Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni reallığı qəbul edə bilməyən Fransa ermənipərəst mövqeyini davam etdirir

Yeni reallığı qəbul edə bilməyən Fransa ermənipərəst mövqeyini davam etdirir

20.11.2020 [09:47]

Xəbər verildiyi kimi, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.
Şübhəsiz ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuz da ölü qurum olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun tam məhv edilməsinə istiqamətlənib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması barədə məlumatlar bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə maraqlı olmadığını göstərir. Milli Məclisin deputatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı layihənin daha öncə Fransa Milli Assambleyasında da müzakirəyə çıxarılmasına təşəbbüs göstərildiyini, lakin məsələnin mahiyyətini bilən, Azərbaycanla dostluq əlaqələrinə malik deputatlar tərəfindən bunun qarşısının alındığını diqqətə çatdırıb: “Bildiyiniz kimi, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun üzvləri hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə ediblər. Bu ilin iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat zamanı da dostluq qrupunun üzvləri ölkəmizin ədalətli mövqeyini müdafiə xarakterli cəsarətli çıxışlar etmişdilər. Onlardan bir neçəsi bu günlərdə ölkəmizdə səfərdə oldular, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlərin nəticələrini öz gözləri ilə gördülər”.
Deputat bildirib ki, Fransanın bu cür addımları vəziyyəti yenidən gərginləşdirə, regionda sabitliyi və sülhü pozmağa səbəb ola bilər. O qeyd edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı da Fransa bir neçə dəfə əsassız ittihamlarla çıxış edərək öz neytrallığını qorumadığını göstərmişdi. “Hərbi əməliyyatlar bitdikdən sonra da, biz Fransanın müxtəlif vasitələrlə “status” mövzusunu gündəmə gətirmək təşəbbüslərini müşahidə edirik. 30 ilə yaxın bir müddətdə münaqişəni nizamlaya bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən canlandırmaq cəhdlərini görürük. Əsas məqsəd Ermənistanın ağır məğlubiyyətinin siyasi müstəvidə təsbitinə mane olmaqdır. Çox təəssüf ki, Fransa hələ də reallığı düzgün qiymətləndirə bilmir”.
Soltan Məmmədov bildirib ki, Fransanın yürütdüyü siyasət ikitərəfli münasibətlərə ciddi təsir göstərə bilər. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, özünə qarşı da eyni münasibət gözləyir. “Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi ötən müddətdə münaqişənin həllinə heç bir töhfə verməyib. İndi Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin edib. BMT Nizamnaməsinə uyğun olaraq öz ərazisini və əhalisini qorumaq hüququndan istifadə edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi məhz Azərbaycan Ordusunun gücü hesabına icra olunub. Paris meriyasının qondarma rejimi müstəqil qurum kimi tanıması nəticəni dəyişə bilməz. Bu, Fransanın özünün imicinə və beynəlxalq nüfuzuna da ciddi zərbə olardı”, - deyə millət vəkili əlavə edib. O, qeyd edib ki, Paris meriyasının məlum təşəbbüsünün arxasında ermənipərəst qüvvələr dayanır. Fransa kimi aparıcı bir ölkənin xarici siyasətinin erməni lobbisinin təsirinə məruz qalması isə yalnız təəssüf doğurur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də deyib ki, 44 günlük müharibə dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqeyində durmasını bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığının nümayişidir. ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə Ermənistanı açıq şəkildə dəstəkləməsi, hətta bu ölkənin rəsmilərinin məsuliyyətsiz bəyanatlar vermələri, fikirlər səsləndirmələri Fransanın beynəlxalq etimad limitini tükətməkdə olduğunu diqqətə çatdıran V.Rəhimzadə deyib ki, bu kontekstdə Paris meriyasının məlum təşəbbüsü və bununla bağlı Paris merinin fikirləri nəinki Azərbaycan-Fransa münasibətlərinə, hətta beynəlxalq hüququn norma və prinsiplərinə ciddi zərbə vurur: “Əslində, bu fikirlərlə fransız məmur Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirmək niyyətini ortaya qoyur. Fransa rəsmisinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Belə görünür ki, Fransa kimi bir ölkə 3-5 erməninin əlində əsir-yesir qalıb, yaxud erməni lobbisi tərəfindən bu dövlətin rəsmiləri satın alınıb. Parisin meri Ann İdalqonun sərsəm fikirlərinin kökündə erməni lobbisinin niyyəti dayanır. Hər kəs yaxşı bilir ki, mer Ann İdalqo Fransa erməniləri ilə sıx işbirliyindədir. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin “CCAF” təşkilatının rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə sübut edir ki, Paris meri Ann İdalqonun sərsəm fikirlərinin kökündə erməni lobbisinin niyyəti dayanır”.
Paris merinin 2015-2018-ci illərdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanla 4 dəfə görüşdüyünü bildirən baş redaktor deyib ki, erməni lobbisi ilə sıx işbirliyində olan Paris meri Ann İdalqo anlamalıdır ki, o, Fransanın milli maraqlarını bir qrup erməninin girovuna, daha doğrusu nəfsinin alətinə çevirib. “Bu gün nəinki Paris meri, hətta Makron da anlamalıdır ki, Ermənistanın belə tanımadığı qondarma separatçı rejimi dəstəkləməklə Fransa faktiki olaraq terrorizmi, işğalçılığı, təcavüzü dəstəkləmiş olur. Bəlkə də, Paris meri bu cür təşəbbüslə çıxış etməklə dünyaya bir daha mesaj vermək istəyir ki, Fransa yaxın keçmişdə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir”, - deyə V.Rəhimzadə qeyd edib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31