Razi Nurullayev: Bu gün xalqımız qələbə əhval-ruhiyyəsindədir
05.12.2020 [00:28]
“44 günlük Vətən müharibəsində qazanılan qələbə müasir Azərbaycan tarixində mühüm bir hadisədir. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.
R.Nurullayev bildirib ki, Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsi işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin biabırçılığı ilə nəticələndi. Onun sözlərinə görə, 44 gün ərzində cəbhədə döyüşlər getdiyi zamanda dövlətimiz xaricdən olan siyasi təzyiqlərə sinə gərdi və çox ağrılı bir prosesə dözüm nümayiş etdirdi.
Sentyabrın 27-dən başlayaraq aparılan uğurlu əks-hücum əməliyyatları nəticəsində Azərbaycan dövlətinin öz istəyinə nail olduğunu söyləyən partiya sədri onu da vurğulayıb ki, biz bu mübarizədən əldə oluna biləcək ən maksimum nəticə ilə çıxmışıq: “Bəzi insanlar ola bilsin ki, tam olaraq bunun mənasını dərk edə bilmir. Amma anlamalıyıq ki, Azərbaycan öz hərbi gücü ilə işğal altındakı rayonlarımızı, Şuşamızı işğaldan azad etdi və nəticədə düşmən Ermənistanı digər işğal altındakı ərazilərimizi siyasi yolla azad etməyə məcbur elədi, əlavə olaraq Naxçıvana quru yolu açdırdı. Bu çox böyük bir nəticədir. Mən bu böyük qələbə münasibətilə Azərbaycan xalqını və Ali Baş Komandanımızı təbrik edirəm”.
R.Nurullayev onu da qeyd edib ki, bu gün xalqımız qələbə əhval-ruhiyyəsindədir, Ermənistan isə matəm içindədir. R.Nurullayev deyib ki, bir zamanlar az qala bütün Azərbaycan torpaqlarına iddia edənlər öz cəzalarını alırlar və bundan sonra onları daha böyük cəzalar gözləyir.
“Ən vacib məqamlardan biri odur ki, müharibə dövründə bütün cəmiyyətimiz güclü həmrəylik nümayiş etdirdi. O cümlədən 50 siyasi partiya birgə bəyanat imzalayaraq ordumuzu və Prezidentimizi birmənalı olaraq dəstəklədiyini bəyan etdi. Hesab edirəm ki, bu birliyimiz bundan sonrakı mərhələdə də davam edəcək”, - deyə partiya sədri vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

