Milli Məclis sədrinin müavini: Xalq Müzəffər Ali Baş komandanı ilə qürur duyur
18.11.2020 [09:39]
Erməni hərbi birləşmələri üzərində qazanılmış tarixi Qələbədən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz Liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib: “Bu, həm də onu göstərir ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən, öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyev cəsarətli addımları və siyasi iradəsi ilə seçilən Liderdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə belə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir. Ordunun qüdrətinə inam hissi, həmçinin ölkədəki milli və siyasi həmrəylik yaşadığımız Qələbənin ideoloji əsasına çevrilərək Prezidentin “Biz birlikdə güclüyük!” şüarı altında xalqın dəmir yumruq kimi birləşməsini təmin edib. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin Vətən müharibəsinin ilk günlərində yaydığı birgə bəyanat da bu baxımdan böyük əhəmiyyət kəsb edir”.
Komitə sədrinin sözlərinə görə, öz işğalçılıq siyasətinin qurbanına çevrilmiş və üsyana qalxmış insanların qəzəbindən qorxub gizlənən Ermənistanın üzdəniraq baş naziri Paşinyandan fərqli olaraq, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu gün də öz xalqının yanındadır. Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada Prezident İlham Əliyevin adı bu zəfərin müəllifi kimi tarixə yazıldı.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - söyləyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi. Azərbaycan Ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı nəticəsində Qələbənin mənəvi çəkisini daha da artırmış oldu. Bu, ilk növbədə, Müzəffər Ali Baş Komandanın beynəlxalq hüquq normalarına hörmətindən irəli gələn siyasi və hərb mədəniyyətinin təzahürüdür. Çünki erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin Silahlı Qüvvələridir.
Əli Hüseynli vurğulayıb ki, səfər zamanı Xudafərin körpüsünü ziyarət etməsi dövlətimizin başçısının şərəfli Azərbaycan tarixinə və mədəni irsinə münasibəti baxımından rəmzi məna daşıyır və ibrətamizdir. Müzəffər Ali Baş Komandanın ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri Qələbəni şübhə altına salmaq istəyən bədxahlara sanballı bir mesaj kimi bütün mülahizələrə nöqtə qoymuş oldu.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

