/ / Özbəkistan portalları Azərbaycan Prezidentinin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciəti haqqında materiallar verib
Özbəkistan portalları Azərbaycan Prezidentinin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciəti haqqında materiallar verib
04.12.2020 [09:07]
Özbəkistanın “kun.uz”, “qalampir.uz” və “tarjumon.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun azad olunması münasibətilə xalqa müraciəti haqqında özbək və rus dillərində şərh materialları çap edib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə müraciətdən sitatlar gətirilir və buna münasibət bildirilir.
“kun.uz” portalı Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə təklifi”nin səsə qoyulması və qəbul edilməsi haqqında məlumat verib və buna Azərbaycan Prezidenti İlham Əliyevin müraciətdəki cavabını çap edib.
Dövlət başçısı deyib: “Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın”.
“qalampir.uz” portalı da özbək dilində çap etdiyi məqalədə müraciətə istinadla yazır: “Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır?”.
“tarjumon.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə Bəyanat haqqında da məlumat verir, məhz bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunmasını yazır. Bildirilir ki, bu ərazilər bir güllə atmadan və bir şəhid vermədən Azərbaycana qaytarılıb.
“sof.uz” saytında isə Qarabağın, ayrıca olaraq Şuşanın və Xankəndinin tarixi haqqında ətraflı danışılır. Bildirilir ki, Rusiya və İran arasında 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə əsasən, ermənilər Dağlıq Qarabağa köçürülüb.
Vurğulanır ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Şuşa şəhərinin əsasını qoyub, onun oğlu İbrahimxəlil xan isə Şuşa dağının ətəyində özünə yay iqamətgahı tikdirib və həmin ərazi Xankəndi adlandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

