dən çox yaşayış məntəqəsi, bir sıra strateji yüksəkliklər işğaldan azad edilib, respublikamızla qonşu İran arasında dövlət sərhədi bərpa olunub. Son olaraq Prezident, Ali Baş Komandan Özünün “Twitter” hesabında xalqımıza müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edilməsinin müjdəsini çatdırıb. Bütün bunlar Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatacağına böyük əminlik yaradır. Prezident İlham Əliyev bu günlərdə Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ordumuzun zəfər yürüşündən qürur hissi ilə söhbət açaraq vurğulayıb: “İndi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib”.
Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən və soyqırımına məruz qalan məhz azərbaycanlılar olublar
Sentyabrın 27-dən bəri döyüş meydanlarında sarsıdıcı məğlubiyyətlə üzləşən Ermənistanın rəhbərliyi dünya dövlətlərinin prezidentlərinə və digər yüksəksəviyyəli rəsmilərinə kömək üçün müraciətlərində erməniləri yazıq, məşəqqətlərə, soyqırıma məruz qalan xalq kimi təqdim edirlər. Halbuki bu kimi iddialar reallıqdan tamam uzaqdır. O başqa məsələdir ki, 200 il bundan əvvəl Dağlıq Qarabağa köçürülən ermənilər öz xislətlərinə uyğun olaraq buranı da özününküləşdirməyə cəhdlər göstəriblər. Son 30 ildə isə Ermənistanın özündə olduğu kimi, Dağlıq Qarabağda da etnik təmizləmə aparılıb. Belə ki, bəhs olunan dövrdə işğal altına düşən Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlılar qovulub. Yuxarıda bəhs olunan müsahibəsində Ermənistanın heç bir hüquqa, insanlıq normasına məhəl qoymadan işğal altındakı ərazilərdə apardığı etnik təmizləmə və soyqırımı siyasətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar”.
Beləliklə, guya Qarabağda erməni əhalisinin dırnaqarası soyqırıma məruz qalacağı barədə danışmaq tamamilə qəbuledilməzdir və bu, Ermənistanın təqdim etmək istədiyi daha bir feykdir. Soyqırıma məruz qalan məhz azərbaycanlılar olub. Qeyd etmək yerinə düşər ki, bu gün işğalçı Ermənistanın əhalisinin 99 faizi etnik ermənilərdir. Regionda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə yoxdur. Monoetnik tərkibə malik Ermənistandan bütün millətlər, o cümlədən də azərbaycanlılar son nəfərədək qovulublar. Bu, bir həqiqətdir ki, Ermənistanda başqa millətlər, sadəcə, yaşaya bilmirlər. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq, milliyyətindən asılı olmayaraq sakinlərin hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Azərbaycan Ermənistandan fərqli olaraq, multietnik, çoxkonfessiyalı ölkədir. Respublikamızda bütün millətlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayaraq öz həyatlarını qururlar. O cümlədən Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda minlərlə erməni yaşayır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40

