/ / Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları, “böyük bacı” missiyası bu ölkənin beynəlxalq imicinə ciddi zərbədir
Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları, “böyük bacı” missiyası bu ölkənin beynəlxalq imicinə ciddi zərbədir
19.11.2020 [08:54]
44 günlük müharibə dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqeyində durması bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirir. ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə Ermənistanı açıq şəkildə dəstəkləməsi, hətta bu ölkənin rəsmilərinin məsuliyyətsiz bəyanatlar vermələri, fikirlər səsləndirmələri Fransanın beynəlxalq etimad limitini tükətməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Fransa rəsmilərinin məsuliyyətsiz bəyanatları, Ermənistana münasibətdə, əgər belə demək mümkündürsə, “böyük bacı” missiyasını yerinə yetirməsi bu ölkənin beynəlxalq imicinə ciddi zərbədir. O deyib: “Bu kontekstdə Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri nəinki Azərbaycan-Fransa münasibətlərinə, hətta beynəlxalq hüququn norma və prinsiplərinə ciddi zərbə vurur. Əslində, bu fikirlərlə fransız məmur Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirmək niyyətini ortaya qoyur. Fransa rəsmisinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Belə görünür ki, Fransa kimi bir ölkə 3-5 erməninin əlində əsir-yesir qalıb, yaxud erməni lobbisi tərəfindən bu dövlətin rəsmiləri satın alınıb”.
Parisin meri Ann İdalqonun sərsəm fikirlərinin kökündə erməni lobbisinin niyyətinin dayandığını diqqətə çatdıran Baş redaktor bildirib: “Hər kəs yaxşı bilir ki, mer Ann İdalqo Fransa erməniləri ilə sıx işbirliyindədir. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin CCAF təşkilatının rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə sübut edir ki, Paris meri Enn İdalqonun sərsəm fikirlərinin kökündə erməni lobbisinin niyyəti dayanır”.
“2015-2018-ci illərdə Parisin meri Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O, Ermənistanda yaradılmış TUMO-nun (“Center for Creative Technologies”) Paris bölməsinin açılışında iştirak edib və bu mərkəzə hərtərəfli dəstək göstərib. TUMO-nun hətta Xankəndidə də ofisi olub” deyən Vüqar Rəhimzadə əlavə edib ki, erməni lobbisi ilə sıx işbirliyində olan Paris meri Ann İdalqo anlamalıdır ki, o, Fransanın milli maraqlarını bir qrup erməninin girovuna, daha doğrusu nəfsinin alətinə çevirib. “Bəlli olan faktlarla yanaşı, o da məlumdur ki, Ann İdalqo Fransada erməni kilsəsinin açılışında iştirak edib, dəfələrlə qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb, eyni zamanda, Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləyən təşəbbüslər irəli sürüb və marafonlar təşkil edib. Bu gün nəinki Paris meri, hətta Makron belə anlamalıdır ki, Ermənistanın belə tanımadığı qondarma separatçı rejimi dəstəkləməklə Fransa faktiki olaraq terrorizmi, işğalçılığı, təcavüzü dəstəkləmiş olur. Bəlkə də Paris meri bu cür təşəbbüslə çıxış etməklə dünyaya bir daha mesaj vermək istəyir ki, Fransa yaxın keçmişdə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir”, - deyə V.Rəhimzadə qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

