Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Abutalıb Səmədov: Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm zəfər qazanıb

Abutalıb Səmədov: Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm zəfər qazanıb

20.11.2020 [09:37]

“Xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi və Ona dəstək verməsi Vətən müharibəsində qazandığımız böyük qələbəyə mühüm töhfə verib. Ümummilli məsələlərdə xalqımızın birlik nümayiş etdirdiyinə işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribat zamanı da şahid olduq. Eyni zamanda, həmin vaxt xalqımızı təmsil edən siyasi partiyaların böyük əksəriyyəti birgə bəyanata imza ataraq Ali Baş Komandanla bir yerdə olduqlarını bildirmişdilər”.
Bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
“Ermənilərin 27 sentyabrda başlayan son təxribatına cavab olaraq ordumuzun bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladığı gündən əksər siyasi partiyalar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiklərini, Onun ətrafında sıx birləşdiklərini bəyan etdilər. Həmin bəyanatla siyasi partiyalar xalqımızı birliyə və həmrəyliyə səslədilər, Azərbaycan Ordusunun yanında olduqlarını bildirdilər”, - deyə A.Səmədov bildirib.
Partiya sədri onu da əlavə edib ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm zəfər qazanıb: “Lakin bundan sonrakı prosesdə də xalqımız ayıq-sayıq olmalıdır. Unutmamalıyıq ki, qarşımızda son dərəcə məkrli, hiyləgər, heç bir mənəvi prinsipləri olmayan düşmən dayanıb. İşğaldan azad olunan rayonlarda ermənilərin törətdikləri vandalizm hərəkətləri, xüsusilə Kəlbəcəri tərk edərkən binaları, yaşayış evlərini və meşələri yandırmaları işğalçının mahiyyətini bütün dünyaya bir daha açıb göstərdi”.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31